Azərbaycanda intihar bumu: 57 nəfər niyə özünə qəsd etdi? – ANALİZ

Azərbaycanda intihar bumu: 57 nəfər niyə özünə qəsd etdi? – ANALİZBu ilin ilk 4 ayında Azərbaycan mediasında 57 intihar hadisəsi haqda məlumat yayımlanıb. Mediada yayılan məlumatları toplayaraq belə qənaətə gəlmək olar ki, ilin ilk rübündə 44, ötən ay isə 13 intihar hadisəsi baş verib.

BiG.AZ sfera.az-a istinadən xəbər verir ki, bəzən bu hadisələrin mediada işıqlandırılmasının əks təsir göstərdiyi və intihar fikrinin adiləşdirildiyi deyilir. Ancaq məsədimiz intiharların sayını göstərməklə bu məsələyə diqqət çəkmək, gündəmdə saxlamaq, çıxış yolu tapılması üçün düşünməyə sövq etmək və intiharın son seçim olmadığını bildirməkdir.

İlk olaraq baş vermiş intihar hadisələrinə nəzər salaq:

Aprelin 1-də Dənizkənarı Milli Parkda intihar hadisəsi baş verib. Şəxsin kimliyi haqda ətraflı məlumat verilməyib.

Aprelin 2-sində Şamaxı rayon sakini 17 yaşlı Ulduz Mirzəliyeva intihar edib. Ulduz Mirzəyeva nişanlı olub.

Aprelin 4-ündə Neftçala rayonunda intihar hadisəsi baş verib. Orta yaşlı bir qadın özünü Kürə ataraq intihara cəhd edib. Lakin mediada bu hadisə haqda daha geniş məlumat yayımlanmayıb, şəxsin kimliyi açıqlanmayıb.

Aprelin 5-də Abşeron rayonunda, təxminən, 30-35 yaşında qadın özünü asaraq intihar edib. Hadisə Xırdalan şəhərində baş verib. İlkin ehtimala görə, hadisə ailə münaqişəsi zəminində baş verib. İntihar edən qadının musiqi müəllimi olduğu deyilir. Mərhumun 1 azyaşlı qızı vardı.

Aprelin 5-ində digər intihar hadisəsi isə Cəlilabad rayonununda baş verib. Rayonun Cəlayir kənd sakini, 1968-ci il təvəllüdlü Yasəmən Elyas qızı Nağıyeva intihar edib. Məlumata görə, Ə. Nağıyevanın psixoloji problemləri olub.

Aprelin 6-sında paytaxtda 35 yaşlı 1983-cü il təvəllüdlü Anar Bəxtiyar oğlu Cəbrayıllı intihar edib. Hadisə Xətai rayonu ərazisində qeydə alınıb.

Aprelin 9-sunda Neftçalada 66 yaşlı Xıllı qəsəbə sakini Ələkbər Saleh oğlu Zülfəliyev intihar edib. Mərhum uzun illər kənd məktəbində hərbi hazırlıq müəllimi işləyib. 1992-ci ildə könüllü olaraq Qarabağ uğrunda döyüşlərə yollanıb. Daha sonrakı illərdə ruhi xəstəliyə düçar olduğu üçün Maştağadakı 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib. 6 il orada qaldıqdan sonra kəndə qayıdıbmış.

Aprelin 9-da daha bir inthar hadisəsi baş verib. Belə ki, 1997-ci il təvəllüdlü Nahid adlı 21 yaşlı gənc yaşadığı mənzildə intihar edib. Mərhumun külli miqdarda borcu olduğu söylənilib.

Aprelin 10-unda Hacıqabulda 23 yaşlı bir uşaq anası 1995-ci il təvəllüdlü Ağayeva Nəsibə Vadar qızı intihar edib. Hacıqabul şəhər sakini, 1995-ci il təvəllüdlü Ağayeva Nəsibə Vadar qızı qayınatasının evində intihar edib. Bir uşaq anası olan Nəsibənin hansı səbəbdən özünü öldürdüyü dəqiq bilinməsə də, onun 2 il əvvəl dərin psixi sarsıntı keçirdiyi məlum olub. Belə ki, 2016-cı ildə Nəsibə Ağayevadan 2 yaş kiçik olan bacısı Kifayət də toyuna bir neçə müddət qalmış ata evində intihar etmişdi.

Aprelin 17-sində 1968-ci il təvəllüdlü Mirzəliyev Bəbir Bəhmən oğlu Bakıda Narkoloji Dispanserdə intihara cəhd edib.

Aprelin 20-sində 26 yaşlı Tovuz rayon sakini Fazil Abdiyev intihar edib. Tikinti sahəsində mühəndis işləyən F.Abdiyevin psixoloji problemləri olduğu söylənilir. Mərhumun hətta ötən il də eyni vaxtda intihar cəhd etdiyi də söylənilib.

Aprelin 22-sində isə Lənkəran şəhər sakini, 1976-cı il təvəllüdlü Səfərova Ruhəngiz Canəli qızı intihar edib.

Aprelin 25-ində 62 yaşlı Balakən sakini Sabir Qurban oğlu intihar edib.

Aprelin 29-unda 1966-cı il təvəllüdlü Gəncə şəhər sakini İsmayılov Bəhmən İbrahim oğlu intihar edib.

Bu gün isə 1997-ci il təvəllüdlü Elvin Əli oğlu metroda Zülfüqarov dostu ilə mübahisə etdikdən sonra intihara cəhd edib.

Baş vermiş intihar hadisələri haqda yayılan məlumatlara istinadən belə şəxslərin çoxunun psixoloji və pisixi durumunun normal olmadığını qeyd etmək olar.
Mediada yayılan məlumatlara əsaslansaq, belə bir rəqəm əldə edirik: ümumilikdə, apreldə 13 intihar hadisəsi və 2 intihara cəhd baş verib. Sfera.az-ın ilin ilk rübü üçün mediadan topladığı məlumatlara əsasən deyə bilərik ki, ilin ilk 3 ayında daha çox 17-36 yaşlı şəxslər intihar edib. Təkcə apreldə intihar edənlərin ikisi 60-66 yaş, digər ikisi isə 35, daha ikisi isə 50 yaşında olub. İntihar edənlərdən ən gənci isə 17 yaşlı qız olub. İntihar edən digər şəxslər isə 21, 23, 26, 42, 50 və 52 yaşlarında olublar.

Mediada yayılan intihar xəbərlərinə nəzər yetirsək, görərik ki, yanvarın 1-dən bu günədək Azərbaycanda intihar edənlərin sayı 38 olub. Diqqətçəkən məqamlardan biri də odur ki, intiharların bir çoxu demək olar ki, eyni bölgələrdə baş verir. Bu sırada biz ötən aylarda Şəki, Sumqayıt, Netçala şəhərlərinin adını çəkə bilərik. Bu ay isə bu siyahıda Bakı ilk sırada yer alıb.

Belə ki, bu ay ərzində Bakıda 4 intihar hadisəsi baş verib. Bakıdan sonrakı yerdə isə Neftçala və Cəlilabad rayonudur. Ötən ay və cari ayda mediada yayılan məlumatlara əsasən, Neftçalanı daha çox intihar edilən bölgələrdən biri hesab etmək olar. Təkcə bu ayda hər iki rayonda ayrılıqda olaraq 2 intihar hadisəsi baş verib. Bu ay digər intihar hadisələri isə Balakən, Gəncə, Lənkəran, Tovuz, Şamaxı, Sumqayıtda qeydə alınıb.

Maraqlıdır, intiharların adı çəkilən bölgələrimizdə daha çox baş verməsi nə ilə əlaqədardır?

Psixoloq Elnur Rüstəmov Sfera.az-a açıqlamasında genetik, sosial və psixoloji faktorların burada rolunun danılmaz olduğunu deyib:

"Bir şey haqda nə qədər çox yazılsa, o cür hadisələr daha çox baş verir. Bir bölgədə bu cür hadisələrin daha çox olması da, məhz bu amillə bağlıdır. Biri intihar edir və digərləri də ona baxır, bu yola əl atır. Artıq intihar xəbərləri daha tez yayılır. Görün ölüm necə ucuzlaşıb".

İntihar yarımçıq qalmış arzular, xəyallardır. İntihar çıxış yolu deyil, ola da bilməz. Sadəcə olaraq daha inamlı olmaqla mübarizə aparıb xırda əngəlləri aşmaq lazımdır. Xırda, çünki ölümün qarşısında hər şey xırdadır. Bir tək ölümə çarə yoxdur. Odur ki, ətrafınızdakı insanların intihara meyilli olduğundan şübhələndiyiniz halda gecikməyin və onu psixoloji yardım almağa təşviq edin. Sonra gec ola bilər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 634   Tarix: 01 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245