Paşinyandan Ankaraya inanılmaz Qarabağ MESAJI: "Azərbaycansız..."

Paşinyandan Ankaraya inanılmaz Qarabağ MESAJI: "Azərbaycansız..."

Ermənistan ilkin şərtlərsiz Türkiyə ilə diplomatik münasibətlərin qurulmasına hazırdır.

BiG.AZ “news.am” saytına istinadən xəbər verir ki, bu haqda Ermənistanın baş naziri Nikol Paşinyan Xankəndidə mətbuat konfransında bildirib.“Siz bilirsiniz ki, şərtləri Türkiyə irəli sürür. Türkiyənin tələbi məntiqsizdir. Ona görə ki, hər hansı ölkə ilə münasibətlərin qurulması üçün üçüncü ölkə barədə şərtləri irəli sürmək məntiqsizdir. Biz öz mövqeyimizdə qalırıq və şərtlərsiz münasibətləri qurmağa hazırıq. Eyni zamanda, erməni soyqırımının beynəlxalq tanınmasına sadiq qalırıq”, - Paşinyan vurğulayıb.
Qeyd edək ki, rəsmi Ankaranın mövqeyinə görə, Dağlıq Qarabağ problemi həll olunmadan və Azərbaycanın işğal edilmiş torpaqları azad edilmədən Türkiyə-Ermənistan münasibətlərinin normallaşması mümkün deyil.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2801 Tarix: 09.05.2018
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər