"Pulum bitdi, həyat yoldaşım...." - Sərdar Ortaç

"Pulum bitdi, həyat yoldaşım...." - Sərdar Ortaç

Türkiyəli müğənni Sərdar Ortaç model həyat yoldaşı Xloe Louqnan haqqında açıqlama verib.

BiG.AZ axşam.az-a istinadən bildirir ki, müğənninin həyat yoldaşı bu yaxınlarda açıq geyimlər və verdiyi pozalarla gündəmə gəlmişdi. Sərdar jurnalistlərin bu haqda suallarına "Nə edim, həyat yoldaşım modeldir. Mən get soyun demirəm ki" cavabını verib.

Xloenin xəyanət xəbərlərinə isə ifaçı "Ağılsız biri deyiləm. Həyat yoldaşımın məni sevdiyinə tərəddüt etsəydim, əvvəldən evlənməzdim" sözləri ilə münasibət bildirib.

"Həyat yoldaşım istəsə, daha yaxşı biri ilə evlənə bilərdi. Mükəmməl yaraşığa sahib deyiləm. Pulum da bitib, həyat yoldaşım yanımdadır. Demək ki, məni sevir" sözləri ilə Sərdar müsahibəsini bitirib.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 3184 Tarix: 09.05.2018
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər