Gözlər həm də xəstəliklərin aynası imiş

Gözlər həm də xəstəliklərin aynası imişZərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Qlaukoma şöbəsinin həkimi Fidan Ağayeva deyir ki, gözə baxmaqla orqanizmdə digər hansı xəstəliklərin mövcud olduğunu bilmək mümkündür: "Elə insan var ki, şəkər xəstəsi olduğunu, yaxud qaraciyərində problem yarandığını bilmir. Biz gözə baxmaqla bu problemləri aşkar edirik. Belə hallarda biz xəstələri müvafiq həkimlərə yönləndiririk".

Milli.Az "Zaman Azərbaycan"a istinadən bildirir ki, gözün altının qaralması, şişməsi, el dili ilə desək, tuluqlanması da insanın orqanizmindəki xəstəliklərdən xəbər verir. Məsələn, biz həkim olmasaq da, gözünün altı şişmiş adam görən kimi onun barəsində ilkin təəssüratımız belə olur: böyrəkləri xəstədir...

Lakin alimlərin araşdırması nəticəsində məlum olub ki, gözün altının göyərməsi orqanizmdə dəmir çatışmazlığının, qaraciyər xəstəliklərinin də əlaməti imiş. Bundan əlavə, insan yorğun olanda, yuxusuz qalanda da eyni hal müşahidə edilir.

Tibb elminə görə göz çevrəsindəki dəri vücudumuzun ən incə dərisi hesab olunur. Bu baxımdan qan dəri səthinə yaxın genişlənmiş damarlardan keçən zaman mavi bir rəng əmələ gəlir.

Göz çevrəsində sürtünmə və qaşıntıya səbəb olan amillər də gözün altındakı dərinin tündləşməsinə gətirib çıxarır. Üz və burunun allergiyası, astma, hansısa qida məhsuluna qarşı olan allergiya da göz altında ləkə və tündləşmə yaradır.

Yuxusuzluq və gərgin işin başqa fəsadları da var...

Gözün altının qaralması və onun verə biləcəyi fəsadlar barədə araşdırmalar Türkiyədə də aparılmaqdadır. Qardaş ölkənin Acıbadem Kocaeli Xəstəxanasının dermatoloqu dr. Arda Eminza deyir ki, sistemli qidalanmamaq, qanazlığı, toxumaların yetərli qədər oksigen ala bilməməsi də gözaltı dərinin bulanıqlığına səbəb olur. Onun sözlərinə görə, hamiləlik dövründə dəmir çatışmazlığı ilə əlaqədar gözaltı damarlar şişir və daha da nəzərə çarpır: "İnsan yuxusuz olanda, dalbadal gərgin işləyəndə də üz dərisi solur və gözaltı damarlar şişir".

Məşhurlar gözün altının qaralmasını eynəklə gizlədirlər...

Qeyd edək ki, elmi işlərdə çalışan insanların çoxunda da gözaltının qaralması baş verir. Mütəxəssisin dediyinə görə, onlarda bunun səbəbi damarların genişlənməsidir.

Gözün altının qaralmasından təkcə sadə insanlar yox, məşhurlar da əziyyət çəkirlər. Onlar bu qaralmanı eynəklər vasitəsilə ört-basdır etməyə çalışırlar. Bəs əslində bu qaralmadan birdəfəlik qurtulmaq mümkündürmü? Bununla bağlı sualı cavablandıran həkim deyib: "Keyfiyyətli və düzgün qidalanmaq, rejim əsasında yatmaq, siqaret çəkməmək və ya tərgitmək, günəş şüalarından qorunmaq gözün altının göyərməsini və qaralmasını götürür. Əgər qanazlığı və dəmir çatışmazlığı varsa, mütləq təcili müalicəyə başlamaq lazımdır. Onu da deyim ki, dəri, burun və ağciyərdə allergiya varsa, müalicə olunmalıdır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 5385   Tarix: 12 aprel 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Sarımsaq yeyən insanlara daha bir MÜJDƏLİ xəbər

Yeməklərinizə sarımsaq əlavə etmək, xüsusilə 40 yaşdan yuxarı olanlar üçün sağlamlığı heyrətamiz gücləndirən bir strategiya ola bilər. xarici mətbuata istinadla xəbər verir ki, sarımsaq yalnız yeməklərə ləzzətli bir əlavə deyil, həm də xüsusilə 40 yaşdan yuxarı insanlar üçün qidalandırıcı bir güc mərkəzidir

10.03.2024 1291
.

Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?

İsti havalar infeksiya xəstəliklərinin artmasına səbəb olub. Bu cür infeksiyalar özünü hərarət, boğaz ağrısı, gözdə qızartılar, ürəkbulanma, öskürək, ishalla özünü büruzə verir. Yazda ortaya çıxan infeksiya xəstəliklərini təqdim edirik:. Onlarda biri diabakteriozdur: Disbakterioz zamanı normal və atipi

14.04.2024 372
.

Alkoqol zəhərlənməsinin hansı əlamətləri var?

Həkim ağır alkoqol zəhərlənməsinin təhlükəli əlamətlərini açıqlayıb. xarici mətbuata istinadən xəbər verir ki, alkoqolun həddin artıq istehlakı çaşqınlıq, nitqin pozulması və koordinasiyanın olmamasına gətirib çıxarır. Bundan əlavə zəhərlənmə bulantı ilə müşayiət oluna bilər. Zəhərlənmə bədən istiliyini

06.01.2024 1143
.

Zərərsiz hesab etdiyimiz vərdişlər mədə xərçəngi yaradırmış

Həddindən artıq çox yemək və ya ayaqüstü istehlak vərdişi mədə xərçənginə səbəb olan zərərsiz faktorlardandır. Bu barədə rusiyalı onkoloq və cərrah Beslan Balkarov xəbərdarlıq edib. Mütəxəssisin sözlərinə görə, mədədə xərçəng hüceyrələrinin digər potensial səbəbi "Helicobacter pylori" bakteriyasıdır

20.01.2024 1206
.

Bir çox xəstəliyi müalicə edən MASAJ

Masaj xidməti bir çox xəstəlikləri sağaldır, masaj zamanı Təbii yağlardan istifadə olunur, sizin bədənizdə olan oynaq ağrıları, bel ağrıları, baş ağrılarını vaxtında götürür. Dünyada edilən masajların 90 %-i tibbi masajdır. Avropada və Şərqdə həkimlər masajı resept olaraq yazırlar. Masaj inteqtaiv bi

24.03.2024 13009
.

Gənclərdə bağırsaq xərçənginin inkişafına səbəb olan risk faktorları hansılardır?

İtaliyanın Milan Universitetinin alimləri gənclər arasında bağırsaq xərçənginin inkişafına səbəb olan risk faktorlarını açıqlayıblar. Araşdırmanın nəticələri "Annals of Oncology" jurnalında dərc olunub. Alimlər gənclər arasında bağırsaq xərçənginin artmasına səbəb olan əsas amillərə artıq çəki

03.02.2024 1046
.

Rənglər sağlamlığınızın qeydinə qalır

Yeməklərdəki rəngarənglik iştahanı artırır. Elə buna görə də aşpazlar yemək hazırlayarkən daha çox tərəvəzdən istifadə etməyə çalışırlar. Axşam.az xəbər verir ki, tərəvəzlərdəki rəngarənglik sağlamlığa da xeyirlidir. Bənövşəyi. Bu rəngdə olan tərəvəzlər sinir sisteminin sağlamlığı üçün yaxşıdır. Bu rən

30.03.2024 414
.

"Fastfood" yaddaş üçün ciddi təhlükədir

"Fastfood" və un məhsulları yemək yaddaşı zəiflədir". Bu barədə Moskva Dövlət Universitetinin Fundamental Tibb fakültəsinin baş elmi işçisi Zuxra Pavlova danışıb. Onun fikrincə, yeniyetməlik dövründə həddindən artıq "zibil" yesəniz, yaddaşla bağlı problemləri aradan qaldırma

21.04.2024 165
.

Yorğun hiss edirsinizsə, bunları yeyin

Yorğunluq özünü daha çox qış ayında büruzə verir. Əksər insanlar fəsil dəyişən zaman bu haldan əziyyət çəkir. Ancaq halsızlıq, yorğunluq çox zaman qanazlığı və vitamin çatışmazlığının da əlaməti ola bilər. Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, əgər sizdə yorğunluqla yanaşı saç tökülməsi

25.02.2024 1197