"Mənə intim təklif etdi, dedim get, axşam yazacam gələrsən" - Aktrisadan QALMAQALLI MÜSAHİBƏ

"Mənə intim təklif etdi, dedim get, axşam yazacam gələrsən" - Aktrisadan QALMAQALLI MÜSAHİBƏBir müddət öncə televiziyaların birində çəkildiyi obrazına görə izləyiciləri tərəfindən sərt şəkildə tənqidlərə məruz qalan aktrisa Pərvanə Qafarova BiG.AZ saytına ekskluziv müsahibə verib.

Aktrisanın saytımıza müsahibəsini oxucularımıza təqdim edirik.

Salam Pərvanə xanım. İlk öncə tanımayanlar üçün özünüzü təqdim edin və aktrisalıq peşəsinə gəlməyinizlə bağlı geniş məlumat verin.

-Qafarova Pərvanə. Uşaqlıqdan arzum həkim olmaq olub, bu səbəbdən də sənədlərimi Tibb Universitetinə verdim, qəbul ola bilmədim. Tibb Texnikomuna, "Mamalıq" fakultəsinə daxil oldum. Mirqasımov adına Kliniki Xəstəxanada işləyirdim, Cərrahiyə şöbəsində. Qalıb orda işləmək üçün məndən çox miqdarda pul istədilər ona görə orada qalıb işləyə bilmədim. Bir müddət işsiz qaldım.

Bir müddət sonra bir dostum mənə dedi ki, bir model müsabiqəsi var, bəlkə özünü sınayasan? Mən də dedim ki, indi hamı elə model olur, istəmirəm. Sonra dedi ki, təşkilatçı xanımdır. Mən razılaşdım, Ləman xanım məni qəbul etdi. Pulsuz, parasız fotomodel üzrə Bakı Birincisi oldum. Qalib olandan sonra xeyli təkliflər gəldi birdən-birə.

Daha sonra mənə reklam çəkilişlərinə dəvətlər gəldi. Bir villanın reklamına çəkildim. Heç onda mənim aktrisalıq təcrübəm yox idi. Azərbaycan Dövlət Dram Teatrının aktyoru Hacı müəllimlə çəkildim o reklama. Düzdü o reklam yayımlanmaq üçün çəkilməmişdi, ancaq alıcılara nümayiş edilməsi üçün çəkilmişdi. Qonararım da çox yaxşı idi.

Sonradan seriallara çəkildim. Əslini danan namərd olar, mən birinci ümumi rollara (masofka) ya çəkilmişəm. Bir gün "Bacanaqlar" serialındakı Məhəbbət obrazında oynayan Ramin mənə dedi ki, sənə obraz verəcəm. Mənə obraz verdi və mən bunun öhdəsindən layiqincə gəldim. Artıq beləliklə başladım seriallara çəkilməyə.

"Mənə intim təklif etdi, dedim get, axşam yazacam gələrsən" - Aktrisadan QALMAQALLI MÜSAHİBƏ-Həsrətində olduğun obraz hansı obrazdır?

-Pozitiv insan olduğum üçün hər zaman obraz seçimində pozitivliyə üstünlük verəcəyimi düşünürəm. Amma mən aktrisayam, müxtəlif obrazlarda da ola bilərəm. Məsələn bir neçə melodrama janrında olan filmdə çəkilmişəm. Hazırda da bir melodrama serialında da günüm ağlamaqla keçir.

-Ağlamaq necə bir hissdir?

-Ağlamaq... Mən özüm ağlayıram, gözümə heç bir maddə və s. tökülmür. Çox pis hissdir ağlamaq. Olub keçənləri xatırlayıb ağlayırsan. İnsanlar var ki, olub keçənləri yadına salsa da gözündən yaş çıxmır.

"Mənə intim təklif etdi, dedim get, axşam yazacam gələrsən" - Aktrisadan QALMAQALLI MÜSAHİBƏ-Ağlamaq istəyərkən nəyi xatırlayıb ağlayırsınız?

-Mənim ən çox istədiyim bir insan var idi, onun ölümünü gözümün qarşısına gətirib ağlayıram. O insan mənim çox zəhmətimi çəkib, məni böyüdüb.

-Bir deyim var, deyirlər tanınmaq istəyən aktrisanın yolu rejissorun çarpayısından keçir. Bu haqda nə deyə bilərsiniz?

-Şükürlər olsun ki, bu günə kimi hansı rejissorlarla işləmişəmsə hər biri gözəl insanlar olublar. Mənim həyatımda və iş təcrübəmdə belə bir şey olmayıb və belə bir şeylərin olduğunu da eşitməmişəm. Kiminsə həyatında bu ola bilər, ola bilər ki, kimsə kiminsə çarpayısından keçib yaxşı rol alıb bu onun öz işidir. Özləri bilər.

-Bu yaxında sizin masaj olayınızı eşitdik. Bu barədə danışa bilərsinizmi? Masaj xoşunuza gəldimi?

-Mənim yaralı yerim (gülür...). Siz də sualı lap mənim sosial şəbəkədəki bəzi izləyicilərim kimi verdiniz. Deyirlər ki, bu qıza yaxşı olur, bu yaxşı qadın olsaydı ərinə masaj elətdirərdi. Əslində söhbət tam başqa cür olub. Deməli biz bir veriliş üçün hazırlanmış, quraşdırılmış görüntü çəkirdik. Belə ki, sosial şəbəkələrdə masajçı adı altında bəzi manyaklar peyda olub. Reportaj üçün bir jurnalist dostumuz həmin dırnaq arası masajçılardan biri ilə yazışıb mənim adımla ki, güya mənim ərim filankəsdi, filan yerdə işləyir, 15 gün evdə olmur və s. Mənə de öncədən deyimişdi ki, sən burda rol oynayacaqsan. Güya özünü masaj elətdirmək istəyirsən. Bakıdakı kafelərin birinə dəvət elədilər, gizli kameralar quraşdırıldı, mən də telefonda o biri otaqdan mənə gələn tapşrııqları icra edirdim, mənə ordan nə deyirdilərsə mən də o deyilənləri edirdim. Kafe otağında məni masaj elədi, sonra dedi ki, soyunun. Mən də dedim sən nə danışırsan, nə soyunmaq?! Bİr təhər söhbəti yayındırdım ki, birbaşa çəkiliş gedir, kameralar çəkir. Nəhayət bu məni paltarın üstündən masaj elədi. Sonra mənə masajdan başqa təklif etməyə başladı. Hərçənd ki, bu təklifə görə onlarla ailə dağılıb, boşanmalara səbəb olub bu hadisə. Mən də bu obraza girdim ki, millətin, isnanların gözü açılsın ki, belə insanlar var, masaj adı ilə gəlib başqa təkliflər edir. Oxucular, dinləyicilər nə etdilər? Başladılar mənə ağızlarından gələni yazmağa. Mən aktrisayam, rolumu oynamalıyam, mənim də ailəm var, anam var, niyə belə yazırlar ki?

Nəhayət bu oğlan masajisti yola saldım getdi, mənə çox pis intim təkliflər eləmişdi. Dedim sən qabaqca get bizi birlikdə görməsinlər, axşam sənə yazacam gələrsən o dediyindən edərik. Mən bunu insanlarımız, ailələrimiz üçün etdim. Mənə də bu çəkilişimə görə tənqidlər, təhqirlər yazana da demək yazdım ki, mən aktrisayam, bu işdə heç bir qəbahət görmürəm. Siz ən yaxşısı bu çəkilişdən nəticə çıxardıb özünüz və yaxınlarınız üçün.

- Yaxında hansı yeniliklər gözlənilir?

-İki serialımız televiziyada yayımlanacaq bu yaxınlarda. İki film təklifi də var, biri komediya, digəri qorxu filmidir.

-Az öncəki sözlərinizdə qeyd edirsiniz ki, mən aktrisayam, qəbahət yoxdur. Elə həmkarlarınız var ki, obrazlar arasında fərq qoyurlar. Məsələn mən bu obraza çəkilmərəm, mən bu səhnəyə çəkilmərəm və s. Aktrisa bütün obrazlara, bütün səhnələr çəkilməli deyilmi?

-Aktrisayıqsa biz çarşab da geyinməliyik, hicab da bağlamalıyıq, açıq-aşkar səhnəyə də çəkilməliyik. Düzdü bəzi həmkarlarım çəkilmək istəmirlər amma əslində biz bunları etməliyik. Keçmişə nəzər salsaq Nəsimi filmində, Babək filmində Amalya Pənahova xanım açıq səhnəyə də çəkilmişdi hələ o zamanlar üçün, Təhminə və Zaur obrazları da buna bariz nümunədir. Onlar pozğunluq etmirlər ki, aktyor və aktrisadılar obrazlarını canlandırırlar.

