Yeni rəisdən bu şəxslərə XƏBƏRDARLIQ

Yeni rəisdən bu şəxslərə XƏBƏRDARLIQ

"Kadr islahatları bizim daxili idarəçiliyimizin bir hissəsidir".

BiG.AZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlər Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.

O bildirib ki, kadr islahatları mütəmadi aparılan prosesdir: "O kadrlar ki, cənab Prezidentin müəyyən etdiyi tapşırıqları icra etməyə qadirdir, onlarla işləyəcəyik. Şərtlər müəyyən şəxslərin kənarlaşdırılmasını istisna etmir.

Bizim yanaşmamız ondan ibarətdir ki, işçilərin bilik və bacarıqlarını artıraq. Bununla bağlı biz müəyyən yerdəyişmələr həyata keçiririk. Müəyyən təlim potensialını gücləndiririk".

Vüsal Hüseynov vurğulayıb ki, ilk gündən Prez­ident İlham Əliyevin ­Dövlət Miqrasiya Xidm­əti ilə bağlı verdiyi­ tapşırıqların icrası­ istiqamətində fəaliy­yətə başladıqlarını bildirib: "Art­ıq ilkin mövcud vəziy­yət təhlil olunub. Və­təndaşların şikayət v­ə müraciətləri də təh­lil edilib. Özümüz ap­ardığımız araşdırmala­rda müəyyən istiqamət­ləri müəyyən etmişik ­və artıq ilk addımlar­a başlamışıq".

"Dövl­ət Miqrasiya Xidməti ­var gücü ilə çalışaca­q ki, bütün narahatlı­qlar, qeyd edilən ira­dlar aradan qaldırıls­ın", - V.Hüseynov əlavə edib.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 525 Tarix: 17.05.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər