Lənkəranski ölməyib, üzünü əməliyyatla dəyişdirib? - DİN-dən açıqlama

Lənkəranski ölməyib, üzünü əməliyyatla dəyişdirib? - DİN-dən açıqlama

Məşhur kriminal avtoritet, Türkiyədə sui-qəsd nəticəsində qətlə yetirilən qanuni oğru Rövşən Lənkəranski haqqında şok iddia yayılıb.

Özünü Əvəz Əliyev (Əvəz Baba) kimi təqdim edən bir nəfər a24.az-a Lənkəranskinin yaşadığını, üzünü və səsini əməliyyatla dəyişdiyini iddia edib.

Ə.Əliyev qeyd edib ki, bu xəbəri Lənkəranskinin özünün xahişi ilə yayımlayıb:

"Rövşən Lənkəranski yaşayır, həqiqətdir, sadəcə olaraq bəzi instinkt hərəkətlərindən onu tanıdım, üzü dəyişib. Səsini də aprelin 10-da əməliyyatla dəyişdilər. Hazırda özünün xahişi ilə yerini açıqlamırlar, sadəcə bilin ki, o, həyatdadır, ölməyib və kənardan olan-bitən hər şeyi izləyir”.

İddiaçı bildirib ki, bu xəbəri yaymaqda məqsəd məktəblərdə baş verən hadisələrlə bağlıdır: "Düşmənlər bilsin ki, Lənkəranski sağdır”.

Faktor.az məsələ ilə bağlı DİN-in mətbuat orqanı ilə əlaqə saxlayıb. İddiaya cavab olaraq, DİN əməkdaşı "bu məsələ ilə bağlı sonra danışarıq”, cavabını verib.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 22318 Tarix: 03.05.2018
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Tanner
Tanner 04.05.2018
aye xeberi yaynda bir dusunun ne yayirsiz, bu adam ozunu bu islerden qacirtmaq ucun veya bu ortamdan cixmaq ucun bele bir hereketi ede biler ve ettik deyek, yeniden ozunu dusmenlerine tanitmaq ucun seklini verermi? "sadəcə olaraq bəzi instinkt hərəkətlərindən onu tanıdım" o hereketler bir cox insanda olabilmezmi? meselen eyni hereketlere sahib olan bir cox insan taniyiram, eyni xasiyyete hetta eyni sese sahib olan insanlar taniyiram, bu qaqas eyer ozunu sirkli ortamdan arindirmaq ucun bele bir herekete yol veribse o bir daha esla bu ortama ne ayaq basar nede ozunu biruze verer, artiq serhe gerek yoxdur!


 
Anhel
Anhel 04.05.2018
Onsuzda hec inana bilmedim bunun olduyune


 
Yasin_men
Yasin_men 03.05.2018
kewge sag qalmiw olsun


 
People_need
People_need 03.05.2018
Təki elə olsun, ancaq heç şəkildəkinə bənzəmir
CENNET_MELEYI
CENNET_MELEYI 03.05.2018
ROVSEN LENKARANISKI mencede ole bilmez


 
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər