Əxlaqsızlıqla şantaj olunan müəllimə: "Biabırçılığa dözə bilmirəm, intihar edəcəyəm..." - FOTO

Əxlaqsızlıqla şantaj olunan müəllimə: "Biabırçılığa dözə bilmirəm, intihar edəcəyəm..." - FOTOSuraxanı rayonu 281 saylı məktəbdə müəllim S.H. qadın alverində və şantajda ittiham olunur.

İddia edilir ki, S.H. həmin məktəbdə riyaziyyat müəllimi kimi çalışan qadın X.R.-nın müxtəlif şəxslərlə cinsi əlaqədə olduğu zaman videogörüntülərini çəkib. İddia edilir ki, S.H. sevgilisi olan Zalovla əlbir olub X.R.-nı intim videogörüntüləri ilə şantaj edərək pul tələb edib.

İddiaya görə, Zalovla S.H. X.R.-dan müxtəlif vaxtlarda ayrı-ayrı məbləğlərdə pul alıb. Nəhayət, X.R. tələb olunan pulunu verməyə imkanı çatmayıb və hüquq-mühafizə orqanlarına hadisə barədə məlumat verib. Nəticədə Zalovun həbs olunduğu deyilir. S.H.-nın isə 3 gün polis bölməsində saxlanıldıqdan sonra evə buraxıldığı gələn xəbərlər arasındadır.

Bu hadisədən sonra məktəbin direktoru tərəfindən adıçəkilən müəllimlər barəsində heç bir tədbir görülməyib. Bunun da səbəbi kimi direktorla S.H. arasında möhkəm dostluq əlaqələrinin olması göstərilir. Valideynlər belə müəllimlərin övladlarına dərs keçməsindən olduqca narahatdırlar. Yayılan bu məlumatla bağlı direktor Gülşən Əliyeva açıqlamasında işin Bakı baş polis idarəsində araşdırıldığını deyib.

Təkrar Gülşən Əliyeva ilə əlaqə saxlayaraq yayılan məlumatlardan sonra məktəb rəhbəri olaraq hansı addımlar atdığını öyrənmək istədik. Təəssüf ki, direktor məktəbdən kənarda olduğundan danışa bilmədik. Zəngimizə cavab verən məktəbin Azərbaycan dili müəllimi Vaqif Əlisoy publika.az-a bildirdi ki, bu məlumatlar şantaj xarakterlidir:

"Bu məlumat ilk dəfə faktor.az saytında yayımlanıb. Adıçəkilən Səkinə müəllimə redaksiyaya zəng edərək açıqlama vermək istədiyini deyib. Məlumatı yazan müxbir isə müəllimənin onu hədələdiyini deyib. Biz həmin redaksiya ilə də əlaqə saxladıq. Bu məlumatın yalan olduğunu dedik. Bu məktəbdə elə bir hadisə ola bilməz. Bu şantaj xarakterlidir. Ancaq bu məlumatın nə üçün yayıldığını deyə bilmərəm".

Direktorun xəbərdar olmasına gəldikdə, V.Əlisoy bildirdi ki, direktor Gülşən Əliyevanın şayiələrdən xəbərdar olduğunu deyib:

"Bu şayiədirsə, direktor ona görə müəllimlərə qarşı hansı addım ata bilər?".

Hadisədə adı çəkilən S.H. yayılan məlumatın yalan olduğunu dedi:

"Mənim haqqımda kim, nə üçün belə məlumat yayıb, bilmirəm. Münaqişəli olduğum adam yoxdur. Özümü öldürərəm, çox pis haldayam".

Təhsil eksperti Kamran Əsədov Publika.az-a açıqlamasında bu gün səhər saatlarından bir neçə mənbədən ona hadisə barədə müraciət olduğunu dedi:

"Həmin məktəbin əməkdaşları, valideyn olduğunu iddia edən şəxslərdən mənə məlumatlar verilib. Həmin şəxslər iddia edir ki, bu hadisə baş verib. Lakin məktəbdən kənarda olub. Hadisənin məktəbdə və ya məktəbdənkənarda olmasından asılı olmayaraq müəllim hər yerdə nümunəvi olmalıdır. Məlumatı mənə göndərənlər də faktın polis tərəfindən araşdırıldığını deyiblər. Mən də hüquq mühafizə orqanlarının açıqlamasını gözləyirəm. Məlumatı mənə təqdim edən şəxslər bu barədə əllərində hər hansı görüntü olmadığını, sadəcə eşitdiklərini deyiblər. Eşitmə ilə fakt olmur. Bundan başqa, şantaj edən də, şantaja məruz qalanla bağlı olan iddialara qarşı görülməli olan tədbirlər qanunvericilikdə açıq şəkildə göstərilib. Məktəb rəhbərləri bir məsələni unudur ki, bu məlumat yalan olsa belə, araşdırma dövründə iddiada adıçəkilən müəllimləri təhsildən uzaqlaşdırmaq səlahiyyətləri var. Əmək Məcəlləsinin 67, 70 və 72-ci maddələrinə əsasən, cinsi qısnamaya məruz qalma ilə bağlı ittiham varsa, həmin müəllimlə imzalanmış müqaviləyə xitam verilməlidir. Araşdırma hüquqi müstəvidə həllini tapana qədər həmin müəllimlər tədris müəssisəsindən uzaqlaşdırılmalıdır".