"Mənə intim təklif etdi, dedim get, axşam yazacam gələrsən" - Aktrisadan QALMAQALLI MÜSAHİBƏ-Qınaqlardan qorxursunuzmu? Yəni qınanılarsanız deyə çəkilmləyəcəyiniz obrazlar, səhnələr varmı?

-Ən birinci mən öz ailəmi düşünürəm. Aİləmlə danışaram birinci, ailəm əgər etiraz etməzsə çəkilərəm. Dostlarım da məni bir gün danışdırmayacaq, iki gün, vəssalam. Mən ac qalanda gətirib mənə pul verməyəcəklər ki, nə də ailəmə baxmayacaqlar...Mən bu sənəti tutmuşamsa, müəyyən çərçivə daxilində bacardığım obrazları canlandıraram.

-Ailən dəstəkləyirmi səni?

-Aİləm məni əvvəl dəstəkləmirdilər. Evə gec gedirdim, gecə çəkilişlərində anam çox narahat olurdu. Əvvəl anam bunları başa düşmürdü, ətraflı başa saldım, mənə güvəndilər, səhnədə, efirdə, filmdə, seriallarda görüb fərəhləndilər və hər şey yoluna düşdü. Amma indinin özündə də anam çəkiliş zamanı görüntülü zəng edir, ətrafı, kameraları göstərirəm, görür ki, həqiqətən çəkilişdəyəm ondan sonra rahat olur.

-Bİr həmkarınız deyir ki, ailəm məni efirdə görəndə dalğanı dəyişib başqa verilişə baxırlar. Səndə vəziyyət necədir?

-Bizdə əksinədir vəziyyət. Hətta məni efirdə görəndə rayondan qohumlarım mənə zəng edirlər. Maraqla çəkildiyim filmləri, serialları izləyirlər.

-Yəqin sevincək zəng edib deyirsiniz ki, baxın bir azdan məni efirdə göstərəcəklər?

-(gülür) Yox, Vallah həqiqəti deyirəm, zəng edib deməmişəm heç kimə. Mənə baxırdılar telefonla həmin hissəni çəkib atırlar mənim özümə.

-Bu sənəti nə vaxtsa atarsınızmı?

-Bildiyiniz kimi subayam. Qarşıma normal bir insan çıxsa, ailə qursam o mənə desə ki, artıq sən sənətdən ayrılmalısan mən ayrılaram. Az öncə qeyd etdiyim kimi, mən həm də tibb təhsilim də var. O işimlə sevə-sevə məşğul ola bilərəm.

-Bu sahədə yaşam varmı? Yəni bu sahdən gələn gəlirlə yaşamaq, ailə saxlamaq mümkündürmü?

-Xeyr. Mümkün deyil. Düzdür çəkildiyimizin müqabilində pulumuzu alırıq, amma bu qazancla da gələcək düşnmək, xəyal qurmaq olmaz. Bəlkə kimsə bu sahədən milyonlar qazanır amma hələ ki, mən yüksək gəlir görməmişəm. Yaxşı qazansaydım indi maşınım olardı...

-Bir çox həmkarlarınızın başqa biznesi də var...

-Mənim başqa biznesim yoxdur amma olmasını istərdim. Başqa biznesim və davamlı gəlirim olsa mən ancaq çox yaxşı obrazlara, dəvətlərə razılıq verərdim. İndi isə bəzən pulsuz da çəkilirik ki, həmin çəkilişdən işimizi qabiliyyətimizi görsünlər, tanıtım olsun. Bəzən elə olur ki, işdən də iş çıxır.

MÜshaibə üçün təşəkkürlər, işlərinizdə uğurlar.

BiG.AZ


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 4916   Tarix: 07 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ayan və qızından yeni - FOTO

Son günlər karantin rejimi ilə əlaqədar məşhurlar evlərindən, ailələrindən tez-tez paylaşımlar edirlər. xəbər verir ki, müğənni Ayan Babakişiyeva da mütəmadi olaraq qızı Selena ilə görüntülərini paylaşır. Ayanın son paylaşımı da Selena ilə fotosu olub. Onların fotosu diqqət çəkib. Samirə Qasımova

23.04.2020 5360
.

