"Buta Airways"ə ETİRAZ: Boş çantaya 51 manat ödədi - FOTO

"Buta Airways"ə ETİRAZ: Boş çantaya 51 manat ödədi - FOTO""Buta Airways"lə uçuş zamanı yanıma boş bel çantası götürmüşdüm, çünki geridönüş biletimə baqaj daxil idi. Ancaq buna icazə verməyərək, boş çanta üçün məndən 51 manat ödəniş istədilər. Dedilər ki, yalnız içinə notbuk qoysam, pulsuz keçirməyə icazə verə bilərlər. Mən də məcbur boş çantaya 51 manat ödəməli oldum".

BiG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu sözləri sərnişin Fuad Tağıyev sosial şəbəkədə yazıb. O bildirib ki, dəfələrlə aviaşirkətin reysləri ilə uçsa da, ilk dəfə bu kimi halla qarşılaşır və bunun haqsızlıq olduğunu düşünür.

Yaşanmış hadisənin nə dərəcədə şirkət qanunlarına uyğun olub olmadığını öyrənmək üçün əvvəlcə "Buta Airways" aviaşirkətinin reyslərində baqajın daşınması qaydalarına qısa bir nəzər salaq:

"Buta Airways" reyslərində baqajın və əl yükünün daşınması aviabiletin tarifi ilə tənzimlənir. Digər aşağı büdcəli aviaşirkətlərdən fərqli olaraq, burada "minimal büdcə" tarifi ilə alınan aviabiletlər qeydiyyatdan keçən baqajın və ya əl yükünün pulsuz daşınmasını nəzərdə tutmur. Üzərinizdə götürmək istədiyiniz əşyaların çəkisindən asılı olmayaraq 25 avro ödəniş tələb olunur.

Sadəcə olaraq, aşağıdakı ləvazimatların təyyarənin göyərtəsində pulsuz daşınmasına icazə verilir:

qadın əl çantası və ya kişi portfeli (üç ölçünün cəmi üzrə ölçüsü 75 santimetrədək)
portativ kompyuter (noutbuk)
gül dəstəsi
əl ağacı
çətir
kağızlar üçün qovluq
üst geyim
mobil telefon
fotoaparat
videokamera
portpleddə kostyum
Körpəni daşıma zamanı istifadə olunacaq uşaq beşiyi
hava gəmisinin salonunda və ya sərnişinin ayaq altında təhlükəsiz yerləşə biləcək dayaqlar
iki yaşa kimi uşaqlar üçün uçuş zamanı tələb olunan qida və əşyalar.

Yəni, qaydalara görə, bu məsələdə şirkət əməkdaşı notbuk təklifində haqlıdır. Ancaq burda maraqlı bir məqam ondan ibarətdir ki, sərnişin bel çantası yox, əl çantası götürsəydi, ölçüsü uyğun gəldiyi təqdirdə, çəkisindən asılı olmayaraq istədiyi əşyaları özü ilə apara bilərdi. Məsələn, qaydalar bel çantasını əl çantasının içərisində keçirməyə icazə verir.

Azərbaycanın ilk aşağı büdcəli aviaşirkəti "Buta Airways"in təklif etdiyi biletlər ölkəmizdən uçuşlar icra edən digər şirkətlərə nisbətən daha uyğun olsa da, ilk gündən baqaj siyasəti tənqidlərə səbəb olub.

Müqayisə üçün xarici ölkələrin aşağı büdcəli aviaşirkətlərin pulsuz baqaj siyasətinə nəzər salaq.

Türkiyə şirkəti olan "Pegasus" hava yolları ilə uçan super ekonom bilet sahiblərinin 8 kq əl yükü və bir əl çantasını pulsuz daşımaq haqqı var.

Macarıstanın ucuz hava yolu şirkəti "Wizz Air" ilə uçan ekanom biletinə sahib sərnişinlər isə pulsuz 10 kq çəkidə əl yükü və bir əl çantası daşıya bilərlər.

Azərbaycan Hava Yollarının struktur bölməsi olan "Buta Airways"in təklif etdiyi biletlərdə isə yuxarıda sadaladığımız baqaj haqqı isə sadəcə "Standart" tarifi ilə qeydiyyatdan keçən sərnişinlər üçün nəzərdə tutulub. Bu zaman baqajın 10 kq-dan artıq olmaması və üç ölçünün cəmi üzrə 158 sm-dən böyük olmaması şərtilə daşınmasına icazə verilir. Bundan başqa, əl yükü də ödəniş müqabilində daşınır.

Əl yükü və baqaj üçün əlavə ödəniləcək məbləğlər isə aşağıdakı kimi nəzərdə tutulub:

Əl yükü: çəki məhdudiyyəti tətbiq olunmur, üç ölçünün cəmi üzrə 110 santimetrdən (55*35*20 sm) artıq olmayan ölçüdə - 25 Avro (30 ABŞ dolları)

Baqaj: çəkisi 23 kiloqrama qədər (daxil olmaqla) və üç ölçünün cəmi üzrə 158 santimetrdən artıq olmayan ölçüdə - 25 avro (30 ABŞ dolları ). Baqaja görə uçuşdan ən azı 3 saat əvvəl, aviaşirkətin saytında, satış kassalarında və akreditə edilmiş agentliklərdə ödəniş etdikdə bu məbləğ 20 avro (25 ABŞ dolları) təşkil edir.

"Buta Airways"ə ETİRAZ: Boş çantaya 51 manat ödədi - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1037   Tarix: 27 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindəndir" - Deputat

"Bu gün həyata keçirilən siyasət nəticəsində Azərbaycan dünyanın ən təhlükəsiz və əmin-amanlıq olan ölkələrindəndir". Bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov -a deyib. O qeyd edib ki, insanlarımızın təhlükəsizliyinin təmin olunması və qorunması dövlətimizin əsas prioritetlərində

28.03.2024 318
.

Eyni ailənin 6 üzvü öldüyü qəzanın görüntüləri ortaya çıxıb - VİDEO

Eyni ailənin 6 üzvünün öldüyü fəlakətli qəzanın görüntüləri ortaya çıxıb. BİG.AZ xəbər verir ki, hadisə Türkiyədə baş verib. Yol-nəqliyyat hadisəsinin təhlükəsizlik kamerası vasitəsi ilə qeydə alınıb

28.03.2024 575
.

"Ermənistanın KTMT təlimlərdə iştirak etməyəcəyi gözlənilən idi" - Politoloq

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) bu il "Rubej 2024" adlı birgə təlim də daxil olmaqla yeddi təlim keçirəcək.Bu barədə təşkilatın baş katibi İmanqali Tasmaqambetov "Milli Müdafiə" jurnalına müsahibəsində deyib.Hazırda KTMT-yə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan

28.03.2024 252
.

Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunub

Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunub. Bu barədə "Report"a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, martın 18-22-də Vyana şəhərində BMT-nin Narkotik Vasitələr üzrə Komissiyasının 67-ci sessiyası keçirilib. İclasda Azərbaycanı baş prokuroru

28.03.2024 227
.

"Crocus City Hall"un bərpası neçə milyona başa gələcək? - Emin Ağalarov AÇIQLADI

"Crocus City Hall"ın konsert zalının yenidən tikintisi 150 milyon dollara (təxminən 255 milyon AZN) başa gələcək. Bunu "Crocus Group"un sahibi Araz Ağalarovun oğlu, "Agalarov Development" şirkətinin prezidenti Emin Ağalarov deyib. Onun sözlərinə görə, 15 il əvvəl kompleksi

28.03.2024 447
.

İsrail ordusu 25 fələstinlini əsir götürüb

İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı biri uşaq olmaqla 25 fələstinlini əsir götürüb. xəbər verir ki, Fələstin Məhbuslar Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Məhbuslar və Azad Edilən Nümayəndə heyətinin birgə bəyanatına görə, İsrail qüvvələri İorda

28.03.2024 114
.

Kraliça Kamilla rəsmi tədbirlərə qatılır

İngiltərə kralı Çarlz və şahzadə Keyt Midlton səhhətlərindəki problemlərə görə rəsmi tədbirlərdə iştirak edə bilmir. xəbər verir ki, onları kraliça Kamilla əvəz edərək tədbirə qatılıb. İngilitərə xalqı "Keytə sevgilərimizi göndər" yazılı qeydlər göndəriblər

28.03.2024 191
.

ABŞ-də partlayış oldu

ABŞ-ın Kentukki ştatında yanacaqdoldurma məntəqəsində güclü partlayış olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində ölkə mediası məlumat yayıb. Partlayış zamanı ölən və yaralananlar barədə hələlik məlumat daxil olmayıb. Araşdırmalar davam edir

28.03.2024 208
.

"Divanımızın olması üçün dua etmişəm" - Aşıq Zülfiyyə

Aşıq Zülfiyyə İbadova maraqlı açıqlaması ilə diqqət çəkib. -ın xəbərinə görə, o yeni ailə quranda çox kasıb olduqlarını bildirib. "İndi yalan danışmağın heç bir mənası yoxdur. Hətta gecə-gündüz dua edirdim ki, divanımız olsun. Çünki evə divan ala bilmirdik", - o bildirib. Zülfiyyə deyib ki

28.03.2024 207