Fəhlələri quyuya tullayıb - cinayəti 175 manata ört-basdır etdilər

Fəhlələri quyuya tullayıb - cinayəti 175 manata ört-basdır etdilər"Ölüm, həmişə bu peşə sahiblərinin başları üstündə hərlənirdi"

BiG.AZ OilGas.az-a istinadən xəbər verir ki, neftçilər barədə deyilən bu sözlər yazıçı Manaf Süleymanovun "Eşitdiklərim, Oxuduqlarım, Gördüklərim" kitabında əks olunub. Süleymanovun sözlərinə görə, bir zamanlar ən ağır, ən çətin, ən qorxulu iş quyu qazmaq, neft çıxarmaq, bir də neft təmizləmək idi:

"Qabaqlar dayaz quyuları külüng və bel ilə qazırdılar; quyuların dərinliyi az idi, zaman keçdikcə artdı, əlli, altmış, daha çox… Zəhərli qaz, yeraltı sular, palçıq qazmaçıları bərk incidir, adamları əldən, taqətdən salırdı. Dərinə getdikcə hava azalır, zəhərli qaz artır, iş ağırlaşır, yeraltı su təbəqələri açılır, su basqını başlayır, quyu divarları uçub tökülür, tez-tez bədbəxt hadisələr baş verirdi. Qəfildən fontan vuranda qazmaçının heç cəsədi də tapılmırdı. Sevimli yazıçımız Abdulla Şaiq «Məktub yetişmədi» hekayəsində qazmaçıların acınacaqlı, başdan-başa əziyyət, məşəqqətli həyatını, facianə ölümünü mahir, realist qələmlə təsvir etmişdir.

400-600 metr dərinlikdəki neft təbəqəsini texniki üsulla iki ilə, üç ilə qazıb başa çatdırırdılar. Qəza baş verdikdə, iş günü podratçıya çox baha tamam olurdu, quyuya düşmüş baltanı, ilişib qalmış avadanlığı çıxarmaq o qədər də asan deyildi; aylarla əlləşirdilər; başqa dəstədən dəvət edilən təcrübəli ustaların belə, çox vaxt əllərindən heç nə gəlmirdi; hər şey yerin altında, dərin quyuda – göz görmür, əl çatmır; bütün cəhdlər hədər gedirdi. Belə günlərdə usta və fəhlələrə podratçı maaşın ancaq yarısını ödəyirdi. Avadanlıq və cihazlar ibtidai idi, Ustaların müşahidə qabiliyyəti və sənətkarlığı, duyğuları yeganə həlledici vasitə idi. Təcrübəli qazmaçının qulaqları alətin səsindən, tərpənməsindən süxurlar, təbəqələr barədə nəticə çıxarırdı.

Podratçılar texnikanı, yeniliyi sevmirdilər. Onların fikrincə ölçü cihazları boş şeydir, yer haqqındakı geologiya elmi nağıldır, guya hər şey ustadan asılıdır; vərdiş, sayıqlıq lazımdır. Xurafata da inam çox idi: düşənbə günü yeni əməliyyata başlamırdılar, usta və fəhlələrin ayağı düşüb-düşməməyi, xoş, ya da bəd qədəm olmasına yaman fikir verirdilər. Tək səbr gətirəni döyürdülər…

Neft çıxardanların – dartayçıların işi qazmaçılarınkından heç də asan deyildi. On iki saat ərzində bir saniyə belə dincəlmir, ağır jelonkanı qaldırıb nefti boşaldır, təzədən quyuya sallayırdı. Səs-küydən qulaq kar olur, beyin kütləşirdi. Dartayçı jelonkanın üst şkvaldan çıxmasına yol verməməli idi, əks təqdirdə quyu iki-üç saat dayanırdı. Gecə növbəsində dartayçıların işi daha ağır olurdu. Bir balaca ehtiyatsızlıq eləsə, fikrə getsə, mürgüləsə qəza baş verərdi. Fikir və qorxudan dartayçılar tez qocalır, kar olur, əldən düşürdülər.

– Hər iki sənət sahibi çox vaxt qoldan, qabırğadan, beldən, qıçdan şikəst olurdu. Dartayçıların və qazmaçıların çoxu iranlılar idi. Bu peşə güc, dözüm və səbr tələb edirdi. Ehtiyac isə insanı ən çətin işlərə vadar edir. İranlı fəhlələr ağzını açan kimi «həmşəri» deyib elə kötəkləyirdilər ki, bir də cürət edib dinə bilmirdilər. Boğaza yığılıb rəhm və haqqını tələb edəndə, başını qaldıranda quyuya atırdılar. Balaxanıda dörd nəfər fəhlə əl ilə qazılan ayrı-ayrı quyuda uçan torpağın altında qalıb həlak olmuşdu. Pristava 100, okolodoçniyə 50 manat, konsul katibinə 25 manat xərclik verib, cinayəti ört-basdır eləmişdilər. Belə hadisələr tez-tez baş verirdi".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1066   Tarix: 27 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İsveçdə cinsiyyətin dəyişdirilməsi üçün yaş həddi dəyişdirildi

İsveç Parlamenti, biri cinsiyyətin dəyişdirilməsi üçün minimum yaş həddi 18-dən 16-ya endirilən və digəri isə əməliyyata girişi asanlaşdıran iki yeni qanun qəbul edib. xarici mediaya istinadən xəbər verir ki, İsveç Parlamentində altı saat davam edən qızğın müzakirələrdən sonra qanun layihələri lehin

17:38 190
.

"X"da daha bir yenilik

"X" sosial şəbəkəsinin sahibi İlon Mask yenilik edəcəyini açıqlayıb. xəbər verir ki, bu barədə o özü bildirib. Dəyişikliyə əsasən yeni istifadəçilər tvit göndərmək, bəyənmək və rəy bildirmək üçün ödəniş etməli olacaqlar

17.04.2024 279
.

Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu

Ukrayna Prezidenti Volodimir Zelenskiyə sui-qəsdin təşkilində Rusiya xüsusi xidmət orqanlarına köməklik göstərən şəxs Polşada saxlanılıb. Ukrayna Baş Prokurorluğunun məlumatına görə, əməliyyatı Polşanın hüquq-mühafizə orqanları Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə həyata keçiriblər

20:48 0
.

Kamran Həsənlidən qalmaqallı açıqlama: "Yaxşı verilişlərin aparıcılarının saxlayanı var"

"Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən sənətkar kimi bəh-bəhlə xalqa sırınır". Bu sözləri tanınmış aparıcı Kamran Həsənli -a açıqlamasında deyib. O, bəzi aparıcılar barədə sərt iradlar səsləndirib:. "Onla

22:14 0
.

Bakı küçələrində lüt qaçan kişi xəstəxanaya yerləşdirildi

Sosial şəbəkələrdə küçədə lüt gəzən kişinin görüntüləri yayılıb. -ın əldə etdiyi məlumata görə, küçədə çılpaq gəzən şəxsin sosial şəbəkələrdə əks olunan görüntüləri araşdırılıb. Polis tərəfindən 1986-cı il təvəllüdlü şəxs müəyyən olunub. Qardaşının müraciəti əsasında onun sağlamlıq vəziyyəti nəzərə alınara

16:59 475
.

Türkiyədə plastik məhsullar istehsal edən fabrikdə baş verib - VİDEO

Türkiyənin İzmir şəhərində plastik məhsullar istehsal edən fabrikdə yanğın olub. BİG.AZ xəbər verir ki, hadisənin baş vermə səbəbi məlum deyil. Əraziyə axtarış-xilasetmə əməkdaşları cəlb olunub. Yanğın söndürülüb. Həmin videonu təqdim edirik:

11:58 98
.

Qayığın batması nəticəsində eyni ailədən 8 nəfər ölüb

Mozambikdə əlverişsiz hava şəraiti və həddindən artıq yüklənmə səbəbindən qayığın batması nəticəsində eyni ailədən 8 nəfər ölüb. xəbər verir ki, Mozambik Xəbər Agentliyinin məlumatına görə, ölkənin mərkəzi bölgəsindəki Zambezi çayında əlverişsiz hava şəraiti və həddindən artıq yüklənmə səbəbindən bi

17.04.2024 468
.

Sumqayıtda ərini öldürməkdə təqsirləndirilən qadınla bağlı YENİ XƏBƏR

Sumqayıtda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Əfsanə Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Sumqayıt şəhər Məhkəməsində keçirilən prosesdə bildirilib ki, Əfsanə Məmmədova barəsində keçirilmiş komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizanın rəyin

16:43 264
.

"Artıq tək olmaq istəmirəm, gəncəm"- Aynur Dadaşova

Müğənni Aynur Dadaşova imicində kəskin dəyişiklik edib. O, 35 il sonra saçlarını kəsdirib və sarı rəngə boyadıb. -ın xəbərinə görə, Aynur Dadaşova saçları kimi həyatında da yenilik etmək istədiyini bildirib. "Yeni bir limana başlamaq istəyirəm. Artıq tək olmaq istməriməm. Gəncəm, hələ 50 yaşım yoxdur

22:00 0