"Məni 4 yol polisi oğlumun gözləri qabağında döydü" - FOTO - VİDEO

"Məni 4 yol polisi oğlumun gözləri qabağında döydü" - FOTO - VİDEOMaşınlarını cərimə meydançasından çıxarmaq üçün oğlunun arxasınca gedən ananı polislər döyüblər.

BiG.AZ PressClub.Az-a istinadən xəbər verir ki, bu, Ucar rayon sakini Həcayət Məhəmməd qızı Həsənovanın iddiasıdır. Xanım bildirir ki, oğlu ona dərman almaq üçün maşını da götürüb aptekə yollanıb. Lakin polislər onu saxlayıb maşını cərimə meydançasına aparıblar.Övladının arxasınca Ucar Rayon Dövlət Yol Polisi İdarəsinə getdiyini deyən H.Məmmədova orada həyatının kabusunu yaşadığnı bildirir:

"Mənə 2-3 min pul "oxudular". Bildirdim ki, bu pulu verə bilmərəm. 2-ci qrup əliləm, 60 manat pensiya alıram, özüm də 3 uşaq anası, bu qədər pulu haradan alım? Dedilər, 60 manata baxmırıq, ya bu qədər pul verməlisən, ya da uşağın 15 sutka "yatacaq". Mənim oğlum içkili vəziyyətdə olmayıb sükan arxasında, dərman alıb qayıdarkən salıblar "içəri". Razılaşmayanda mübahisə yarandı, orada 4 nəfər mənim üstümə hücum çəkdi. Məni döydülər, birinin adı Elçin Tağıyevdir, digəri isə DYP idarəsinin rəhbəri, 2 nəfər də başqa polis işçiləri. Məni oğlumun yanında döydülər məni, oğlum güclə əllərindən aldı. Başıma-gözümə xəsarət yetirdilər. Ondan sonra məni qoydular maşına Yevlaxa, tibbi ekspertizaya apardılar. Ekspert polislərə göz vurdu ki, sizin işinizi ört-basdır edəcəm. Mənə heç nə vermədi, sənəd filan. Dedi ki, get, həftənin 3-cü günü səni çağıracam, şəxsiyyət vəsqəni də götürüb gələrsən. Gecə ağrılarım başladı və getdim Bakıya, "Respublikanski xəstəxanasına". Orada həkimlər məni müayinə etdilər, gördülər ki, başımdan, əlimdən, ayağımdan xəsarət almışam, hamısı rəsmiləşdirildi. Həmin gündən müalicədəyəm".

H.Məmmədov videomüraciət yayaraq prezidentdən, əlaqədar qurumlardan bu özbaşınalığa cəza tələb edir.
"Məni 4 yol polisi oğlumun gözləri qabağında döydü" - FOTO - VİDEO"Məni 4 yol polisi oğlumun gözləri qabağında döydü" - FOTO - VİDEO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1199   Tarix: 16 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunub

Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunub. Bu barədə "Report"a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, martın 18-22-də Vyana şəhərində BMT-nin Narkotik Vasitələr üzrə Komissiyasının 67-ci sessiyası keçirilib. İclasda Azərbaycanı baş prokuroru

28.03.2024 227
.

Gəncədə yaşayış binası yanır - Video

Gəncə şəhərində yaşayış binasında yanğın baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində, beşmərtəbəli yaşayış binasında olub. İlkin məlumata görə, alov binanın dam örtüyündə qeydə alınıb. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafiz

28.03.2024 185
.

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 19-cu günüdür. BİG.AZ xəbər verir ki, sabah imsak vaxtı saat 05:02, iftar isə 19:17-dədir. İmsak duası:. "Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbulə həsənatih. Ya hadiyən iləl-həqqil-mubin". Tərcüməsi:. "İlahi, b

28.03.2024 190
.

"Qazaxin anklav olmayan 4 kəndinin Azərbaycana qaytarilmasi hazarda danişiqlarin predmetidir"

"Qazaxin anklav olmayan 4 kəndinin Azərbaycana qaytarilmasi hazarda danişiqlarin predmetidir,Ermənistan tərəfi bəlli kəndlərin qaytarilmayacaği təqdirdə rəsmi Bakinin onu təhdid etdiyini və hətta muharibənin başlana biləcəyini istisna etmir. Azərbaycanin bu kəndlərin qaytarilmayacaği təqdirdə çağirişlarind

28.03.2024 198
.

DİN-dən vətəndaşlara MÜRACİƏT: "Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın"

Daxili İşlər Nazirliyi (DİN) bir daha vətəndaşlara müraciət edərək, hesab məlumatlarını naməlum şəxslərlə paylaşmamağı tövsiyə edib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib. "30 00, 17 00, 26 700, 9 00, 270, 500, 678, 852, 310, 400 manat məbləğlərind

28.03.2024 198
.

Şahmar Hüseynova yeni vəzifə verildi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad edilən Şahmar Hüseynovun yeni iş yeri bəlli olub. SOCAR-dan "Qafqazinfo"ya verilən məlumata görə, o, fəaliyyətini bu şirkətdə davam etdirəcək. Belə ki, Ş.Hüseynov müvafiq əmrl

28.03.2024 199
.

Ebru Şallının əri ilə bağlı qərar verildi

Türkiyəli model Ebru Şallının həyat yoldaşı Uğur Akkuşun məhkəməsi başa çatıb. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Akkuşun dələduzluğa görə 4 il 2 ay həbsi tələb olunub. Uğurun həbsi 83 min 320 lirə pul cəzası ilə əvəz olunub

28.03.2024 204
.

Bu avtomobillərlə taksi işləmək qadağan olunur

Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz. Bu barədə Nazirlər Kabineti "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifad

28.03.2024 507
.

Bakıda bu evlər bahalaşıb

Ötən ay mənzil bazarında qiymət artımları müşahidə olunub. Bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib. Qeyd edilib ki, fevral ayında fərdi həyət evlərinə tələbin artması müşahidə edilib. Fərdi evlərdə və torpaq sahələrində əvvəlki aya nisbətən 1.8 faiz qiymət artım

28.03.2024 1575