Aynabəndin altında ölü tapılan 14 yaşlı məktəbli qızın yazdığı son cümlə...

Aynabəndin altında ölü tapılan 14 yaşlı məktəbli qızın yazdığı son cümlə...14 yaşlı qızın ölümündən əvvəl yazdığı 55 səhifəlik iztirab dolu mesajlar...
"Başınızı yuxarı qaldırıb səmaya baxın, - mənim həyatımda ən son gördüyüm budur... Küçələrdə gəzin, ayağınızın altındakı torpağı hiss edin, amma mən bunları bir daha edə bilməyəcəyəm. Həyatınızın hər anının qədrini bilin, çünki son dəfə bunu nə vaxt edə biləcəyinizi heç vaxt bilmirsiniz".

Teleqraf.com xəbər verir ki, bu, evinin aynabəndinin altında ölü tapılan 14 yaşlı məktəbli qızın yazdığı son cümlələr olub. Gündəliyində qız başına gələnləri təfərrüatı ilə izah edib.

Senzorların məsləhətlərinə nə qədər desən, əməl etmək olar. "İ" hərfi ilə başlayıb, "R" hərfi ilə qurtaran dəhşətli sözü (intihar) yazmamaq olar. Müxtəlif üsulları təsvir etməmək də olar. Ümumiyyətlə, bu tip hadisələri tamamilə gözardı da etmək olar. Lakin təəssüf ki, bununla situasiya dəyişmir.

K.-nın (şərti ad) sonuncu paylaşımlarını təqdim edirik ki, belə bir hadisə bir daha heç kimin başına gəlməsin...

Məktəbli qıza necə kömək etmək olardı?

Belə faciələrin qarşısını almağın mümkün olub-olmamasını öyrənmək üçün məktəblinin qeydlərini psixoterapevt A.V.-yə verərək, şərh etməsini istədik.

13 yaşımda tam xoşbəxt idim

"Bir bilsəniz bunları yazarkən ürəyim necə döyünür! Bütün bunlardan sonra... Deməli, sonuma yaxınlaşıram. Demək ki, tezliklə həyatımın son günü olacaq... Belə bir məntiqli sual yaranır: "K.! Niyə? Nəyə görə? Axı, nə olub? Heç nə. Birmənalı şəkildə ölümə səbəb olan heç nə olmayıb. Doğmam ölməyib, qəzaya düşməmişəm, heç kim mənə təcavüz etməyib. Yəni həqiqətən elə bir şey olmayıb. Sadəcə... Yəqin ki, depresiyyaya düşmüşəm".

Şərait, emosiya və hislərin tələsinə salınan yeniyetmənin faciəvi tarixçəsi o qədər də maraqlı keçməyən uşaqlıq haqqında bir hekayədən başlayır.

Ancaq K.-nın valideynlərinə olan incikliyi onu 1-ci sinifdə nənə-babasının yanına oxumağa göndərdikləri zaman başlayıb. Çünki həmən ili ana-ata dəstəyi olmadan keçirib. Həmçinin atası içki düşkünü olduğuna görə, bütün yük anasının çiyinlərinə düşüb. K. anasını çox sevir və onun üçün təəssüflənirdi.

Ancaq 12 yaşından sonra o öz "həyatını" yaşamağa başladı. Öz yaşıdları ilə dostluqlar qurdu.

"Mən 11-12 yaşıma qədər demək olar ki, yox idim. Həyat mənim yanımdan ötüb keçirdi. P. (şərti qız adı) həyatıma girəndən sonra, hər şey dəyişdi. 13 yaşımda tam xoşbəxt biri olmuşdum.

Sizə güvənmirdim (valideynlərinə ünvanlayır). Mən ancaq ehtiyatlı davranırdım, həm də paranoyak olmuşdum. Düşünürdüm ki, siz hər şeyi görürsüz. Çox da qorxurdum ki, elədiklərim sizin xoşunuza gəlməz.

Axı mən günahkar deyildim ki, mənim üçün bu həyatda ən dəyərli siz deyil, ən yaxşı rəfiqəm P.-dir".

K.-nın təsvirindən anlaşılır ki, əvvəllər ən yaxşı dostu ilə münasibətlərində aparıcı rolu özü oynayıb, sonra isə mənəvi cəhətdən tamamilə P.-dən asılı olub.

Buna görə də, faciəvi hadisədən bir il əvvəl rəfiqəsinin başqa şəhərə köçməsi K.-ya ciddi zərbə vurub.

"Dəli olmuşdum. Atam içirdi. Tənha idim. Məni bu vəziyyətdən çıxara biləcək biri olmadığına görə otağa qapandım. Sonra məni içdən öldürən qəribə hallar baş verməyə başladı. Məncə, bu, depressiya idi. Sanki boşluqdaydım. Özümü çox pis hiss edir, bütün günü otağa qapanırdım.

Məni nəsə real həyatdan uzaqlaşdırırdı: Mahnı dinləyir, rəsm çəkirdim. Elə bil qanadlarım qırılmışdı. Bunun necə ağrılı olduğunu təsəvvür edə bilməzsiz. Amma P.-nin hər zəngi, hər dəfə onun səsini eşitmək mənə nəfəs verirdi. Özümə gəlir, bir neçə həftə normal olurdum. Özümü toparlamağa çalışırdım".

Mütəxəssis şərhi:

- Uşaqların özünü öldürmələrinin əsas səbəbi dərin depressiya olur. Buna səbəb, ailə tərəfindən kifayət qədər diqqət göstərilməməsi, yoldaşlar və qohumlar tərəfindən kifayət qədər anlaşılmamaqdır. Biz bütün bunları K.-nın məktublarında da aydın görürük. Onun depressiyası klassik ssenari üzrə gedib.

Yeniyetmə uşaq vaxtı ailə diqqətsizliyindən təsirlənib.

Gündəliyində yazdıqlarından aydın olur ki, ata içki düşkünü olub, ana bütün yükü öz üstünə götürüb. O, anası üçün çox təəssüflənir. Buna görə də anasını daha da yükləməmək üçün öz psixoloji problemləri haqqında anası ilə danışmayıb.

Yeniyetmə dövründə isə onun üçün doğma olan ən yaxın rəfiqəsi P. ilə ayrılması psixoloji sarsıntı yaşamasına səbəb olur.

Bütün bunlar, böyüklərdən qayğı və diqqətin olmaması depressiyanı tədricən inkişaf etdirib.

Mənə heç kim, heç nə ilə kömək edə bilməz

Yay bitəndə məktəbə getməyə məcbur olan K.-nın vəziyyəti daha da pisləşib. P. ilə birlikdə münasibət qurduğu yoldaşları ilə əlaqələri korlanmışdı. Evdə də atası içdiyinə görə tez-tez dava düşürdü. Yalnızlığın əsiri olmuşdu. Amma o, hələ də təkliklə mübarizə aparırdı.

Oktyabr ayında qızlarla arasında olan gərginlikdən sonra məktəb psixoloqunun yanına getməli olur.

"Bundan sonra hiss etməyə başladım ki, artıq əvvəlki kimi gecələr ölmürəm, P.-nin zəngi mənim üçün önəmli deyil. Hər şeyə biganə oluram. Sanki bir bataqlığa batmışdım, heç cür xilas ola bilmirdim.

Mənim üçün hər şey adi idi. Bir də o anda ayıldım ki, belə davam edə bilməz. Ya mən nə isə etməliyəm, ya da daha da pisləşəcəyəm.

Elə onda da birinci dəfə psixoloqa getdim. Psixoloqla azı bir neçə saat danışırdım. Amma mən yenə də özümü yaxşı hiss etmirdim, heç nəyin önəmi yox idi mənimçün. Sadəcə, axır ki, mən kiminləsə danışa bilmişdim".

Neqativ hadisələr təxminən noyabrın ortasında K.-ya daha da pis təsir etməyə başlayır. Və sinifdə növbəti isteriya keçirdi. O, qiymətlərini də düzəldə bilmirdi.

