Milyardları mənimsədiyi deyilən Səlim Müslümov haqqında daha bir İTTİHAM

Milyardları mənimsədiyi deyilən Səlim Müslümov haqqında daha bir İTTİHAMHesablama Palatası sabiq əmək və əhalinin sosial müdafiəsi nazirinin nəzarət etdiyi Pensiya Fondunda ciddi qanunsuzluqlar aşkarlayıb; ölmüş şəxslərə pul "ödənib", bir adam 2 rayondan pensiya alıb…

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətində ciddi qüsurlar aşkarlanıb. Bu barədə Hesablama Palatasının ötənilki fəaliyyətinə dair hesabatında məlumat verilib. Sənəddə qeyd olunur ki, 2016-cı ildə ilin əvvəlinə nisbətən sonunda sığortaedənlərin Dövlət Sosial Müdafiə Fonduna borcu 21 milyon 612,2 min manat və ya 6,7 faiz artaraq 342 milyon 877,2 min manat təşkil edib (APA).

Hesabatda bildirilib ki, 2016-cı ili əhatə edən auditin başlanıldığı tarixə 181 halda pensiya alan şəxslərin vəfat etdiyi tarixdən sonra hesabların bağlanılmadığı, həmin hesablara ödənişlərin davam etdirilərək 624,5 min manat, 35 şəxsin eyni zamanda fondun iki müxtəlif yerli orqanından əmək pensiyası aldığı və nəticədə onlara ikiqat pensiya ödənilərək, ümumilikdə 319,1 min manat məbləğində vəsait ödənildiyi məlum olub.

2016-cı ildə fondun Bakı şəhəri üzrə Hüquqi Şəxslərlə İş İdarəsində qeydiyyatda olan müəssisə və təşkilatlarda əmək fəaliyyəti ilə məşğul olan 492 nəfər, İri Sığortaedənlərlə İş İdarəsində isə 416 nəfər fondun müxtəlif şəhər və rayonlarında əlilliyə görə əmək pensiyasını tam məbləğdə alıb, bu səbəbdən artıq ödənilən pensiya məbləği ümumilikdə 1092,6 min manat təşkil edib.

Sığortaolunanların sanatot riya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası vasitəsilə maliyyələşdirilən xərclər üzrə 01.01.2016-cı il tarixə Konfederasiyanın hesabında 662,7 min manat məbləğində qalıq olmasına baxmayaraq həmin vəsait təsdiq olunmuş illik xərclərdə nəzərə alınmayıb, qanunvericilikdə fondun vəsaitlərinin düzgün və məqsədyönlü xərclənməsinin ildə bir dəfədən az olmayaraq yoxlanılması nəzərdə tutulsa da, fond və nazirlik tərəfindən konfederasiyada müvafiq yoxlamalar həyata keçirilməyib.

Hesablama Palatasının bu hesabatı DSMF sistemindəki ciddi maxinasiya mexanizminin açıqlanması deməkdir. Ölmüş şəxslərin adına pensiya ödənməsi, bir nəfərə 2 rayondan pensiya ödənməsi kimi hallar fondun bütün rayonlarında mövcud olan mənimsəmə mexanizminin tərkib hissələridir.

Xatırladaq ki, "Yeni Müsavat" bir müddət öncə DSMF sistemindən uzun illər ərzində 2-2,5 milyard manat vəsaitin yoxa çıxmasına dair məlumat yaymışdı. Hesablama Palatasının bu hesabatı göstərir ki, fond sistemində oturuşmuş korrupsiya sxemi yaradılıb. İşəgötürənlərin işçi sayını, əmək haqqını az göstərmələri, son illərdə isə kütləvi şəkildə işçiləri əmək müqaviləsindən xidməti müqaviləyə keçirmələri kimi neqativ halların çox geniş vüsət almasında bu korrupsiya sxemi ciddi rol oynayıb.

İddialara görə, korrupsiya mexanizmi bir neçə ay əvvəl fondda aparılan yoxlamalar zamanı üzə çıxarılıb. Onun detallarının dəqiqləşdirilməsi, həmçinin qeyd olunan mexanizm üzrə hesablamalar aparılıb. Nəticə o qədər ilginc olub ki, birbaşa ölkə rəhbərliyi məlumatlandırılıb. İddialara görə, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun yeni kabinetdən kənarda qalmasının ən mühüm səbəbi də məhz bu məsələdir. Xatırladaq ki, DSMF-yə 2002-ci ildən bəri S.Müslümov rəhbərlik edib. Yalnız 2013-2016-cı illər arasında qısamüddətli dövrdə fondun sədri Elman Mehdiyev olub. 2006-cı ildən fond yenidən S.Müslümovun nəzarətinə keçib – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabe etdirilib.

İqtisadçı-alim, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri Azər Mehtiyevin fikrincə, DSMF-nin fəaliyyətindəki qeyri-şəffaflıq və yumşaq desək, nöqsanlar onun bir neçə funksiyanı eyni vaxtda icra etməsindən qaynaqlanır:"Sosial Müdafiə Fondu həm sosial ödənişlərin dərəcələri ilə bağlı qanunvericilik təşəbbüsü ilə çıxış edir, həm sosial ödənişləri toplayır, həm də onların xərclənməsini həyata keçirir. Bu isə əvvəla, normal praktikada yolverilməzdir. İkinci bir tərəfdən, bu halda maraqlar toqquşması deyilən prosesi tənzimləmək mümkün olmur. Elə bir sistem qurulmalıdır ki, bu funksiyaları icra edən qurumların bir-birinə nəzarət imkanı yaransın. Ümumiyyətlə, Azərbaycanda bütün fiskal yığımların bir quruma verilməsi daha düzgün olardı. Məsələn, Vergilər Nazirliyi bütün vergi və sosial ödənişlərin toplanmasını təmin edə bilər. Daha sonra müvafiq qurumlar onun xərclənməsini həyata keçirər. Bu halda fondun da fəaliyyətində şəffaflığı təmin etmək mümkündür. Əks halda, indiki vəziyyət davam edəcək. Hansı ki, bu vəziyyət toplanan vəsaitlərin gizlədilməsinə, işəgötürənlərlə gizli razılaşmalara gedilməsinə əlverişli imkanlar yaradır. Nəzərə almaq lazımdır ki, bu gün Azərbaycanda qeyri-rəsmi məşğulluq çox yüksək səviyyədədir, işçilərlə əmək müqaviləsi əvəzinə xidməti müqavilələrin imzalanması, real əmək haqqının gizlədilməsi halları geniş yayılıb".

A.Mehtiyev deyir ki, DSMF-nin fəaliyyəti ilə bağlı sistemli və detallı məlumatlar açıqlanmır: "Məlumatlar sistemsiz və qeyri-müntəzəm açıqlanır, detallı olmur. Fondun gəlir və xərclərinə dair illik məlumatlar çox ümumi, normal təhlillərin aparılmasına imkan verməyən formadadır. Belə şəraitdə qanunsuzluqların, mənimsəmələrin olması qeyri-adi görünmür".

Qeyd edək ki, son aylarda mətbuatda Sosial Müdafiə Fondunun bir neçə şöbəsində Baş Prokurorluq Yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən yoxlamalar aparıldığına dair məlumatlar da yer alıb.

Yeni Müsavat


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6058   Tarix: 11 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949