Yutubda rekord qıran azərbaycanlı müğənni Elnarənin qardaşı qızıdır

Yutubda rekord qıran azərbaycanlı müğənni Elnarənin qardaşı qızıdır

Rusiyadan, Türkiyədən təklif alan, bir anda məşhurlaşan Nahidə Elnarə Abdullayevanın qardaşı qızıdır.

Xəzər TV –nin “5\5” verilişinin qonaqları xanəndə Elnarə Abdullayeva və tez bir zamanda məşhur olan Nahidə Babaşlı olub. Aparıcı gənc istedadlı qıza necə məşhurlaşdığını sual edib. Nahidə isə gözləmədiyi halda məşhurlaşdığını bildirib:
“Murad Göyəbakanın “Ay üzlüm” mahnısını oxudum və Yutuba qoydum. İnanmazdım ki, 7 milyondan çox baxılacaq. Bir anda məşhurlaşacam və xarici dövlətlərdən təklif alacam. Hələ xarici təklifləri qəbul etmirəm. Bakı Dövlət Universitetinin Fizika fakültəsinin 4-cü kursunda oxuyuram. Dərslərimi bitirim, bundan sonra çağırışlara cavab verəcəm.”

Qeyd edək ki, Nahidə Baxışlı xanəndəyə çox yaxın ailənin qızı olduğundan qardaşı qızı kimi təqdim edilib.


metbuat

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 6862 Tarix: 12.05.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol