"Ağır günlərimdə dost deyib məclisinə pulsuz getdiyim insanlar..." - VİDEO

"Ağır günlərimdə dost deyib məclisinə pulsuz getdiyim insanlar..." - VİDEOARB Ulduz-un "Şou Məkan" verlişinin qonağı müğənni Abdul Xalid olub.

Müğənni ilk olaraq gördüyü işlərdən söz açıb:

"Yeni işimizi dəyərli sənətkarımız, Əməkdar artist Yusif Mustafayevin "Yavaş yeri" mahnısını dəyərli dostumuz İlkinə həvalə elədim. Düzdür, efirlərdə həmin mahnını bəzi insanlar oxuyublar. Mən də Yusif müəllimdən halallığını aldım. Qərara aldıq ki, səsyazmasını həyata keçirək.

Oxunmuş bir sıra mahıları nəzərdən keçirdim ki, görüm hansını oxusaq, yenidən nəfəs versək, yaxşı olar. İlkinlə də məsləhətləşdik. O dedi ki, elə "Yavaş yeri" mahnısını oxu!"

İfaçi aranjiman və musiqiçilər üçün pulqabının ağızını açdığını deyib:

"İlkin dostumdur, qardaşımdır, amma hər şey öz qaydasında, öz yerində. Təbii ki, İlkinin öz zəhməti var. Orda canlı musiqiçilər var ki, onlar mahnını ifa ediblər. Bu, əziyyətli işdir. Sözünü demiş, sevilmiş bir mahnını yenidən tamaşaçıya başqa cür təqdim eləmək çətindir".

Müğənni indiyə kimi bir çox sənətçinin mahnılarının halallığını aldığını və heç kimin ona imtina cavabı vermədiyini qeyd edib:

"Mən kimin mahnısını oxumaq istəmişəm, hamısı sağ olsunlar, sevə-sevə veriblər. Mətanət İsgəndərli ilə oxumuşam. Bu yaxınlarda Tünzalə Ağayevadan oxuyacam. Niyaməddin Musayevdən də mahn ifa etmişəm. Hamısı da halallığını verib. Çünki onlar bilirlər ki, mən həmişə böyüyün, kiçiyin yerini bilən olmuşam. Mən sevməmişəm ki, durum özbaşına kiminsə mahnısını oxuyum".

Müğənni biznesindən də danışıb:

"Əslində biznes mənim ikinci işimdir. Mənim ilk və sevdiyim işim musiqidir. Bu sənətə illərimi qoymuşam. Biznes isə xırda biznesdir.

İnsanlar elə fikirləşir ki, Xalid artıq oxumur. Bir ara söz çıxardılar ki, anası rəhmətə gedib, Abdul daha oxumayacaq. Bu fikirləri söyləyənlər bizi istəməyən adamlardır ki, şaiyələr yayırlar".

Abdul Xalid "pulsuz toylar kralı" olmağı bir kənara qoyub, bundan sonra hər çağırılan yerə qarşılıqsız getməyəcəyini deyib:

"Kiminsə hansısa tədbiri olanda fikirləşir ki, Abdul Xalid gələr. Abdul Xalid bir gün and içəcək və heç bir yerə getməyəcək. Yəni o da ola bilər.

Qabaq filankəsin dayısı qızının oğlunun nəvəsinin toyuna gedirdim. İndi fikirləşirəm ki, mən nəyə gedirəm ey? Məndə bədbəxtlik odur ki, üzüm kəsmir. Yox kəlməsini çox çətinliklə deyirəm.

Ağır günlərimdə qardaş, dost deyib məclisinə pulsuz getdiyim insanların qapısını döydüm. Qapılar üzümə bağlandı. Dedim hə, bax, insanlar bu imişlər. Fikirləşirlər ki, Xaliddir də, gəlib iki mahnı oxuyub gedəcək. Daha bilmirlər ki, iki mahnını da qiyməti var. Demək, özüm özümə qiymət verməmişəm".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1721   Tarix: 01 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Nəzrinin xınasından görüntülər - Video

Xalq artisti Mələkxanım Eyubovanın bloger qızı Nəzrinin ötən gün xınayaxdı mərasimi olub. Axşam.az xəbər verir ki, bolger mərasimdən olan görüntüləri sosial media hesabında yayımlayıb. Məclisdə iştirak edənlər arasında müğənni Elariz Məmmədoğlu oğlu Məmmədin xanımı Mehriban da yer alıb. Qeyd edək ki

16.04.2024 1269
.

