Şəmkirdə naməlum ELAN: Qadınları satmaq üçün Türkiyəyə aparırlar? - ŞOK MATERİAL

Şəmkirdə naməlum ELAN: Qadınları satmaq üçün Türkiyəyə aparırlar? - ŞOK MATERİALŞəmkir rayonunda bazar adlanılan ərazidə yerləşdirilən elan hər kəsin təəccübünə və marağına səbəb olub. Belə ki, elanda qeyd olunub ki, Türkiyədə tikiş fabrikinə 25-35 yaş arası qadınlar tələb olunur. Yüksək əmək haqqı bir çox qadınların marağına səbəb olub.

Elanın doğruluğunu yoxlamaq üçün qeyd olunan nömrə ilə əlaqə saxladıq. Bəlli oldu ki, qadınları tikiş fabrikində iş üçün cəlb etsələr də zəngi cavablayan şəxs işin nədən ibarət olduğunu bilməyib və xanımla görüşün vacbliyini vurğulayıb.

İddia olunur ki, sözügedən çətə qadınları bu yollarla Türkiyəyə aparıb orada naməlum şəraitdə öz maraqlarının qurbanına çevirirlər.

Şəmkirdə naməlum ELAN: Qadınları satmaq üçün Türkiyəyə aparırlar? - ŞOK MATERİALBununla bağlı BiG.AZ-a açıqlama verən "Təmiz dünya Qadınlara Yardım" İctimai Birliyinin sədri Mehriban Zeynalova Həqiqətən belə bir hal varsa dərhal İnsan Alverinə Qarşı Müdafiə idarəsinin 152 qaynar xətti ilə əlaqə saxlayıb həmin elan barəsində məlumat versinlər. Əminəm ki, bu məsələ dərhal araşıdırılıb müvafiq tədbir görüləcək. Bu məsələ hələ ehtimaldır. Amma yenə də hüquq mühafizə orqanları bu məsələni araşdırmalıdır. Bunu ört-basdır edilməsindənsə dərhal 152 qaynar xəttlə əlaqə saxlamaq lazımdır ki, heç kəs zərər çəkməsin. Hüquq mühafizə orqanları 24 saat ərzində bu məsələni araşdırıb kim günahkardırsa məsuliyyətə cəlb edəcəklər. Əgər bu elandan zərər çəkən varsa artıq cinayət hesab olunur.

Şəmkirdə naməlum ELAN: Qadınları satmaq üçün Türkiyəyə aparırlar? - ŞOK MATERİALVəkil Elmar Süleymanov vurğulayıb ki, bu kimi elanlar insan alverinə gətirib çıxararsa birbaşa onlar cinayət məsuliyyəti daşıyır. Bu əmələ görə onlar 5 ildən 10 ilə qədər azadlıqdan məhrum edilə bilərlər: "Qadınların sənətlərini əllərindən alıb onları cinsi istismara məruz qoyurlarsa artıq bu insan alveri deməkdir. İnsan alverinin qurbanı kişi də ola bilər. Onun da sənətlərini əlindən alıb məcburi əməyə sövq edə bilərlər. Maraqlı olan odur ki, belə hallar ölkə daxilində baş vermir. Daha çox qadınlarımız aldadılaraq Türkiyəyə, Dubaya aparılır. Bu əməl 2 nəfərdən çox şəxsə, yetkinlik yaşına çatmayanlara və mütəşəkkil dəstə tərəfindən yaxud da təkrar törədilərsə, 8 ildən 12 ilə kimi azadlıqdan məhrum etmə cəzası verilir. Məhkəmələrdə insan alverçiləri bildirirlər ki, biz məcbur etməmişik. Qadın könüllü bunu həyata keçirib. Bu cür ifadə verməkdə də məqsəd cəzanın yüngüləşdirməkdir. Amma məhkəmələrdə bu ifadələr cəzanı yüngülləşdirən amil kimi qəbul edilmir. Bu məsələni həm də Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Daxili İşlər Nazirliyinin İnsan Alveri ilə Mübarizə İdarəsi araşdırmalıdır. Bu cür elanları kim yapışdıranlar haqqında araşdırma aparılmalıdır. Onların əməli təsdiqini taparsa cinayət məsuliyyətinə cəlb edilməlidirlər.

Aysel Yusifqızı


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2872   Tarix: 04 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

İlber Ortaylının təyyarədə halı pisləşdi: Uçuş təxirə salındı

Türkiyənin tanınmış tarixçisi, professor İlber Ortaylı Türk Hava Yollarının (THY) İzmir-İstanbul "TK-2337" reysi ilə hərəkət edən təyyarədə olarkən vəziyyəti pisləşib. Məlumata görə, professorun vəziyyətinin yaxşı olmadığını görən heyət uçuşu təxirə salıb. 76 yaşlı tarixçiyə həkimlər tərəfində

24.04.2024 248
.

Vüsalənin səhnə geyimi və rəqsi gündəm oldu - VİDEO

Məşhur aparıcı Vüsalə Əlizadənin səhnə geyimi və rəqsi gündəm olub. xəbər verir ki, Vüsalə aparıcı olduğu verilişdə İzzət Bağırovun mahnısının sədaları altında rəqs edib. Görüntülər sosial şəbəkələrdə yayılıb. Sözügedən görüntüləri təqdim edirik:

24.04.2024 635
.

Sədaqət Vəliyeva: "Həqiqətən də müasir dövrümüzdə sabitlik ölkələr üçün böyük bir uğur hesab olunur"

"Bu gün dünya ölkələrinin əksəriyyətində ixtişaşlar, müharibələr, terror aktları, bir sözlə qeyri-sabitlik tüğyan edir. Belə bir şəraitdə Azərbaycan bütün bu mənfi təsirlərdən tam kənardadır və ölkəmizdə yüksək səviyyəli sabitlik hökm sürür. Həqiqətən də müasir dövrümüzdə sabitlik ölkələr üçün böyü

24.04.2024 165
.

Sabah temperatur 31 dərəcəyə qalxacaq

Aprelin 25-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-18 isti, gündüz 23-28 isti olacaq. Atmosfe

24.04.2024 419
.

Fatimə dəyişib belə oldu - FOTOlar

Rəqqasə Fatimə Fətəliyeva görünüşündə dəyişiklik edib. axşam.az-a istinadən xəbər verir ki, sənətçi saç düzümünü dəyişərək, kəkil kəsdirib

24.04.2024 726
.

Yaponiyada hava limanına eniş edən sərnişin təyyarəsi xarab olub

Göyərtəsində 213 sərnişinin olan təyyarənin Yaponiyanın şimalındakı hava limanına enərkən qanadından tüstü qalxıb. xəbər verir ki, Yaponiya dövlət televiziyası NHK xəbərlərinə görə, paytaxt Tokiodakı Haneda Beynəlxalq Hava Limanından havaya qalxan All Nippon Airways (ANA) 71 nömrəli reysi yerli vaxtl

24.04.2024 162
.

İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: "Kafedra ilə problemi olmayıb"

"Bizdə heç bir yeni rəhbər təyinatı olmayıb" . Bunu -ın sorğusuna cavab olaraq Azərbaycan Tibb Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova deyib. O qeyd edib ki, Nəsib həkimin çalışdığı "Birinci uşaq xəstəlikləri kafedrası" ilə heç bir problemi olmayıb

24.04.2024 605
.

İsrail Qəzzaya yenidən hücum etdi

İsrail ordusunun gecədən bəri işğal olunmuş və blokadaya alınmış Qəzza zolağına hücumları davam edir. BİG.az xəbər verir ki, hadisə nəticəsində bir çox insan həlak olub, onlarla insan yaralanıb. Bu barədə Fələstinin rəsmi xəbər agentliyi WAFA məlumat yayıb. Məlumata görə, Nusayrat qaçqın düşərgəsindək

24.04.2024 137
.

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO

Sosial şəbəkələrdə videoları ilə milyonlarca baxış toplayan Ümüd adlı körpənin kirpikləri hər kəsin diqqətini cəlb edib. Onun atası bildirib ki, bir çoxlarının təəccüblə izlədiyi kirpiklər onların ailəsi üçün adiləşib:. "Millətə qeyri-adi görünsə də, bizim üçün adi haldır. Nəsildə də var. İrsi olduğ

24.04.2024 1092