DİQQƏT! İlham Əliyev üç mühüm fərman imzaladı

DİQQƏT! İlham Əliyev üç mühüm fərman imzaladıPrezident İlham Əliyev "Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 noyabr tarixli 1127 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Fərmanda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

"Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 noyabr tarixli 1127 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 11, maddə 1834; 2018, № 2, maddə 194) 6.1-ci bəndi aşağıdakı redaksiyada verilsin:

"6.1. Pilot layihənin Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərinə münasibətdə 2017-ci il yanvarın 1-dən, Ağdaş rayonunun inzibati ərazisinə münasibətdə isə 2018-ci il fevralın 17-dən həyata keçirilməsini təmin etsin".

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 28 dekabr tarixli 1181 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihə"də dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 28 dekabr tarixli 1181 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2099; 2017, № 8, maddə 1521; 2018, № 2, maddə 193) ilə təsdiq edilmiş "Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihə"nin 3.2-ci bəndi aşağıdakı redaksiyada verilsin:

"3.2. Pilot layihə Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərinə münasibətdə 2017-ci il yanvarın 1-də, Ağdaş rayonunun inzibati ərazisinə münasibətdə isə 2018-ci il fevralın 17-də başlayır və 2019-cu il fevralın 1-də başa çatır".

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 11 iyun tarixli 908 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Pasportlar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə"də dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 11 iyun tarixli 908 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Pasportlar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə"ni "Pasportlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 910-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 11 iyun tarixli 908 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 6, maddə 636; 2015, № 5, maddə 520) ilə təsdiq edilmiş "Pasportlar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə"nin 4.3-cü bəndinin üçüncü cümləsində "itirilməsinə görə inzibati cərimə və pasportun" sözləri "itirilməsi ilə əlaqədar yenidən" sözləri ilə əvəz edilsin".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1957   Tarix: 10 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə ŞAD XƏBƏR - VİDEO

"Zəngilanda çox böyük işlər görülür, yaşayış evlərinin tikintisi həyata keçirilir. Artıq 13 binadan ibarət kompleks inşa edilir". Bizim.Media xəbər verir ki, bu barədə Laçında keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" beynəlxalq forumda iştirak edən Cəbrayıl, Qubadlı və Zəngila

17:33 146
.

Şimali Koreya düşmən hədəflərinə nüvə əks-hücum ssenarisi ilə təlim keçirib

Şimali Koreya çoxlu reaktiv yaylım atəşi sistemlərinin istifadə olunduğu bir təlim təşkil etdiyini və ssenariyə uyğun olaraq düşmən hədəflərinə nüvə əks-hücumunun həyata keçirildiyini açıqlayıb. xəbər verir ki, Şimali Koreyanın rəsmi Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) xəbərinə görə, ölkə lider

23.04.2024 236
.

"Odlar Yurdu–2024" Milli Mükafatı ilə bağlı sorğulara start verildi

"Mədəniyyət və Turizmə Dəstək Gənclər Koalisiyası"nın və "Vision Media Group"un təşkilatçılığı ilə keçiriləcək "Odlar Yurdu-2024" Milli Mükafatının təqdimetmə mərasiminin vaxtı müəyyənləşib. Təşkilat komitəsinin rəhbəri Azər Bağırovun saytımıza verdiyi məlumata görə "Odla

16:10 138
.

Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış - YENİLƏNİB

İntihar etmiş sabiq baş pediatrı, Tibb elmləri doktoru, 73 yaşlı professor Nəsib Quliyev hadisədən əvvəl məktub yazıbmış. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, keçmiş baş pediatr məktubda intihar etməsinin səbəbini yazıb. Məktub istintaq orqanı tərəfindən götürülüb. 14:20. Respublikanı

14:42 1154
.

Məşhur pediatorun intihar səbəbi bu imiş

Xəbər verdiyimiz kimi, bu gün tanınmış həkim, sabiq baş pediator Nəsib Quliyev intihar edib. Həkimin intiharına səbəb depressiya olub. O, bağ evində tək yaşayırmış, ailəsi ilə münasibətləri də isti olmayıb. Bildirilir ki, oğlu uzun illərdir Ukraynada yaşayır və atası ilə heç bir əlaqə saxlamırmış. Həkimi

17:03 525
.

Peruda ilk dəfə xəstəliyi olan şəxs evtanaziya edilib

Cənubi Amerika ölkəsi Peruda ölkə tarixində ilk dəfə degenerativ xəstəliyi olan şəxs evtanaziya edilib. xəbər verir ki, 12 yaşından bəri polimiyozitdən (əzələ ağrısı) əziyyət çəkən və müalicəsi mümkün olmayan 47 yaşlı Ana Estradanın evtanaziya tələbi Peru Məhkəməsi tərəfindən qəbul edilib. Hakim Josefin

23.04.2024 547
.

Şoyqunun müavini saxlanıldı

Rusiyanın müdafiə naziri Sergey Şoyqunun müavini Timur İvanov saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb. "Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş cinayəti törətməkd

23.04.2024 486
.

Qətər Azərbaycan-Ermənistan sərhədinin demarkasiyası razılaşmasını alqışlayır

Qətər Azərbaycan və Ermənistanın sərhədlərin demarkasiyası ilə bağlı əldə etdiyi razılaşmanı alqışlayıb. xəbər verir ki , Qətər Xarici İşlər Nazirliyinin bəyanatını Qətər Milli Xəbər Agentliyi yayıb. Açıqlamaya görə, Qətər ilkin razılaşmanın iki tərəf arasında həll olunmamış məsələlərin dialoq və sül

23.04.2024 259
.

"Pərvinin şanssızlığı azərbaycanlı rejissorların əlinə düşməsidir"

"Akytor kimi deyirəm ki, Azərbaycanda Pərvin görünüşündə 2-ci belə effektli aktrisa yoxdur". OLAY yazır ki, bu sözləri -un "Gəl danış" layihəsində Akademik Milli Dram teatrın aktyoru Cavidan Novruz söyləyib. "Çox düşünmüşəm ki, görəsən Pərvini kimsə əvəz edə bilər? Amma görmüşə

17:52 148