Azərbaycanla müharibə planı MÜZAKİRƏ OLUNDU – Qarabağda fövqəladə MÜŞAVİRƏ

Azərbaycanla müharibə planı MÜZAKİRƏ OLUNDU – Qarabağda fövqəladə MÜŞAVİRƏ

Baş nazir seçilməsindən bir gün sonra Azərbaycanın işğal olunmuş ərazilərinə gələn Nikol Paşinyan Xankəndidə hərbi müşavirə keçirib.

BiG.AZ publika.az-a istinadən xəbər verir ki, müşavirədə Dağlıq Qarabağ separatçı qurumunun başçısı Bako Saakyan və qurumun dini lideri, baş keşiş Parqev Martirosyan, həmçinin Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Movses Akobyan iştirak edib.

Qondarma qurumun Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, müşavirədə Dağlıq Qarabağ “ordusunun” baş komandanı Levon Mnasakanyan cəbhədəki operativ-taktik vəziyyət barədə məlumat verib. Müşavirədə “rəqibinin qarşısının alınması mexanizmlərinin təkmilləşdirilməsi”nə dair məsələlərin geniş spektrinin müzakirə olunduğu bildirilir.
Azərbaycanla müharibə planı MÜZAKİRƏ OLUNDU – Qarabağda fövqəladə MÜŞAVİRƏ

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2384 Tarix: 09.05.2018
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
ataxanli
ataxanli 09.05.2018
xeyirlisi olsun. artıq çox gecikdi bu iş


 
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər