Sürücülük imtahanı və sürücülük vəsiqəsinin dəyişdirilməsinə dair YENİ TƏLƏB

Sürücülük imtahanı və sürücülük vəsiqəsinin dəyişdirilməsinə dair YENİ TƏLƏBNazirlər Kabineti "Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamə"də dəyişiklik edib.

Qüvvədə olan Əsasnaməyə əsasən sürücülərin hazırlanması və onların ixtisasının artırılması kurslarının məzunları Qeydiyyat İmtahan Məntəqəsində (QİM) yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlar verməlidirlər.

Sürücülük vəsiqəsi almaq istəyən şəxs Daxili İşlər Nazirliyinə Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi), müstəqil hazırlıq keçən şəxslər istisna olmaqla, digər şəxslər üçün müvafiq kateqoriyalı nəqliyyat vasitələri sürücülərinin hazırlanması üzrə tədris planlarında və proqramlarında nəzərdə tutulan həcmdə hazırlıq keçmələri barədə təhsil müəssisəsinin sənədi (şəhadətnamə, diplomun surəti, semestr-imtahan cədvəllərindən çıxarış və ya diploma əlavə), Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş formada tibbi arayışı və sürücülük vəsiqəsinin verilməsi üçün imtahanların qəbuluna görə dövlət rüsumunun ödənilməsi barədə sənədi bilavasitə və ya onların skan edilmiş surətlərini internet vasitəsilə təqdim edir (göndərir). Sənədlərin bilavasitə qəbulu və verilməsinin interaktiv şəkildə əks etdirən monitorlar vasitəsilə müşahidə edilməsi imkanı yaradılır. Sənədlərin skan edilmiş surətlərinin həqiqiliyi sürücülük vəsiqəsini verən orqanın vəzifəli şəxsində şübhə yaratdıqda, müvafiq sənədlər barədə məlumat əldə etmək üçün dövlət orqanları tərəfindən aparılan elektron informasiya ehtiyatlarından istifadə edilir, bu mümkün olmadığı halda müraciət etmiş şəxslərdən həmin sənədlərin əsli tələb edilir.Sənədlər "Yol hərəkəti haqqında" qanunun tələblərinə uyğun olduqda, müraciət etmiş şəxsə yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahan verəcəyi tarix və vaxt barədə bilavasitə və ya internet vasitəsilə dərhal məlumat verilir. Sənədlər göstərilən tələblərə uyğun olmadıqda, müraciət etmiş şəxsə uyğunsuzluğun aradan qaldırılması qaydası izah olunur. Respublikası Daxili İşlər Nazirliyinin rəsmi internet informasiya ehtiyatında yaradılmış elektron xidmət bölməsində imtahanın qəbulu və sürücülük vəsiqəsinin verilməsi üçün tələb olunan sənədlərin dəqiq siyahısı, müvafiq sənədlərin (ərizə və digər) elektron formasının yerləşdirilməsi, habelə sənədlərin elektron formada qəbul edilməsi təmin edilir. Müraciət etmiş şəxslərin qəbul edilməsi ardıcıllığının tənzimlənməsi üçün "Elektron növbə" idarəetmə sistemi vasitəsilə həmin şəxslərin növbəsi müəyyən edilir.

Dəyişikliyə əsasən bundan sonra imtahanların qəbulu və sürücülük vəsiqəsinin verilməsi zamanı yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə sənədlərin çatdırılması təmin edilməlidir.

İndiyə qədər sürücülük vəsiqəsinin dəyişdirilməsi sahibinin ərizəsi əsasında əvvəllər malik olduğu bütün kateqoriyalar saxlanılmaqla, imtahansız QİM tərəfindən 30 dəqiqə ərzində həyata keçirilib. Dəyişikliyə əsasən bundan sonra sürücülük vəsiqəsinin dəyişdirilməsi sahibinin ərizəsi əsasında əvvəllər malik olduğu bütün kateqoriyalar saxlanılmaqla, şəxs barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən inzibati cərimə ödənildikdə imtahansız QİM tərəfindən 30 dəqiqə ərzində həyata keçiriləcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1440   Tarix: 13 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Sosial medianın zərərli təsirlərindən necə qorunmalıyıq ?

"Təssüflər olsun ki, sosial şəbəkələr həyatımızın ayrılmaz parçasına çevrilib.Son zamanlar cəzbedici, mistik platforma istifadəçilərini intihar və depresiyaya aparır.Az qala oradakı virtual dostlarımız ailə üzvlərimiz qədər yaxın olmağa başlayıb". Bu sözləri BİG.AZ-A deputat Ceyhun Məmmədo

19.04.2024 193
.

Gürcüstanda xarici agentlər haqqında qanuna yenidən baxıla bilər

"Aİ Gürcüstanın ittifaqa daxil olmasına hələ hazır deyil, lakin belə bir zaman yetişərsə, respublika hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa biləcək". Bunu hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının sədri, Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvil

17:10 0
.

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır - VİDEO

Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır. Məlumata görə, kəndlərin Azərbaycana qaytarılmasından sonra Ermənistan sərhəddəki hərbçilərini sərhədçilərlə əvəz edəcək. Xatırladaq ki, bu gün Azərbaycan dövlət sərhədinin delimitasiyas

19.04.2024 470
.

Əməkdar artist vəfat etdi

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru, Əməkdar artist Yuri Omelçenko vəfat edib. Axşam.az xəbər verir ki, bu barədə teatr feysbuk səhifəsində paylaşım edib. Sənətçi 48 yaşında dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb

11:19 379
.

Elza Seyidcahan Cavanşir Məmmədov haqqında: "Dahi sənətkar idi" - VİDEO

"Çox gözəl insan idi. Məclislər yaraşığı idi". xəbər verir ki, bu sözləri bu gün dünyasının dəyişən Əməkdar artist Cavanşir Məmmədov haqqında danışarkən müğənni, Əməkdar artist Elza Seyidcahan deyib. O vəfat xəbəri barədə məlumatı jurnalistlərdən aldığını deyib. "Evdən çıxırdım ki, jurnalis

14:50 0
.

Cavanşir Məmmədovun dəfn olunacağı yer açıqlandı - CANLI YAYIM

Əməkdar artist Cavanşir Məmmədovun dəfn olunacağı yer açıqlanıb. -ın məlumatına görə, o, Yasamal qəbiristanlığında dəfn ediləcək. Onun nəşi ekspertiza üçün Respublika Klinik Xəstəxanasına aparılıb, sonra isə Göy məscidə göndəriləcək

14:06 466
.

Quterreşdən Azərbaycan və Ermənistana çağırış

"Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri həll etməyə çağırıb". Bu barədə təşkilatın rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrikin bəyanatında deyilir. "Baş katib tərəflər

16:50 0
.

Qaribaşvili: Gürcüstan hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa bilər

Gürcüstan hakimiyyəti ölkənin Avropa İttifaqına qəbul olunacağı təqdirdə xarici agentlər haqqında qanunu ləğv edə və ya ona yenidən baxa bilər. "Report"un yerli bürosu xəbər verir ki, bunu hakim "Gürcü Arzusu" Partiyasının sədri İrakli Qaribaşvili bildirib. "Əgər bizə desələ

15:29 0
.

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir

Ukrayna Ali Radasının (parlament) sədr müavini Yelena Kondratyukun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək. "Report"un Şərqi Avropa bürosuna Ali Radadan verilən məlumata görə, nümayəndə heyətinin səfəri 1-3 may aralığında baş tutacaq. Bakıda VI Ümumdünya Mədəniyyətləraras

16:10 0