Bundan sonra gözləyirdi ki, sinif yoldaşları, müəllimləri ona kömək edəcək. Amma onların bütün təsəlliedici sözləri K.-ya mənasız gəlirdi, bu da ona özünü daha da çox tənha və gərəksiz hiss etdirirdi.

Həmin vaxtlarda sinif yoldaşlarından biri K.-nın xoşuna gələn oğlanın onu sevməsi ilə bağlı hekayə uydurdu. Bu da ona növbəti ağır zərbə oldu.

Qısa zamanda onun dərslərə hazırlığının bu qədər pisləşməsinə heç kim xüsusi diqqət göstərmədi.

O da aydın oldu ki, hansısa müəllim nənəsinə K.-nın psixoloqa getdiyini deyib. Bununla da o, psixoloqa getməyə də son qoydu.

Yeni ildən sonra problemləri daha da artdı. Yeməklərdən imtina etməsinə səbəb olan alergiyaya da tutuldu. Qız özünü anoreksiya halına saldı.

Fevralın əvvəlindən isə tam özünə qapanır və hisləri haqqında anonim niklə sosial şəbəkədə gündəlik olaraq yazmağa başlayır.

Bu da fevralda gündəliyində yazdığı mesaj:

"Mən nəyə görə heç kimlə əlaqə saxlamaq istəmədiyimi anladım: Özümü hər şey yaxşı imiş kimi rol oynamağa məcbur etmək istəmirəm.

Bunu səssiz etmək daha asandır - sadəcə üsyan etmə, dəlilənmə, bu qədər...

Əgər hiss etdiyim səs tonuyla danışsam, o zaman "sənə nə olub" soruşacaqlar. Bu da aydındır ki, mən nələrsə danışacağam...

Amma bilirəm ki, mənə kömək etməyəcəklər. Mənə indi heç kim, heç nə ilə kömək edə bilməz. Hətta cəhd etmələri də mənasızdır. Mən gücsüzlüyümü, əhəmiyyətsizliyimi daha da hiss edəcəyəm. Bu yaxşılıqlarına görə bir xəstə kimi mən özümə daha da nifrət edəcəyəm, daha nə qədər çox nifrət etmək mümkünsə..."

Mütəxəssis şərhi:

- Görünür ki, payızın əvvəli qız məktəbə qayıdıb yoldaşları ilə ünsiyyət quracağı dövrdə depressiya onu ağuşuna alıb. Onda depresiyanın bütün bəlirtiləri olub - tənhalıq, günahkarlıq hissi, özünə, yeməklərə nifrət, evə qapanmaq və ünsiyyətdən qaçmaq.

Bununla yanaşı, o özünü bu vəziyyətdən çıxarmağa çalışır. Ona görə də psixoloqa gedir. Amma burada da zərbə alır.

Müəllim qızın nənəsinə bunu dedikdən sonra psixoloq köməyi də ləğv olur.

Gündəlikdən aydın olur ki, anası onda baş verən narahatlıqları anlayır, amma bu qədər ciddi və təhlükəli nəticəsi olacağını düşünə bilmir.

Yanvar ayının sonunda məktəbli artıq ciddi müalicəyə ehtiyac duyur, lakin böyüklərdən heç biri bunu dərk etmir.

Yeniyetmələrin orqanizmində ciddi hormonal dəyişikliklər olur, bu, uşaqların əhvalında ciddi dəyişikliyə səbəb olur. Bu da normaldır. 10-15 yaşlı uşaqların 10%-i depressiyaya meyilli olurlar. K.-da da eyni hal baş vermişdi.

Ölümümdə əsas rolu özüm oynamışam

K. sonuncu dəfə fevralın sonunda özünü depressiyadan çıxarmağa cəhd etdi.

O, rəfiqəsi P.-yə zəng edərək, özündə baş verən dəyişikliklərdən danışdı.

Amma söhbət gözlədiyi kimi getmədi, bu da rəfiqəsindən daha da uzaqlaşmağına səbəb oldu. Qız anladı ki, artıq özünü xilas etməyə gücü qalmayıb.

"Mən bu qeydləri martın 15-indən yazmağa başladım. Onda ilk 3 dərsdən qaçmışdım. Ümumiyyətlə, əvvəllər mənə çox şey kömək edirdi: siqaret, ağrı (özünüzü kəsmək, nəyəsə görə döymək), səfərlər, mahnılar, qışqırmaq, söhbət, şeir yazmaq, göz yaşı, içki...

Amma indi daha heç nə kömək etmir. Başımda həmişə ağrı var. Düşüncələrim məni boğur.

Beynimdə o qədər mənfi, qarışıq fikirlər var ki, ölü nöqtədən tərpənməyə imkan vermir...

Daxili qarışıqlıq dəhşətdir. Bu vəziyyətdə məni yaxşılaşdıra biləcək bir insanı axtarırdım. Amma heç kim yox idi".

Hətta 15 martdan sonra da K. ümidsizcə həyata bağlanmağa çalışırdı.

Gəzintilərdən birində sevdiyi sinif yoldaşı onu qucaqladı. Bu bir neçə saat ona elə gəldi ki, hələ də nəyisə düzəltmək, xilas olmaq və xoşbəxt yaşamaq olar. Amma bu, çox qısa sürdü.

"Ölmək qorxuludur. Ona görə ki, bəlkə də seçimdə yanlış etmişəm. Bəlkə də hər şey sonradan düzələcəkdi. Bəlkə də sonralar kiminləsə kafedə oturub bu yaşadıqlarımı acı təbəssümlə xatırlayıb danışacaqdım.

Amma ölməmək daha təhlükəlidir - bu qədər nəticələr...

Düşünürəm ki, heç vaxt qardaşımın böyüdüyünü görməyəcəyəm. Düşünürəm ki, görəsən, anam, atam, babam, nənəmə nə olacaq?"

Nə qədər şeyi öyrənə, nə qədər şeyi edə bilməyəcəyəm. Bunları düşünüb qəmlənirəm. Düşünürəm ki, bəlkə heç lazım deyil?.."

Mütəxəssis şərhi:

- Əlbəttə, onu son ana qədər xilas etmək mümkün ola bilərdi, əgər böyüklər onda baş verənləri görə bilsəydi.

Mənim heç kimi – valideynləri, müəllimləri və ya psixoloqu günahlandırmaq niyyətim yoxdur. Bu faciə onsuz da onlar üçün bir ömürlük dəhşətli cəzadır.

Amma şəxsən mənim fikrimcə, ilk növbədə K.-nı ölkəmizdəki yeniyetmə depressiyasına münasibət öldürüb.

Nəticədə bu, xəstəliyin kütləvi xarakter almasına baxmayaraq, hələ də zəiflik və ya pis əhval-ruhiyyə kimi qiymətləndirilir.

Buna görə də o, problemlərini heç kimlə bölüşmək istəmədi, çünki zəif görünmək istəmirdi. Axı bu, yeniyetmələr üçün utancvericidir.

Bizim məktəb psixoloqlarının çətin vəziyyətdə heç bir köməkləri olmur. Onların nə təcrübəsi, nə də kifayət qədər savadı var. Onlar həkim deyillər. Depressiya isə tibbi problemdir.

Bundan əlavə, ölkədə demək olar ki, uşaq psixoterapevtləri yoxdur. Ancaq psixiatrlardır ki, onların yanına getmək isə bir çox valideynlərdə xof və xoş olmayan hislər yaradır.

"Düşünürəm ki, nə üçün kömək istəmədiyimi deməliyəm. Bir çox variantlar var idi. Amma hamısı boşa çıxdı.

Belə bir variantım vardı ki, 18 yaşımı gözləyib bunu hamıdan gizlində eləmək. Amma dediyim kimi, mənim o qədər zamanım yoxdur.

Daha bir çıxış yolu isə evdən çıxıb sakit və dinclik olan bir yerə köçmək, orada yaşamaq idi. Bəs sonra nə edəcəkdim? Geri qayıdardımmı? Həm də orada çox uzun yaşaya bilməzdim. Ya tutardılar, ya acından ölərdim – hər şey ola bilərdi.

Sadəcə, səssiz bir yer tapmaq... Bu, mümkün deyil, mümkün olan bütün cəhdləri etdim. Və çıxış yolu tapmadım".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2678   Tarix: 30 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Millət vəkilinə ağır itki

Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, millət vəkilininin qardaşı Vaqif Əmiraslanov vəfat edib. Qeyd edək ki, Vaqif Əmiraslanov Bakı Humanitar Kollecinin sabiq direktoru olub

25.04.2024 134
.

Uelsdə məktəbə bıçaqlı hücum: 3 nəfər yaralanıb

Uelsin Ammanford şəhərində məktəbə bıçaqlı hücum olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb. Hücum zamanı 1 nəfər şübhəli qismində saxlanılıb. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub

25.04.2024 165
.

"İxracın şaxələndirilməsində Qırğızıstan bizim üçün ən əlverişli ölkələrdən biridir"-EKSPERT

"Qırğızıstanla son 15 ildə ən pis ticarət dövriyyəmiz 2017-ci ildə qeydə alınıb. Həmin il cəmi 1.7 milyon dollarlıq dövriyyəmiz olub. 2022-ci ildə isə bu göstərici 5 dəfə artaraq 10.8 milyon dollar olmuşdur". Bu sözləri BİG.AZ-A iqtisadçı-ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, ötən i

25.04.2024 138
.

Aktyordan xanımına söz atan müxbirə mükəmməl cavab

"Deliha" filmində birgə rol aldıqdan sonra bir-birlərinə aşiq olub evlənən Barış Arduc və Gupse Özay cütlüyü hər zaman medianın diqqətində olub. -ın Türkiyə mediasına istinadən xəbərinə görə, sosial şəbəkələrdə həmişə Gupsenin ərinə yaraşmadığı, çirkin olması barədə şərhlər yazılırdı. Onları

25.04.2024 462
.

"Kaş hamı Cavanşir Məmmədov kimi yaşayardı"

Əməkdar artist Elza Seyidcahan mərhum həmkarı Cavanşir Məmmədovdan danışıb. Axşam.az xəbər verir ki, müğənni "Elgizlə izlə" verilişində ifaçının ölümündən danışıb. "Ölüm haqdır. Bilə bilmərik ki, kim harada öləcək. Kimə torpaq qismət olacaq, ya yox. Heç kim bilmir necə öləcək. Allahı

25.04.2024 395
.

O, 24 ildən sonra Aygün Kazımova ilə GÖRÜŞDÜ - VİDEO

Xalq artisti Aygün Kazımova 24 il əvvəl "Şəklimi çəkə-çəkə" mahnısının klipindəki tərəf müqabili Şamil Muradovla bir araya gəlib. bizim.media-ya istinadən bildirir ki, ikilinin görünüşü el şənliklərinin birində baş tutub. Toyda səhnə alan Aygünə aparıcı tərəfindən gözlənilməz sürpriz olunub

25.04.2024 386
.

Qazaxıstanda zəlzələ olub

Qazaxıstanda zəlzələ olub. BİG.AZ xəbər verir ki,zəlzələ 4,4 maqnitudalı zəlzələ baş verib. Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Zəlzələ Almatı şəhərindən 760 km şimal-şərqdə yerləşib. Hadisə zamanı xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb

25.04.2024 124
.

Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gedib

Azərbaycan Respublikasında dövlət səfərində olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedib. AZƏRTAC xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbayca

25.04.2024 202
.

Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 23 nəfər tutuldu

Türkiyə İŞİD-ə qarşı əməliyyat keçirib. BİG.AZ xəbər verir ki, hadisə xüsusi xidmət orqanları tərəfindən qeydə alınıb. Əməliyyat zamanı 23 nəfər saxlanılıb. Bu barədə Türkiyənin daxili işlər naziri məlumat yayıb. "Ölkənin 7 vilayətində keçirilən əməliyyatlar çərçivəsində İŞİD terror təşkilatı il

25.04.2024 128