Tələbə dərs vaxtı atəş açdı

Tələbə dərs vaxtı atəş açdı

N.A.Lunin adına Novosibirsk Nəqliyyat Texnologiyaları Kollecinin filialının tələbəsi Barabinsk şəhərində keçirilən dərs zamanı kurs yoldaşını yaralayıb, sonra da intihar edib.

BiG.AZ report.az-a istinadən xəbər verir ki,həkimlər hücuma məruz qalan tələbənin güllə yarası aldığını və hazırda onun əməliyyatda olduğunu bildiriblər.

Daha iki nəfər isə hücum zamanı özünü pəncərədən aşağı atıb və müxtəlif dərəcəli sınıqlarla xəstəxanaya çatdırılıblar. Onların vəziyyəti orta ağır qiymətləndirilir.

Hadisə ilə əlaqədar qubernator vəzifəsini icra edən Andrey Travnikov Ordinski rayonuna planlaşdırılan səfərini ləğv edərək təcili olaraq olay yerinə gəlib.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 507 Tarix: 10.05.2018
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər