"Ananın sevgilin tərəfindən bıçaqlamağından niyə danışmırsan ay "qüsursuz" insan?" - Kərim Təranəyə

"Ananın sevgilin tərəfindən bıçaqlamağından niyə danışmırsan ay "qüsursuz" insan?" - Kərim TəranəyəMüğənni Rəqsanənin qızı Aysunun 1 nömrəli körpələr evinin direktoru ilə yaşadığı qalmaqal bütün respublikaya səs salıb.

Müğənninin qızı qarşı tərəfi kimsəsiz uşaqlar üçün gətirilən malları oğurlamaqda ittiham edir. Direktor isə bu ittihamları rədd edir.

BiG.AZ xəbər verir ki, məsələyə bir vaxtlar Rəqsanə İsmayılovanın prodüseri olan Təranə Səmədova münasibət bildirib. Median.az-a danışan prodüser Aysuna anasının eyiblərini çəkib göstərməyi məsləhət görüb:

"Mən açığın deyim ki,ətim tökülür. Ümumiyyətlə heç kəs heç kəsi mühakimə edə bilməz. Əgər belə bir hadisə ilə qarşılaşmışdısa hüquq-mühavizə orqanlarına müraciət edə bilərdi. O paylaşım hamısı reklam xarakterli olan şeylərdir. Özünü reklam etmək istəyir. Belə şeylər mənə gülünc gəlir. Anasının və özünün elədiyi qüsurları çəksin paylaşsın. Ayıbdır, durub guya ki, kiminsə ayıbını tapırlar. Mən böyük məmnuniyyətlə uşaq evinin direktorunun onları məhkəməyə verib, qalib gəlməyini gözləyirəm. Həmin direktor xanım haqqında məlumatlar da öyrənmişəm. O xanımın heç bir maddiyata ehtiyacı yoxdur. Kimisə tanımadığımız halda mühakimə etmək çox səhvdir. Kənardan hər şey başqa cür görsənə bilər, ancaq daha dəqiqliyə getsək bəlkə də əli öpüləcək bir xanımdır o. Ancaq o xanımı ifşa edən insanın mənəviyyatına bələdəm,ona görədə gülünc gəlir mənə".

Çok keçmədən prodüsser Təranə Səmədovanın keçmiş həyat yoldaşı müğənni Kərim Abbasov münasibət bildirib.

İfaçı müğənninin bu cür açıqlamasına sərt reaksiya verib:

"Sənin qüsurlarını saymaqla bitməz. Polislərlə içkili halda tutulanda qurşaqdan aşağı danışan kim idi qadın? Maqazin proqramında 7 yaslı qiz evladının yanında, sevgililərinin adını tutub, eşq yaşadığını bəyan edən qadın heç qızından utandınmı? Məktəbdə gedən qızının hansı təpkilərlə qarşılaşacağını heç düşündünmü? İnsan alverində əli olan insan hansı qüsurdan danışırsann? Atasız uşağı dünyaya gətirib, özünə fədakar ana adı qoymaq budumu alqışa layiq hərəkət? Ananın sevgilin tərəfindən bıçaqlamağından niyə danışmırsan ay "qüsursuz" insan?

Səmədova hər halda diplomlar yadındadır. Bu qüsurlarınızdan niyə danışmırsan? Səni mən tanıdığım qədər doğma anan tanımır. Heç olmasa sən danışma. Çox atlanıb-düşmə. Gedib lazımı atlanıb orqanlara ananla qaynatdığın zibillərdən danış ay "qüsursuz" insan. Polislərə yalançı şahid qismində yazdığın ərizələrdən danış. 100-lərlə insanların haqqına girməklərindən danış. Mənə görə etmədiyin və getmədiyin cadu qapısı qalmadı. Dağıtdığın evlərdən danış. Sən Allahın suyuna şər atan bəndə niyə bundan danışmırsan? Kərimin övladı olsa başımı kəsəcəm demişdin. Nə oldu? Övladım da oldu... Qızın dünyaya gələndə efirə çıxıb dedin ki. "Kərimə göz dağı olsun". Ay Səmədova mənim isə oğlum oldu. Bu sənə gözə dağı olsun.Və bil, yadında saxla. Mənim oğlum vaxt gələcək bütün qisasını necə lazımdırsa çıxacaq. İndi görüm kim kimə göz dağı olacaq. Bu heyatda 3 nəfərə halallıq verməyəcəm. Bunlardan ən birincisi sənsən. Allah sənin kimi şeytan bəndələrinə lənət etsin. Heç kimin balasının qabağına sənin kimi şeytanı çıxartmasın. Sənin yıxdığın evləri fələk də yıxmayıb. Lazım olsa lazımı orqanlara sənin qaynatdığın ərizə formasında müraciət edəcəm. Ondan sonra gör nə olacaq. 10 il susdum bəsdir. Məni əxlaqsız şərəfsiz etdin. Mən susdum, Allaha təvvəkül edib, pənah aparıb səni ona tapşırdım. İndi baxıram sənə və deyirəm. Allah heç kəsin ağlını başından almasın. Necə ki, səninkini alıb. Allah ürəkləri biləndir. Ona görə də sənin ürəyinə görə verir. Ay camaat indi bilin, bunun ürəyi və niyyəti nədir ki, Allah buna bu qədər çəkdirir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5531   Tarix: 04 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ağalarovlar terror aktında zərərçəkənlərə kömək üçün 100 milyon rubl ayırdılar