"Mənim ehtiyacım yox idi, aparmadım" - Xatun "Maşın Şou"da danışdı

Yeni mövsümü başlayan "Maşın Şou"nun iştirakçılarından biri olan Xatun maraqlı açıqlama verib. ölkə.az-a istinadən bildirir ki, ifaçı "Maşın Şou"nun daha öncəki mövsümü barədə bunları deyib:. "İstərdim ki, maşını layiq olan və ehtiyacı olan aparsın. Mənim ehtiyacım yox idi, aparmadım

02.10.2019 2215
.

"Yeganə aparıcıyam ki, səsim göyün yeddinci qatından gəlir" - Səsini eşidib üzünü görmədiyiniz aparıcı ilə səmimi MÜSAHİBƏ

7 may dünyada Beynəlxalq Radio günü kimi qeyd olunur. Radio ixtira olunan ilk gündən insanlar xəbərləri bu vasitə ilə daha asan əldə ediblər. Bu gün də mətbuatın bu qədər inkişaf etməsinə baxmayaraq radio öz aktuallığını qoruyub saxlayır. Radioda işləmək mətbuatın digər qolları ilə müqayisədə daha çətindir

07.05.2020 8229
.

Gülbahar Şükürlünün VƏZİYYƏTİ PİSLƏŞDİ - Heç kimi tanımır

Əməkdar artist Gülbahar Şükürlünün vəziyyəti daha da pisləşib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, ailə üzvləri bir neçə gün bundan əvvəl başında onkoloji şiş tapılan qarmon ifaçısının nitqini itirməyə başladığını deyib. "Vəziyyətini stabil saxlaya bilmirik. Xəstəxanaya getmir. Qusmalar

14.09.2020 5898
.

Dilarə Əliyeva anasından danışıb ağladı - Video

Əməkdar artist Dilarə Əliyeva "Söhbət var" proqramında anasından danışıb ağlayıb. xəbər verir ki, aktrisa proqrama qonaq olan Xalq artisti Eyyub Yaqubovun "Ana" mahnısının onu hər zaman duyğulandırdığını söyləyib:. "Ötən il maşınla gedirdim, üç xanım idik. Sizin "Ana"

06.07.2020 5362
.

Hər həftə saçlarını dəyişir - Fotolar

Xalq artisti Aygün Kazımova artıq hər həftə saçlarında dəyişiklik edir. Axşam.az xəbər verir ki, nüğənni yenidən kare saçlara qayıdıb. Kazımova eyni zamanda tün saçlarını sarıya boyatdırıb. Aygün yeni görünüşdə obyektiv qarşısına keçərək şəkillər çəkdirib. Müğənni şəkillərini "Gözəl həftə diləyirəm"

30.09.2019 3335
.

"Mən müsəlman, azərbaycanlıyam, ona görə mənə o qədər də diqqət yoxdur" - Avropanı gəzən səyyah

Gənc fəal, jurnalist Ağa Mehdi bu günlərdə mühüm bir missiya üçün səfərə başlayıb. Avropanın sərt qışı ərzində 10 ölkənin ərazisindən keçərək 4 00 km məsafəni piyada qət etməyi planlaşdıran həmyerlimizin əsas hədəfi dünyada baş verən ekoloji problemlərə diqqəti çəkmək, səfər müddətində keçdiyi ölkələrd

11.12.2019 6393
.

Mesut Özilin "Fənərbağça" ilə müqavilə imzalayacağı tarix açıqlandı

Türkiyənin "Fənərbağça" klubunun yeni transferi Mesut Özillə müqavilə imzalayacağı tarix bəlli olub. "Report"un məlumatına görə, bu barədə İstanbul təmsilçisinin prezidenti Ali Koç yerli mətbuata açıqlamasında bildirib. 54 yaşlı funksioner ulduz futbolçunun zədəsinin olmadığını söyləyib

23.01.2021 2452
.

"Nəsimini bərbad hala salan Afət"

Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını ələ salıb. Axşam.az xəbər verir ki, bu haqda ifaçı "Zaurla Günaydın" verilişində danışıb. "Nəsimini bərbad hala salan Afət var. Demişdi ki, yatdım yuxuda Nəsimini gördüm. Dedi, bu şeirə mahnı oxu" deyə, Kərimova söyləyib

30.11.2019 3083