Zəmanənin xəstəliyi?

Zəmanənin xəstəliyi?İnternet insanların həyatına daxil olduqdan bəri onların əyləncəsinə çevrilməklə bu gün həm də kitabxanaları, maqnitofonları, televiziyanı əvəz edir. Ən önəmlisi isə bir çoxunun işinə, həyat tərzinə çevrilib. İnternetdən uzun müddət istifadə etməklə insanlar bu gün ondan asılı vəziyyətə düşürlər. Bir vaxtlar narkotik, spirtli içki və siqaret üçün söylənən bu fikir artıq internetə də şamil edilir.

İlk vaxtlar internetdən sadəcə zövq alanlar sonralar xəstəliyə düçar olurlar

Hələ 1995-ci ildə internet asılılığının bir xəstəlik olduğu İvan Qoldberq tərəfindən zarafat şəklində irəli sürülsə də, təəssüf ki, hazırda bu real bir xəstəlik kimi təsdiqini tapıb. Hətta bu gün bəzi ölkələrdə internet asılılığı ilə bağlı klinikalar fəaliyyət göstərir. Həkimlər 10-12 saat boyunca aramsız internetdə olan, oyun oynayan və ya söhbət edən insanların olduğunu və bunun bəzən ciddi nəticələrə yol açdığını bildiriblər. İnternet asılılığı içki, narkotik, dərman istifadəsi və qumar asılılığı daxil olmaqla bu kimi patoloji pozğunluqlara bənzədilir.

Bəzi insanlar ilk vaxtlar internetdən istifadədən sadəcə zövq alsalar da, sonralar bu müddətin uzanması xəstəliyə gətirib çıxarır. Belə insanlar artıq gərgin, yuxusuz olur və tez əzəbləşir, onlarda depressiya, qorxu, yalnızlıq hissləri, mədədə, gözlərdə, kürəkdə, başda şiddətli ağrılar, yemək vaxtının pozulması halları olur. Hətta artıq kompüter başında 72 saat keçirməklə öyünən insanlar da var.

İnternet asılılığına düçar olanların bir qismini gənclər təşkil edir və ilk vaxtlar ailə buna münasibət bildirmir. Sonra övladlarının yemək yemədiyini, yuxusuz qaldığını görüb bunun qarşısını almağa çalışdıqda onların sərt reaksiyası ilə üzləşirlər. Uşaqlarının məktəbə getmədiyini öyrənən və onları internet-klublarda tapan valideynlər də var. Elə internet aludəçiləri var ki, ac qalmağa razı olub, bütün pullarını internetə xərcləyirlər.

İnternetdən istifadə qaydalarını əks etdirən reklam lövhələri hazırlanmalıdır

Bu gün ölkəmizdə də yaşından asılı olmayaraq kifayət qədər internet aludəsi olan insanlar var. Həm internet-klublarda, həm ofisdə, həm də evində cinsindən və yaşından asılı olmayaraq saatlarla kompüter qarşısında əyləşənlər var. Bu problemin cəmiyyətdə çox aktual olduğunu deyən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bunun bir çox insanın həyatında problemlər yaratdığını deyir.

Onun sözlərinə görə, bu gün cəmiyyətdə bir çox mühüm işlər kompüter vasitəsilə həyata keçirilir ki, onların kompüterdən uzaqlaşmasını tələb etmək məntiqsiz sayılar. Ancaq asudə vaxtın kompüter oyunları və internetə həsr edilməsinin problemlər yaratdığını deyən O.Gündüz bunların xüsusilə də uşaqlarla bağlı daha ciddi olduğunu təsdiq edir: "Onlarda sosial şəbəkələr və oyunlara qarşı yaranan aludəçilik real dünyadan ayrılmalarına səbəb olur ki, bu da onların səhhətlərinə zərərlidir".

Mütəxəssisin fikrincə, bu gün aludəçilikdən və onun zərərlərindən qorunmaq üçün kompüterdən normal istifadə haqqında kifayət qədər ədəbiyyat var və bəzi oturuş, vaxt bölüşdürmə normaları müəyyən edilib. O.Gündüz onu da bildirdi ki, bu cür qaydaları əks etdirən reklam lövhələrinin hazırlanaraq məktəblərdə və internet-klublarda diqqətə çatdırılması faydalı addım olar.

