10 metr hündürlüyə tullanan robot (Video)

10 metr hündürlüyə tullanan robot (Video)Qabaqcıl avtomatlaşdırılmış sistemləri ilə tanınmış "Boston Dynamics" şirkəti "Sand Flea" modelinin videosunu dərc edib. Bu layihə üzərində artıq bir neçə ildir ki iş aparılır. Kiçik ölçülü avtonom maşının 10 metr hündürlüyə tullanmaq qabiliyyəti onun fərqləndirici xüsusiyyətidir.
"Sand Flea" layihəsi üzərində işə "Precision Urban Hopper" modelindən başlanılıb. Məlumat üçün bildirim ki, "Precision Urban Hopper" modeli "Boston Dynamics" şirkətinin "Sandia" milli laboratoriyası ilə sıx əməkdaşlığı çərçivəsində yaradılıb.
Təqdim edilmiş robot nümunəsi 4 təkərli motorlaşdırılmış platformadan ibarətdir. Maşın rəfedilməz maneəyə yaxınlaşdıqda yerində dayanır, sonra arxadakı təkərlər üstə qalxır və maneəni keçmək üçün hündürlüyə tullanır. Pnevmatik porşen sayəsində robot təxminən 10 metr hündürlüyə tullana bilir.
Porşen enerji mənbəyi kimi sıxılmış karbon qazı ilə doldurulmuş balonlardan istifadə edir. 1 balon 25 tullanmaya bəs edir. Robot dağlıq ərazilərdə, məsələn Əfqanıstanda kəşfiyyat məqsədlərində istifadə edilmək üçün nəzərdə tutulub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 2603   Tarix: 17 aprel 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740
.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390