Ekspert hesab edir ki, qısa zamanda aidiyyəti qurumları reaksiya verməlidir:

"Məktəblərdə dərs bölgüsü, repititor kimi uşaq cəlb etmə ilə bağlı məktəblərdə müəllimlər arasında problemlər var. Lakin o müəllimlərin hansı siyasi əhəmiyyətli şəxsdir ki, onlar şantaja, təzyiqə məruz qalsın. Bundan başqa, Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi qısa zamanda məsələyə reaksiya verməli idi, hətta media nümayəndələri ilə birlikdə həmin məktəbdə olmalı idi. Adıçəkilən şəxslər də media qarşısına çıxaraq açıqlama verməli idi. Bu şər, böhtan, hətta yeni təhsil nazirinə qarşı kampaniya da ola bilər. Amma bunun böhtan, yoxsa reallıq olması, yalnız araşdırıldıqdan sonra bəlli olar. Hər gün yayılan bu cür məlumatlar cəmiyyətdə təhsilə olan inamı itirir. Bu gün yayılan məlumat təhsilə vurulan zərbədir. Baş verən neqativ halların hamısı dövlət təhsil müəssisələrində baş verir. Özəl təhsil müəssisələrində belə hal baş vermir. Belə halları törədənlər cəzalandırılmasa, proses davam edəcək. Bu hal adiləşəcək".

İddianın araşdırıldığı Bakı Şəhər Baş Polis İdarəsi ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Qalib Rəhimov Publika.az-a yayılan məlumatdan xəbərsiz olduğunu dedi:

"Bu cür sensasiya doğuran məsələlərlə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə müraciət edin. Bu barədə onlar məlumat verə bilər".

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəisi, polkovnik Ehsan Zahidov və mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə dəfələrlə əlaqə saxlamağımıza baxmayaraq zənglərimizə cavab vermədi.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə göndərdiyimiz sorğuya hələ ki, cavab verilməyib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3175   Tarix: 27 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Keçmiş məmur 43 milyon manat dəyərindəki əmlaklarını geri almaq istəyir

"MTN işi"nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovla Baş Prokurorluq və Korrupsiyaya Qarşı Mübarizə İdarəsi arasında məhkəmə çəkişməsi davam edir. "Qaynarinfo" xəbər verir ki, birinci məhkəm

18.04.2024 556
.

"Ata və ananın sosial şəbəkədə çox vaxt keçirmələri uşaqlara qarşı diqqətin azalmasına səbəb olur" - Psixoloq

Hər il universitetə qəbul imtahanından sonra uğurlu nəticə göstərməyən abituriyentlərin intiharının şahidi oluruq. Bir çox hallarda onların intiharına səbəb valideyn təzyiqi olur. Mövzu ilə bağlı -a danışan psixoloq Ramidə Oqtayqızı bildirib ki, uşaqlara sevgi, qayğı göstərmək, onlarla ünsiyyət qurma

16:24 129
.

Qazaxıstanda daşqınlar nəticəsində 5 nəfər ölüb

Qazaxıstanda daşqınlar nəticəsində 5 nəfər ölüb, 2 nəfər itkin düşənlərin axtarışları davam edir. xəbər verir ki, Qazaxıstan daxili işlər nazirinin birinci müavini Marat Kocayev Senatın ümumi iclasından sonra jurnalistlərə açıqlama verib. Kocayev ölkədə davam edən daşqınlar səbəbilə Atrau bölgəsind

18.04.2024 275
.

"Artıq tək olmaq istəmirəm, gəncəm"- Aynur Dadaşova

Müğənni Aynur Dadaşova imicində kəskin dəyişiklik edib. O, 35 il sonra saçlarını kəsdirib və sarı rəngə boyadıb. -ın xəbərinə görə, Aynur Dadaşova saçları kimi həyatında da yenilik etmək istədiyini bildirib. "Yeni bir limana başlamaq istəyirəm. Artıq tək olmaq istməriməm. Gəncəm, hələ 50 yaşım yoxdur

18.04.2024 685
.

Sosial medianın zərərli təsirlərindən necə qorunmalıyıq ?

"Təssüflər olsun ki, sosial şəbəkələr həyatımızın ayrılmaz parçasına çevrilib.Son zamanlar cəzbedici, mistik platforma istifadəçilərini intihar və depresiyaya aparır.Az qala oradakı virtual dostlarımız ailə üzvlərimiz qədər yaxın olmağa başlayıb". Bu sözləri BİG.AZ-A deputat Ceyhun Məmmədo

17:49 17
.

İsrail İrana qarşı cavab zərbəsi endirib - VİDEO

ABŞ mediası İsrailin İrana qarşı intiqam aksiyasına başladığını açıqlayıb. BİG.AZ xəbər verir ki, İran mediası da öz növbəsində İsfahan şəhərinin hava limanı yaxınlığında partlayışların baş verdiyini bildirib. Hadisə ilə bağlı İranda bütün uçuşlar təxirə salınıb. ABŞ-ın məlumatına görə, İsrail cümə gün

17:49 22
.

Pensiyaya yalnız bu qadınlar daha tez çıxacaq

Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslərin erkən pensiya hüququ yaranacaq. report-a istinadən xəbər verir ki, bu barədə məsəl

14:17 382
.

UNICEF: "Qəzzada hər 3 evdən 2-si dağılıb və ya zədələnib"

UNICEF-in sözçüsü Ceyms Elder, İsrailin intensiv hücumları altında olan Qəzzada hər 3 evdən 2-nin dağıldığını və ya zədələndiyini açıqlayıb. xəbər verir ki, bir müddətdir Qəzzada çalışan Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) sözçüsü Ceyms Elder X sosial media platformasında İsraili

18.04.2024 206
.

Qəzzada ölənlərin sayı 33970-yə çatıb

İsrail ordusunun Qəzza zolağına 2023-cü il oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda ölənlərin sayı 33970-yə çatıb. xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada İsrailin 195 gündür Qəzza zolağına hücumları ilə bağlı məlumat verilib. Açıqlamaya görə, İsrail ordusunu

18.04.2024 194