Asılılıq hər yaş qrupunda eyni təsirə malikdir

İnternet asılılığının artıq bir cox ölkələrdə xəstəlik kimi təsdiqləndiyini deyən psixoloq Tariyel Faziloğlu deyir ki, Avropanın bir cox ölkələrində kilinik şəraitdə müalicə aparılır:

"Bu asılılıq hər bir yaş qrupunda eyni təsirə malikdir. Yəni hər bir yaşda bu bağlılığa tutulmaq olar. Bu o deməkdir ki, hər yaş qrupunda olan insan internetdən aşırı istifadə etsə, onda virtual dünyaya bağlılıq artır və o insan real həyatdan tədricən uzaqlaşır. Ona artıq virtual aləm real dünyadan daha maraqlıdır. Bunun da bir cox səbəbləri var. Məsələn, virtual aləmdə sərhəd, qadağalar, olmazlar - bir sözlə, "yox" yoxdur. Bu isə insanlara virtual aləmi daha cəlbedici edir. Bunun nəticəsində insan real aləmdən qopur, virtuallaşır və passiv həyat kecirməyə başlayır. Nəticədə insan real həyatda, məsələn, ailədə, dostlar əhatəsində özünü narahat hiss edir, depressiya, stres keçirir, əsəb sistemi gərginləşir. Nəticədə bir çox sinir xəstəliyinin yaranması riski artır".

Psixoloqun fikrincə, onlara ciddi psixoloq nəzarətində uzunmuddətli kurs lazımdır. Amma eyni zamanda onların maraqlarını yönəltməyə çalışmaq lazımdır. İnternet asılılığı olan insan her şeyi internetlə həll etməyə başlayır ki, bir müddətdən sonra isə heç nəyə ehtiyacı olmasa belə, özü özünə ehtiyac yaradır ki, virtual aləmdə gəzinməyə səbəbi olsun.

İnternet asılılığınıın bütün yükünü də gənclərin üzərinə yıxmaq olmaz. Çünki onların sırasında kifayət qədər müxtəlif yaşlı insanlar da yer alır. Məsələn, kosmetikaya marağı olan qadınlardan birinin ehtiyacı olan məhsulları ucuz qiymətə internetdə axtarması onun uzun müddət burada qalmasına səbəb olub ki, artıq saatlarla burada olması nəticəsində ehtiyacı olmayan məhsulları belə almağa başlayıb. Beləcə, bu, asılılığa çevrilib. Sonra isə belə adamlar həkimə müraciət etmək məcburiyyətində qalırlar.

Bu insanların dörd faizi öz iradələri ilə internetin başından qalxa bilmirlər

İnternetin sürətlə həyatın bütün sahələrinə daxil olmasının getdikcə ondan asılı vəziyyətdə olan insanların sayının da çoxalmasına səbəb olduğunu deyən "Aktual" Elmi-Sosioloji Araşdırmalar Mərkəzinin rəhbəri, sosioloq Əbülfəz Süleymanlı bildirdi ki, xüsusilə internet asılılığı olan insanların sayının bir xeyli çox olduğu qərb ölkələrində bu asılılıq "zəmanənin xəstəliyi", "internet asılılığı sindromu" kimi adlarla dəyərləndirilir:

"Həmin ölkələrdə günün ən az 4 saatını internet qarşısında keçirən insanlar bu kateqoriyaya daxil edilir. Bu asılılığa düçar olmuş şəxslərin bir qismi ailə həyatında və sosial həyatda müxtəlif problemlərlə üz-üzə qalırlar, ciddi psixoloji travmalar yaşayırlar, bir qismi isə iş və təhsil həyatında manelərlə qarşılaşırlar. Aparılan araşdırmalara görə, bu insanların dörd faizi isə ümumiyyətlə, öz iradələri ilə internetin başından qalxa bilmirlər. Yəni bu o deməkdir ki, bunları kimsə zorla internetin başından ayırır".

Sosioloq onu da bildirdi ki, son dövrlər ölkəmizdə də internetdən asılı olan insanların sayı çoxalır və müşahidələr bunların əsasən gənclər, yeniyetmələr və müəyyən bir faizinin də orta yaşlı insanlar olduğunu göstərir. Bu insanlar vaxtlarının böyük hissəsinin sosial şəbəkələrdə, online oyun oynayaraq ya da internetdə axtarışa sərf edirlər ki, artıq bu asılılıqdan irəli gələn problemlər özünü göstərməyə başlayıb:

"Belə ki, gənclərin bir qismi qızıl dəyərində olan vaxtlarını internet-klublarda oyun oynayaraq və sosial şəbəkələrdə əksər hallarda lazımsız söhbətlərə sərf etdikləri üçün təhsildə uğursuzluğa düçar olurlar, bu yaxınlarda müşahidə etdiyimiz kimi pis niyyətli insanların çənginə düşə bilirlər, sosial şəbəkələrdə təsadüfi tanışlıqlarla başlayan münasibətlər ailə həyatında nikah pozulmasına qədər gedib çıxan problemlərə səbəb olur".

Bəs bu asılılıqdan necə xilas olmaq olar?

Sosioloqun fikrincə, hər kəsin qəbul etdiyi bir həqiqət var ki, internet zəmanənin birinci dərəcəli ünsiyyət və informasiya vasitəsidir: "Bunun üçün də internetdən imtina etmək, onu tamamilə həyatımızdan çıxarıb atmaq mümkün deyil və bu düzgün yanaşma da deyil. Burada ən məntiqli və düzgün yol, internetin cazibəsinə təslim olmamaq, onun əsirinə çevrilməmək, əksinə, ona öz məqsədlərimiz üçün düzgün istiqamət vermək və onun bizə nəzarət etməsinə icazə verməyərək bizim ona nəzarət etməmizdir". Onun sözlərinə görə, bunun üçün:

- İnternetə giriş saatları üçün müəyyən qrafik uyğunlaşdırmaq və bu qaydalara mütləq riayət etmək lazımdır;

- Kinoteatr, teatr, muzey, idman kimi sosial fəaliyyətlərə daha çox vaxt ayırmaq lazımdır;

- Dost və yoldaşlarla və hətta yaxın qohum-əqrəbalarla internetdən kənar yollarla, üz-üzə ünsiyyət qurmağa çalışmaq lazımdır;

- Ailələr gənclərə daha çox vaxt ayırmalı, onların problemləri ilə maraqlanmalıdırlar.
Ələlxüsus məktəb və dostları haqqında informasiya əldə etmək üçün gənclərlə söhbət etmək, maraq dairələri və problemləri haqqında məsələləri ailə ilə bölüşmələri üçün onları təşviq etmək lazımdır. Eyni zamanda, xüsusilə gənclərin öz dostları ilə sosial mühitdə və açıq havada daha çox vaxt keçirmələrinə nail olmaq lazımdır;

- İnternetdə gənclərin əsasən hansı saytlara daxil olduqlarını öyrənmək onların maraq dairələri haqqında təsəvvür yarada bilər. Bunun üçün ilk növbədə valideynlərin internet və ümumiyyətlə, kompüter haqqında məlumatlanmaları ümumi işin xeyrinə olacaq.

Sosioloqun fikrincə, bəzi hallarda valideynlər övladlarının internetdən istifadəsi üzərində tam nəzarətə nail olmaq istəyirlər ki, bunu edərkən çox ehtiyatlı olmaq tələb olunur. Əks təqdirdə, xüsusilə məktəb yaşlı yeniyetmələri bayırda gözləyən bir başqa təhlükə mənbəyi - internet-klublar var.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 3966   Tarix: 17 aprel 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?

İsti havalar infeksiya xəstəliklərinin artmasına səbəb olub. Bu cür infeksiyalar özünü hərarət, boğaz ağrısı, gözdə qızartılar, ürəkbulanma, öskürək, ishalla özünü büruzə verir. Yazda ortaya çıxan infeksiya xəstəliklərini təqdim edirik:. Onlarda biri diabakteriozdur: Disbakterioz zamanı normal və atipi

14.04.2024 363
.