Ramal qızı ilə görüntülərini paylaşdı

Müğənni Ramal İsrafilov qızı Liya ilə bağlı paylaşım edib. Axşam.az-ın məlumatına görə, ifaçı qızı ilə olan görüntülərini izləyiciləri ilə bölüşüb. O, videoya "Sadəcə bir eşq" qısa şərhini yazıb. Qeyd edək ki, R.İsrafilov 2014-cü ildə Sevda adlı xanımla ailə qurub. Cütlüyün qızı 2015-ci ild

15.04.2024 976
.

"Sən mənim nəfəsimsən" - FOTO

Müğənni Gülay Zeynallı sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, ifaçı qızı Sahilə ilə olan fotosunu izləyiciləri ilə bölüşüb. Gülay şəklə "Sən mənim nəfəsimsən" qısa şərhini yazıb

16.04.2024 1032
.

Fahriye Evcen və Burak Özçivit oğlunun ad gününü qeyd edib- FOTOLAR

Aktrisa Fahriye Evcen və aktyor Burak Özçivit ilk oğulları Karanın 5 yaşını qeyd ediblər. xəbər verir ki, bu barədə cütlük sosial şəbəkədə paylaşım edib. "Karanım 5 yaşında. Neçə belə yaşlara" ,- deyə Burak Özçivit əlavə edib. Qeyd edək ki, cütlüyün 2 övladı var

15.04.2024 1121
.

Dünya gözəli ikinci dəfə ana oldu- FOTO

2002-ci il dünya gözəli seçilən türkiyəli model Azra Akın ikinci dəfə ana olib. xəbər verir ki, bu barədə Azra Akın sosial şəbəkədə paylaşım edib. "14 aprel bazar günü Demirə bir bacı gəldi. Bizə də çox gözəl surpriz oldu. Adı Aryadır " ,- deyə o bildirib

18.04.2024 1100
.

Miranda Kerr yenidən ana ola bilər

Model Miranda Kerr yenidən ana olmaq istədiyi deyib. xəbər verir ki, model sonuncu dəfə 6 həftə öncə uşaq dünyaya gətirib. "Heç vaxt heç vaxt demərəm" ,- deyə o bildirib. Qeyd edək ki, Miranda Kerrin Orlando Bloom ilə evliliyindən bir oğlu Spiegel ilə evliliyindən 3 uşağı var

16.04.2024 521
.

Xəyalə Manaflının toyudur - Fotolar+Video

Müğənni Xəyalə Manaflının bu gün toyudur. Axşam.az xəbər verir ki, ifaçı Nurlan adlı bəylə ailə qurur. Cütlüyün toyu Bakıdakı restoranların birində keçirilir. Məclisdə şou-biznes nümayəndələri də iştirak edirlər. Qeyd edək ki, Xəyalə Nurlanla TikTok-da tanış olub. Müğənni bu yaxınlarda sosial şəbəkəd

17.04.2024 1561
.

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Müğənni Manaf Ağayev ona ev hədiyyə edilməsi ilə bağlı məlumata aydınlıq gətirib. Sənətçi Qaynarinfo-ya açıqlamasında bildirib ki, sözügedən məsələ 15 il bundan əvvəl baş verib:. "Mənə ev bağışlanmayıb. Qonşumdan ev alıb, mən də kömək etmişəm. O da borcunu qaytarıb. Bu gün kim-kimə 100 manat verir

17.04.2024 793
.

Azərbaycanlı prodüserin qızı xərçəngdən vəfat etdi

Prodüser Rövşən Cəfərovun qızı Nərmin Həsənli vəfat edib. Axşam.az xəbər verir ki, 31 yaşı olan Nərmin uzun müddətdir xərçəngdən əziyyət çəkirmiş. O, ailə qurub və Almaniyada yaşayırdı. Vəziyyəti pisləşən Nərmini Azərbaycana gətiriblər. O, bu gün dünyasını dəyişib. Qeyd edək ki, Rövşən uzun illər mərhu

18.04.2024 1300