Daha bir məktəbdə BİABIRÇILIQ - Müəllimlər prezidentə müraciət etdi

Daha bir məktəbdə BİABIRÇILIQ - Müəllimlər prezidentə müraciət etdiAbşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən 2 saylı tam orta məktəbin müəllimləri sözügedən təhsil ocağının direktoru Leyla İsmayılovadan narazıdırlar.

BiG.AZ yenicag.az-a istinadən xəbər verir ki, narazılıq artıq o həddə çatıb ki, müəllimlər direktorla bağlı ölkə başçısı İlham Əliyevə də şikayət məktubu ünvanlayıblar. Təhsil ocağının işçiləri daha çox rüşvətxorluqdan şikayətçidirlər:

"Sizin – cənab Prezident İlham Əliyevin və onun ən yaxın silahdaşı olan I Vitse-prezident Mehriban xanımın Azərbaycanın hər sahədə çiçəklənməsi uğrunda apardığınız ardıcıl mübarizə, təəssüf ki, mərkəzdə və yerlərdə olan irili-xırdalı bəzi məmurlar tərəfindən əməllicə sabotaj edilir.

Belə məmurlardan biri Abşeron rayon Ceyranbatan qəsəbə 2 saylı tam orta məktəbin direktoru Leyla İsmayılovadır. O bu vəzifəyə təyin olunduğu natamam 2 il ərzində vaxtilə təhsildəki uğurları ilə tanınmış gənc məktəbi gücdən və gözdən salıb. Başqa təfərrüatlara toxunmadan deyək ki, bunun başlıca səbəbi direktorun hədd tanımayan pul hərisliyi, habelə peşəsinə və vəzifəsinə tam yararsızlığıdır.

O, nəinki məktəbdə təlim-tədris prosesini xeyli axsadıb, həmçinin pedoqoji kollektivdə, müəllimlərlə şagird və valideynlər arasında olan işgüzar və insani münasibətlərə xeyli zərər vurub.

Bu münasibətər nəhayət bu il martın 16-da – 10A sinfi şagirdlərinin akt tərtib etməsi ilə özünün ən kəskin nöqtəsinə çatıb. Şagirdlər aktda bildiriblər ki, ingilis dili müəllimi Bəşirova Xoşbəxt və dil-ədəbiyyat müəllimi Müsadirova Səbinə yanvar-mart ayları ərzində xəstəlikləri ilə əlaqədar məzuniyyətdə olublar, sözügedən dərslər boş keçib, nəticədə şagirdlər dərs proqramından çox geri qalıblar və istəyirlər ki, müdiriyyət onların proqramı mənimsəmələri üçün tədbir görsün. Direktor Leyla İsmayılova buna şagirdlərə və valideynlərinə təzyiq göstərmək, qanuni məzuniyyətdə olmuş və xəstəlik vərəqəsi təqdim etmiş fənn müəllimlərini günahkar elan etmək və qalanlarını onlara qarşı qaldırmaqla cavab verib.

Direktor bununla özünün – işdə olmayan müəllimləri digər müvafiq fənn müəllimləri ilə əvəz etməməsi, keçirilməmiş dərslərin yalan kiçik və böyük summativ qiymətləndirmələrinin şagirdlər xəbər belə tutmadan jurnala yazılması və bunun əsasında yarımillik qiymətlərin çıxarılması, keçirilməmiş dərslərin əmək haqqının bir dəfə də sinfə daxil olmayan bir müəllimə yazılması və əlbəttə ki, özü tərəfindən mənimsənilməsi kimi – yaramaz əməllərini ört-basdır etmək istəmişdir.

Bu, hələ Leyla İsmayılovanın "xidməti siyahı"sında olan sətirlərin onda biridir. O özünü qətiyyən müqəddəs müəllim peşəsinə və məsuliyyətli məktəb direktoru vəzifəsinə layiq aparmır, məktəbdə fironluq edir, bəzən söyüş söyməkdən belə çəkinmir. (Hətta bir dəfə keçmiş direktor müavini Allahverdiyeva Humayın mərhum valideynlərinin goruna söyüb, cavabında yuxarılara şikayət məktubu ünvanlamış Humay müəllimə Leyla İsmayılovanın – hər şeyə rəğmən – cəsazız qaldığını gördükdə özü işdən çıxıb. Bundan sonra direktor bir az da azğınlaşıb: "Gördüz də… Bundan belə gedin, hara istəyirsiz, şikayət edin!.. Mənə kimsə bata bilməz!.. Lap Mehribana yazdız, nə oldu?!.")

Balaca olduğuna görə dərslər 4 növbədə keçirilən məktəbdə növbənin özü də satılır, nəticədə əndərəbadi bir vəziyyət yaranıb…

Direktor hər bir müəllimə 5 manat məbləğində aylıq bac kəsib. Birdəfəlik baclar da var: məsələn, Novruz bayramında hər bir sinif və sinif rəhbəri birlikdə 25 manat "tərləməli" oldular…

Məktəbdə "ölü canlar" da var – adı olub özü olmayan xadimələr…

İşdən bir günlük icazənin qiyməti 20 manatdır. (Tutaq ki, Müsadirova Səbinə son "qara bayram"da valideyninin qəbri üstə getmək üçün icazə istəyəndə direktor əvəzində ondan məhz bu məbləği istəyib…)

Xəstəlik məzuniyyətində olan rus dili müəlliminin dərsini qrupları birləşdirilməklə keçirmiş paralel qrup müəllimi Vəliyeva Xalidə buna görə ona çatası əmək haqqını almayıb, çünki əmək haqqı başqa bir müəllimə – B. Şahnaza yazılıb, müdiriyyət bu pulu da onun əlindən alıb…

Hərçənd direktorun belə əlavə gəlirlərə ehtiyacı olmaya da bilərdi, axı onun həm də müəllim olaraq müxtəlif siniflərdə dərs saatları var. Di gəl ki, o bu dərsləri özü keçmir, sadəcə haqqını alır…

İsmayılova Leylanın son "hünər"lərindən biri isə lap göz çıxarır. Martın 30-da axşam saat 8 radələrində o, ən çox intriqa apardığı iki müəllimdən biri olan Bəşirova Xoşbəxtgilə gələrək (!) onun anası ilə hədələyici tonda danışıb, nəticədə müəllimənin anasının artan qan təzyiqini düşürmək üçün iki dəfə təcili yardım çağırmalı olublar…

Əgər qarşısı alınmasa, barəsində ən ciddi tədbirlər görülməsə, Ceyranbatan qəsəbə 2 saylı tam orta məktəbin direktoru İsmayılova Leylanın buna bənzər işləri çox olacaq. Uduzan gələcək nəsildir. Uduzan təhsilimizin və ümumiyyətlə Azərbaycanımızın gələcəyidir ki, onu möhkəm tikmək üçün Prezident və I Vitse-prezident yorulmadan çalışır.

Xahiş edirik ki, müəllim, şagird və valideynlərin haqq səsini eşidə, təhsil ocağımızı İsmayılova Leyla kimisinin əlindən qurtarasız!

Anlayış və ədalətinizə əminik.

Hörmətlə, Abşeron rayon Ceyranbatan qəsəbə 2 saylı tam orta məktəbin müəllimləri".

Məsələyə qarşı tərəfin də münasibətini öyrənməyə çalışsaq da, cavab verən olmadı. Qarşı tərəfin fikrini yayımlamağa hazırıq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 9137   Tarix: 02 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862