Araz və Emin Ağalarovlar Moskvada "Crocus City Hall"da törədilən terror aktında zərərçəkənlərə kömək üçün 100 milyon rubl ayırıblar. Konsert zalının adını daşıyan Müslüm Maqomayev Fondunun vəsaiti də yardım üçün istifadə olunacaq. Qeyd edək ki, "Crocus City Hall"un konsert zalınd

27.03.2024 319
.

Rəsmi Moskva Bakı və İrəvana çağırış etdi

Moskva Bakı və İrəvanı maksimum təmkin nümayiş etdirməyə və aqressiv ritorikadan çəkinməyə çağırır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Onun mətbuat konfransı Rusiya XİN-in sosial şəbəkə səhifəsində canlı yaymlanır. Zaxarovanın sözlərinə görə, bütün ərazi mübahisələr

27.03.2024 275
.

Dörd rayonda qaz olmayacaq

Kürdəmir və Göyçay rayonlarını təbii qazla təmin edən qaz təchizatı şəbəkəsində aşkar olunmuş qaz sızmalarının ləğvi, təmir-bərpa işlərinin aparılması, həmçinin, sayğacların yeni çəkilmiş qaz xətlərinin üzərinə köçürülməsi, köhnə xətlərin ləğv edilməsi ilə bağlı bu gün saat 09:00-dan "Kürdəmir"

10:06 0
.

"Öyle bir geçer zaman ki" serialının aktyoruna ağır itki

"Öyle bir geçer zaman ki" serialında Ali kaptan rolu ilə tanınan aktyor Erken Petekkayaya ağır itki üz verib. xəbər verir ki, bu barədə o sosial şəbəkədə paylaşıb. Aktyorun atası Akın Kaya bu gün səhər vəfat edib

27.03.2024 404
.

"Putin həmin gecə yatmayıb"

"Rusiya Prezidenti Vladimir Putin "Crocus City Hall"da törədilən terror aktından sonra gecəni səhərə qədər yuxusuz keçirib". "Qafqazinfo" xəbər verir ki, bunu jurnalist Pavel Zarubinə müsahibəsində Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib. Onun sözlərinə görə, Putin həmi

10:48 0
.

Almaniyada sərnişin avtobusunun aşması nəticəsində 5 nəfər ölüb

Almaniyanın Leypsiq şəhərində sərnişin avtobusunun magistral yolda aşması nəticəsində 5 nəfər ölüb. xəbər verir ki, polisinin verdiyi açıqlamaya görə, avtobusun iştirakı ilə yol qəzası A9 avtomobil yolunda Wiedmar və Schkeuditzer Kreuz kəsişmələri arasında baş verib. Leypsiq polisinin sözçüsü Olaf Hopp

27.03.2024 193
.

İdarə rəisi təqaüdə göndərildi

DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, Qeydiyyat-İmtahan və Texniki Baxış İdarəsinin rəisi polis polkovniki Kamran Əliyev təqaüdə göndərilib. Avtosfer-ə istinadən xəbər verir ki, xidmətdə olmanın son yaş həddinə görə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə Kamra

27.03.2024 487
.

Orucluqda yeməklərdə nələrə diqqət edək?

Oruc tutmaq İslamın əsas şərtlərindən biri sayılır. Müsəlmanlar orucu təkcə ruha deyil, həm də cismə mütləq faydası olacağı kimi qəbul edirlər. Metabolizmanı orucluğa hazırlamaq məqsədi ilə qidalanma alışqanlıqları və yuxu prosesinə dəyişiklik etmək lazımdır. Ramazan ayı ən çox mədə və həzm sistemin

27.03.2024 239
.

İsrail əsgəri alış-veriş edən balaca oğlanı döydü - VİDEO

İsrail əsgəri işğal altında olan Qərbi Sahildəki ərzaq mağazasına hücum edib. BİG.AZ xəbər verir ki, o ailəsi ilə alış-veriş edən balaca oğlanı döyüb. Sosial şəbəkələrdə yayımlanan görüntülər müzakirələrə səbəb olub

27.03.2024 302