Azərbaycanda nüfuzlu şəxsin qızı həbs edildi

Azərbaycanda nüfuzlu şəxsin qızı həbs edildiTanınmış vəkil Əfsər Talıbovun qızı Cəlalə Talıbovanın dələduzluq maddəsi ilə başlanan cinayət işi baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Aprel ayının 30-da hakim Elman İsayevin sədrliyi ilə hazırlıq iclası keçiriləcək.

Qeyd edək ki, cinayət işində 8 nəfər şəxs zərərçəkən qismində tanınıb.

İstintaq materiallarından məlum olur ki, 2014-cü ildə Çin vətəndaşı olan şəxslər tərəfindən Bakıda yaradılan «Tieus" MMC (indiki adı «Qren Lait») şirkəti işə qəbul barədə elan verib. Ofisidə Rəşid Behbudov küçəsi-53-də yerləşib. Müraciət edən vətəndaşlara özlərini ofisin rəhbəri kimi təqdim edən Əkbər Həşimov və menecer Cəlalə Əfsər qızı Talıbova qəbul edib, təklif edilən iş barədə ətraflı məlumat veriblər, hərtərəfli inandırıblar. Sonra da müqavilə bağlayıblar.

Həmçinin bildiriblər ki, əgər şirkətdə açılmış şəxsi hesabınıza öz vəsaitinizi yatırsanız, daha çox divident alacaqsınız. Həmçinin bunun müqabilində də yüksək məvacib alacaqsız.
Beləliklə zərərçəkənlər Cəlalə Talıbovaya hissə-hissə pul ödəyiblər. Lakin vəd olunan müddətdə maaş yazmayıblar. Aldanan şəxslər onlardan verdikləri pulları geri tələb etdikdə isə C.Talıbaova müxtəlif bəhanələrlə imtina edib.

Cəlaləyə bu dələduzluğu həyata keçirməsində onun 3 saylı Hüquq Məsləhətxanasında vəkil işləyən bacısı Talıbova Könül, yuxarıda adı çəkilən MMC-də çalışan Leyla adlı xanım, Ruslan və ya Rüstəm adlı sürücü köməklik göstərib. Hətta Cəlalənin anası Mərziyyə və xalası Esmira da Cəlalənin borclu olduğu pulların qaytarılmasına söz veriblər.

Belə olan vəziyyətdə zərərçəkənlər Cəlalə Talıbovanın dələduzluq cinayətinə görə Polis İdarəsinə ərizə ilə müraciət ediblər. RPİ-də Cəlalə Talıbova haqqında cinayət işi qaldırılıb. Bu zaman vəkil işləyən atası Əfsər Talıbov Cəlalənin dələduzluq əməlinin mülki iş kimi (borc) sənədləşdirilməsi üçün pulun tezliklə ödəniləcəyi vədi ilə danışığa gəlib. O, həmçinin xahiş edib ki, bu məsələdə onun vəkil işləyən digər qızı Könül Talıbovanın adını hallanmasın. Sonradan məlum oldu ki, Əfsər Talıbov da vaxtı ilə dələduzluq üstündə 4 il azadlıqdan məhrum olunub və bu yaxınlarda da dələduzluq əməllərinə görə vəkillik mandatından məhrum edilib.

C.Talıbovaya işin idarə olunmasında həm də çinli şərikləri Emisiya, Format, Nadya, Barbaros adlı xanımlar köməklik göstərib.

mənbə: olke.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2932   Tarix: 27 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"İstisna deyil ki, İsrail İrana cavab verəcək və beləcə, çoxdandır istədiyi bəzi düymələrə basacaq"

"Dünyada olduqca təhlükəli proseslər gedir. Son günlərdə baş verən İran-İsrail qarşıdurması bu hadisələrin pik nöqtəsidir. İran və İsrail arasında baş verənlər Yaxın Şərqdəki regional siyasətə bir qədər düzəlişlər edilməsilə nəticələcək". Bu sözləri BİG.AZ-a politoloq Zaur Məmmədov deyib.

17.04.2024 413
.

Qəzada avtomobil 2 təkər oldu - VİDEO

Türkiyənin Kadıköy şəhərində avtomobil parkinq halında olan maşına dəyərək qəza edib. BİG.AZ xəbər verir ki, qəza zamanı sürücü yüngül xəsarət alıb. Qəza anı təhlükəsizlik kamerasına çəkilib

17.04.2024 409
.

"Qarabağda elə genişmiqyaslı işlər görülür ki, bunun dünyada misli-bərabəri yoxdur" - POLİTOLOQ

"Son dövrdə ölkəmizdə qlobal iqlim dəyişmələri və suya tələbatın artması şəraitində su ehtiyatlarından səmərəli istifadə sahəsində bir sıra davamlı tədbirlər həyata keçirilir. Xüsusilə su nəqledici kanalların suvarma qabiliyyətinin artırılması, su anbarlarının istismar şəraitinin yaxşılaşdırılması

13:55 285
.

Yaponiyanın qərbində ardıcıl zəlzələ oldu

Yaponiyanın qərbindəki Ehime prefekturasının sahilində yerləşən Bunqo-suido boğazında ardıcıl zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 6,4 və 5 bal gücündə baş verib. Bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb. Qeyd edək ki, 6,4 maqnituda gücündə zəlzələ 50 kilometr dərinlikdə, 5 maqnitudal

18:01 138
.

Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik

Şəxsiyyət vəsiqəsi ilə yanaşı, bir neçə dövlət sənədi tam rəqəmsallaşacaq. Axşam.az "Xəzərxəbər.az"a istinadən xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib. Onun sözlərinə görə, bununla bağlı ilin sonuna kimi qanunvericiliyə dəyişikliklər ediləcək. Nazir qey

10:19 774
.

"Ermənistan rəhbərliyinin addımını dəstəkləyən kəslər, Azərbaycanın da bu kimi addımlar atacağı təqdirdə səssizliyini qorusun"

"İranın Ermənistandakı səfiri Mehdi Sobhaninin son 1 ayda açıqlamaları Bakı və Tehran arasında hazırda mülayimləşməyə gedən münasibətlərə xələl gətirir. İlin günün bu vaxtında hazırda Azərbaycanla İran arasında nəqliyyat - kommunikasiya və sərhədyanı ərazilərdə başladılan yeni əməkdaşlıq trendlər

18:01 136
.

"X"da daha bir yenilik

"X" sosial şəbəkəsinin sahibi İlon Mask yenilik edəcəyini açıqlayıb. xəbər verir ki, bu barədə o özü bildirib. Dəyişikliyə əsasən yeni istifadəçilər tvit göndərmək, bəyənmək və rəy bildirmək üçün ödəniş etməli olacaqlar

17.04.2024 279
.

Robot tozsoran partladı - VİDEO

Türkiyənin Kocaeli şəhərində robot tozsoran partlayıb. BİG.AZ xəbər verir ki, hadisənin baş vermə səbəbi məlum deyil. Evə yanğınsöndürənlər cəlb olunub. Yanğın söndürülüb

18:01 221
.

Şimşək çaxacaq, dolu düşəcək

Aprelin 19-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinə -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-16 isti, gündüz 22-2

12:40 496