Hər 100 doğulan qıza neçə oğlan uşağı düşür? - RƏSMİ STATİSTİKA

Hər 100 doğulan qıza neçə oğlan uşağı düşür? - RƏSMİ STATİSTİKA

Cari ilin yanvar-mart ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 32954 doğulan körpə qeydə alınıb.

BiG.AZ Trend-ə istinadən xəbər verir ki, bu göstərici əhalinin hər 1000 nəfərinə 13,6 təşkil edib.

Doğulan körpələrin 610-u əkiz, 30-u üçəmdir. Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 47,1 faiz təşkil edərək hazırda hər 100 doğulan qıza 114 oğlan düşür (bioloji norma 105-107 təşkil edir).

Doğulanların cins nisbətinin pozulması ümumi əhalinin cins strukturunu da dəyişir. Hazırda hər 1000 kişiyə 1005 qadın düşür.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1153 Tarix: 16.05.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol