Deputat Azay Quliyevin adından dələduzluq edən iş adamı necə ifşa oldu - sensasion faktlar

Deputat Azay Quliyevin adından dələduzluq edən iş adamı necə ifşa oldu - sensasion faktlar"AF holdinq" və "Uğur 97" şirkətlərinin sahibi olan Azay Möhnətov millət vəkilinin adından spekulyasiyalar etməklə təkcə vergidən yayınmayıb, daha böyük dələduzluq əməlləri törədibmiş; onun biznesini böyütmək, torpaq sahələri əldə etmək üçün QHT Şurasının sədrini adından spekulyasiyalar etməsi faktlarının sayı-hesabı yoxdur
Ötən həftə Azay Möhnətov adlı iş adamının ağlasığmaz variantlarla vergidən yayınması haqda yazı dərc etmişdik. Bildirmişdik ki, Azay Möhnətov vergidən yayınmaq üçün nüfuzlu şəxslərin adından istifadə edib və bu fakt ifşa olunub. Onun adından istifadə etdiyi şəxsin adını isə açıqlamamışdıq. Bu yazıdan sonra ortaya daha biabırçı faktlar çıxıb. Qəzetçilik təcrübəmizdə belə hallarla çox qarşılaşmışıq. Yüzlərlə belə dələduzluq hadisələri olub. Həmişə onun tərəfdarı olmuşam ki, belə halların, onun detallarının açıqlanması vacibdir. Ona görə ki, bu cür adamlar belə qanunsuzluqlarını, spekulyasiyalarını davam etdirə bilməsin.

BiG.AZ crimnal.az-a istinadən xəbər verir ki, ötən yazıdan sonra redaksiyamıza bu mövzuyla bağlı xeyli zənglər daxil oldu, daha ciddi qanunsuzluqlar barədə məlumatlar ortaya çıxdı. Sən demə, Azay Möhnətov dövlət qurumlarında imtiyazlar əldə etmək, torpaq sahələrinə sahiblənmək, müəssisə açmaq və biznesini böyütmək, qorumaq üçün özünü deputat kimi təqdim edirmiş. O, çoxsaylı obyektlərinə vergi yoxlaması gələndə, yaxud haradasa müəssisə açmaq üçün səlahiyyətli şəxslərə müraciət edəndə özünü "deputat Azay müəllim" kimi təqdim edib! "Ustalıqla" hamıda belə rəy yaradıb ki, guya o, hamının tanıdığı deputat, QHT Şurasının sədri Azay Quliyevdir. O, daim soyadını gizli tutmağa çalışıb. Nəhayətdə, Azay Möhnətov belə rəy yaradıb ki, guya bu obyektlər və şirkətlər deputat Azay Quliyevə məxsusdur. Hətta təəssüflər olsun ki, çoxları, xüsusilə bir sıra vəzifəli şəxslər onun bu yalanına inanıb. Ancaq hamı bilir ki, belə işlərin ömrü 40 gündür...
Azay Möhnətovun bu yalanı növbəti saxtakarlıq edən zaman müvafiq qurumların ayıqlığı sayəsində aşkarlanıb. Belə ki, onun illərdir ödəmədiyi vergi borclarının ödənilməsi tələb olunub. Müvafiq qurumlar bir neçə gün öncə verginin ödənməsi üçün müraciət edəndə, Azay Möhnətovun adamları yenə də Azay Quliyevin adından spekulyasiyalar edib, bu obyektlərin deputat Azay Quliyevə məxsus olduğunu bildirərək, müəyyən dividentlər və güzəştlər əldə etməyə çalışıblar. Ancaq bu dəfə məsələ sona kimi araşdırılıb və bu obyektlərin deputat Azay Quliyevə deyil, böyük maliyyə və biznes imkanlarına malik olan iş adamı Azay Möhnətova məxsus olduğu müəyyən edilib. Beləliklə, uzun müddət davam edən saxtakarlıq və spekulyasiya faktı ifşa edilib.

Bu haqda "Yeni Müsavat" da aşağıdakı linkdəki "Məşhur iş adamının ağlasığmaz vergidən yayınma variantı" sərlövhəli yazı (http://musavat.com/news/vergiden-yayinmagin-azay-mohnetov-varianti-ilginc-faktlar_524170.html) dərc olunandan sonra müxtəlif şəxslərdən də məlumatlar daxil olub ki, Azay Möhnətov (və adamları) özünü "deputat Azay müəllim" kimi təqdim etməklə və ya Azay Quliyevin adını məqsədyönlü şəkildə hallandırmaqla aşkar sui-istifadələrə yol verib və "deputat" adı altında bir sıra qanunsuz hərəkətlərini ört-basdır etməyə çalışıblar. Qurduğu mexanizm isə çox maraqlı olub - səlahiyyətli şəxslə heç zaman görüşə özü getməyib ki, xarici görünüşə görə həyata keçirdiyi fırıldaqlar ifşa oluna bilər. Xahişi dolayısı yolla, telefonla və adamları vasitəsi ilə edib. Araşdırmalarımız zamanı məlum oldu ki, o, sənədləşmə işlərini də öz adına deyil, ona yaxın olan şəxslərin adına edib ki, birdən soyadına baxanda ifşa olunar. Açıqca dələduzluq işidir! Azərbaycanın Cinayət Məcəlləsi bu kimi hallara görə ciddi hüquqi məsuliyyət nəzərdə tutur. Bu hələ bizim bildiklərimizdir. Daha nə qədər vəzifəli şəxslərin adından dələduzluq məqsədi ilə istifadə etdiyini isə heç kim dəqiqi bilmir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1402   Tarix: 09 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Kürdə batan azyaşlı qız ürəyindən əməliyyat olunubmuş - VİDEO

Kürdə batan ata və qızı ilə bağlı yeni detallar məlum olub. "Azad Azərbaycan" Televiziyasında (ATV) yayımlanan süjetdə bildirilib ki, itkin düşən 6 yaşlı Səma üç il əvvəl ürəyindən əməliyyat olunub. "Bu səbəbdən də valideynləri hər zaman ona diqqət edirdilər. Ailədə onun nazı ilə oynayırdılar"

18.04.2024 660
.

Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO

"Hazırda məktəblərdə servis xidmətinin yaradılması məsələsi müzakirə olunmur". Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirilən hesabat tədbirində deyib. "Bizim istəyimiz və arzumuz ondan ibarətdir ki, bütün vətəndaşları öz evlərini

18.04.2024 479
.

"Valideyn repititora verdiyi pula görə uşağı sıxışdırır" - Psixoloq

Hər il universitetə qəbul imtahanından sonra uğurlu nəticə göstərməyən abituriyentlərin intiharının şahidi oluruq. Bir çox hallarda onların intiharına səbəb valideyn təzyiqi olur. Mövzu ilə bağlı -a danışan psixoloq Gülnar Orucova bildirib ki, valideyn repititora verdiyi pula görə uşağı sıxışdırır. Validey

18.04.2024 445
.

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti AÇIQLANDI

"Tanınmış aparıcı Aytən Səfərovanın hazırda Kliniki Tibbi Mərkəzdə zəruri müayinə və müalicəsi davam etdirilir". Bununla bağlı -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib. Qeyd olunub ki, qabırğada yerdəyişməyən sınıq və kəllə-beyin travması diaqnoz

18.04.2024 1542
.

Qazaxıstanda daşqınlar nəticəsində 5 nəfər ölüb

Qazaxıstanda daşqınlar nəticəsində 5 nəfər ölüb, 2 nəfər itkin düşənlərin axtarışları davam edir. xəbər verir ki, Qazaxıstan daxili işlər nazirinin birinci müavini Marat Kocayev Senatın ümumi iclasından sonra jurnalistlərə açıqlama verib. Kocayev ölkədə davam edən daşqınlar səbəbilə Atrau bölgəsind

18.04.2024 264
.

İsrail məktəbə hücum etdi: 4 ölü

İsrail Qəzzada dinc sakinlərin sığındığı məktəbə hücum edib. BİG.az xəbər verir ki, hadisə nəticəsində 2-si uşaq olmaqla 4 nəfər ölüb. Ölənlərlə yanaşı yaralananlar da var. Bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb. Hadisə zamanı məktəbə isə böyük ziyan vurub. İsrailin Qəzza zolağına oktyabrı

18.04.2024 288
.

Pensiyaya yalnız bu qadınlar daha tez çıxacaq

Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslərin erkən pensiya hüququ yaranacaq. report-a istinadən xəbər verir ki, bu barədə məsəl

14:17 0
.

Pensiyaların gecikməsi ilə bağlı rəsmi - AÇIQLAMA

"Bəzi sosial şəbəkə və internet resurslarında aprel ayının pensiyalarının yubanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir". Bu sözləri -a açıqlamasında Dövlət Sosial Müdafiə Fondun (DSMF) mətbuat katibi Rəşad Mehdili ödənişlərin aprelin 19-da yekunlaşacağını bildirib. "Pensiyaları

18.04.2024 500
.

Yaponiyanın qərbində ardıcıl zəlzələ oldu

Yaponiyanın qərbindəki Ehime prefekturasının sahilində yerləşən Bunqo-suido boğazında ardıcıl zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 6,4 və 5 bal gücündə baş verib. Bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb. Qeyd edək ki, 6,4 maqnituda gücündə zəlzələ 50 kilometr dərinlikdə, 5 maqnitudal

18.04.2024 291