Reklam edilən dərmanlar uşağınızın boyunu uzadır? - Həkimlər fəsadlarını AÇIQLADILAR

Son zamanlar sosial şəbəkələrdə uşaqların boyunun uzanması üçün müxtəlif adlı dərmanlar təklif edilir. Bildirilir ki, həmin dərmanların tərkibi, əsasən, vitamin və mikroelementlərdən ibarətdir. Bəs bu dərmanlar nə qədər effektivdir? Neçə yaşından bilmək olur ki, uşaqda boy problemi var? Uşaqların bo

24.03.2024 649
.

Bu halda su içmək ziyandır

Daha sağlam və fit bir bədənə sahib olmaq üçün görülməli olan əsas işlərdən biri də su içməkdir. Bəzi insanlar su içməyi sevərkən, bəziləri günlərlə su içməyə bilər. Su içməmək orqanizm üçün ən zərərli vərdişlər sırasındadır. Bununla belə, düzgün vaxtlarda su içmək lazımdır. Yanlış vaxtda su içmək sağlamlığınız

16.02.2024 1249
.

Sarımsaq yeyən insanlara daha bir MÜJDƏLİ xəbər

Yeməklərinizə sarımsaq əlavə etmək, xüsusilə 40 yaşdan yuxarı olanlar üçün sağlamlığı heyrətamiz gücləndirən bir strategiya ola bilər. xarici mətbuata istinadla xəbər verir ki, sarımsaq yalnız yeməklərə ləzzətli bir əlavə deyil, həm də xüsusilə 40 yaşdan yuxarı insanlar üçün qidalandırıcı bir güc mərkəzidir

10.03.2024 1283
.

Arzuolunmaz tüklərdən qurtulmağın YOLLARI

Bədənimizi qoruyan tüklər bəzən arzuolunmaz ola bilər. Xüsusilə üz, qol və çənə kimi nahiyələrdə olan tüklər həyatımızda narahatlıq yaradır. Tüklərini ülgüclə götürmək istəməyənlər onu ağartmaqla bu problemdən xilas ola bilərlər. Burada tük ağartma üsulları işə yarayır. Hidrogen peroksid tükləriniz

14.04.2024 595
.

İnsan ömrünü uzadan ərzaqlar AÇIQLANDI

"Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, son 10 ildə ürək-damar xəstəlikləri səbəbindən ölüm halları birinci yerdədir. Xəstəliyin səbəblərindən biri beyin damarlarının, ürəyin tac arteriyalarının, böyrək damarlarının aterosklerotik zədələnməsidir. Bu, düzgün olmayan qidalanma, qeyd oluna

31.03.2024 600
.

Yaşlanmanı gecikdirən qidalar

Bilirik ki, yediklərimiz sağlamlığımıza böyük təsir göstərir. Çoxumuz yeməklərimiz üçün sağlam qidalar seçmək üçün əlimizdən gələni edirik. Bol tərəvəz istehlak etmək, işlənmiş ət və şəkəri minimuma endirmək sağlam yaşlanma üçün yaxşı başlanğıcdır. Axşam.az xəbər verir ki, seçdiyimiz qidalardan bəzilər

21.01.2024 1300
.

Zərərsiz hesab etdiyimiz vərdişlər mədə xərçəngi yaradırmış

Həddindən artıq çox yemək və ya ayaqüstü istehlak vərdişi mədə xərçənginə səbəb olan zərərsiz faktorlardandır. Bu barədə rusiyalı onkoloq və cərrah Beslan Balkarov xəbərdarlıq edib. Mütəxəssisin sözlərinə görə, mədədə xərçəng hüceyrələrinin digər potensial səbəbi "Helicobacter pylori" bakteriyasıdır

20.01.2024 1206
.

Qarğıdalının faydaları

Qarğıdalı PP, E, D, K, C, B qrupu vitaminlərlə zəngindir. Bundan əlavə qarğıdalının tərkibində kalium, kalsium, fosfor, maqnezium, dəmir, mis kimi vacib mikroelementlər, çox faydalı əvəzsiz aminoturşular var. Qarğıdalının faydaları orqanizmi şlaklardan, toksinlərdən və digər zərərli maddələrdən təmizləyir

23.03.2024 2800