Abşeronda xadimə evdən 20 minlik qızıl oğurladı

Abşeronda xadimə evdən 20 minlik qızıl oğurladı

Abşeronda evdən 20 min manatlıq qızıl oğurlanıb.

DİN-dən BiG.AZ-a verilən məlumata görə, mayın 1-də nazirliyin "102 Zəng Mərkəzi” Xidmətinə müraciət edən Abşeron rayon sakini olan qadın mənzilindən qızıl əşyalarının oğurlandığını bildirib.

Dərhal Abşeron Rayon Polis İdarəsinin əməkdaşları Xırdalan şəhərindəki həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalar zamanı məlum olub ki, aprel ayının 15-də həmin mənzildən 20 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğun həmin evdə xadimə işləyən Xırdalan şəhər sakini Zivər Rəhimova tərəfindən oğurlandığına əsaslı şübhələr yarandığından o, saxlanıb.

Faktla bağlı araşdırma aparılır.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1035 Tarix: 03.05.2018
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
ataxanli
ataxanli 03.05.2018
oha o qədər qızıl nə gəzir evdə


 
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər