"Arif Babayev, Alim Qasımov, Teymur Mustafayev niyə susur?"-Ağadadaş Ağayev muğam ifaçılarını qınadı

"Arif Babayev, Alim Qasımov, Teymur Mustafayev niyə susur?"-Ağadadaş Ağayev muğam ifaçılarını qınadıXalq artisti Ağadadaş Ağayev ölkə.az-ın suallarını cavablandırıb.

- Ağadadaş müəllim, uzun müddətdir ki, efirdə yoxsunuz və bildiyim qədər Azərbaycan musiqisinin hazırki durumuyla bağlı sizi narahat edən məqamlar var. Əvvəlcə həmin məqamlardan başlayaq...

- Əslində, məni narahat edən məsələlərə şəxsi aspektdən baxmaq istəmirəm.

- O zaman ümumi aspektdən yanaşın...

- Musiqimizdə məni o qədər narahat edən məqamlar var ki. Musiqimizdə qarmaqarışıqlıq hökm sürür. Bunu efirlərdəki mövzulara da aid edirəm. Bütün efirlər çalışır ki, müğənni və onun ətrafındakı hansısa mövzu müzakirə edilsin. Sənətçilərin də intellektual səviyyələri bu mövzuların içindən çıxmağa imkan vermir. Çünki müxtəlif məzmunda mövzular olur. Mövzudan anlayışları olmadığı üçün rəzil vəziyyətə düşürlər. Bu məni narahat edir.

- Bəs oxuya bilməmək?

- Məndən soruşdular ki, filankəsin səsi yoxdur, niyə çıxıb oxuyur ki? Cavab verdim ki, o adam oxuya bilmədiyini bilmir və ona görə də oxuyur.

- Ötən əsrin səksəninci illərində efirə buraxılmayan, qəbul olunmayan sənətçilərdən biri də siz idiniz. Bəlkə sizin indi bəyənmədiklərinizdən də gələcəkdə yaxşı ifaçılar yetişə bilər?

- Təbii ki, ola bilər. Mən 1980-ci ildə oxuduğum mövzuları albom şəklində verərəm, dinləyərsiniz. O musiqilər indi klassik musiqi kimi təqdim edilir.

- Ancaq zamanında səviyyə çox yüksək olduğu üçün sizin ifa etdikləriniz qəbul edilmirdi...

- Bəli, doğru qeyd etdiniz. O səbəbdən də mənim ifalarım bayağı sayılırdı. İndi görün ki, biz nə qədər aşağı getmişik. İyirmi yeddi yaşımda oxumuşdum:

Ey ana yurdumun gözəl qızları,
Şölə tək parlayan dan ulduzları,
Dinləyin, nəsihət işıqlı yoldur,
Bəlkə bir zaman gərəyiniz oldu.

Aldanıb həyatda nazu-nemətə,
Şahmarın qoynuna atılmayın siz.
Heç vaxt dönük çıxıb saf məhəbbətə,
Ad-sana, şöhrətə satılmayın siz.

Mən burada qızlıq şərəfinin ən ülvi nemət kimi qorunmasını təbliğ etmişəm. Bunları oxuyurdum ki, övladlarınıza tərbiyə verin. Bunu 1983-cü ildə oxumuşam. İndiki vəziyyətimizə baxın da.

- Sənət aləmimizin də təbii ki, böyük adları, ağsaqqalları var. Sizcə konkret kimlər hazırki durumla bağlı həyəcan təbili çalmalı, oxuya bilməyənləri qınamalıdırlar?

- Bizim klassik musiqilərimizin başında duran insanlar var. Bura bəstəkarların yazdığı əsərlər daxildir. Eyni zamanda klassik muğamlarımızın gözəl biliciləri və ifaçıları var.

- Məsələn?

- Arif Babayev, Əlibaba Məmmədov, Canəli Əkbərov, Mənsum İbrahimov, Alim Qasımovun adını çəkə bilərəm.

- Sizcə, Alim Qasımovun ifa etdiyi klassik muğamdır? Çünki zamanında onun özünü də qəbul etmirdilər...

- Hər halda o muğama bir dinamika, fərqlilik gətirdi. Əvvəlcə qəbul olunmadı, sonradan deyərdim ki, qəbul etdilər. Adını çəkdiyim sənətkarlar mütləq danışmalı, tənqidi fikirlər səsləndirməlidirlər. Teymur Mustafayevin adını çəkmək yadımdan çıxmışdı. Teymur əmi heç vaxt danışmır, suallardan yan keçir, özlərini pis eləmək istəmirlər. Allah Habil Əliyevə rəhmət eləsin, məkanı cənnət olsun. O, vuruşa-vuruşa, bağıra-bağıra bu dünyadan getdi. Musiqimizin ən böyük təəssübkeşi idi.

- Yəqin ki, xatırlayırsınız. Təxminən bir il öncə adını çəkdiyiniz sənətkarlar iki qrupa bölünərək, əks cəbhələrə, hətta deyərdim ki, düşmənə çevrildilər.

- Mən bunu sizdən eşidirəm.

- Sizcə belə şeylərdən sonra sənətkarlar gəncləri tənqid etsələr, öyüd-nəsihət verməyə qalxsalar, gənclər irad tutmazlar ki, axı siz özünüz bir-birinizlə yola getmirsiniz? Orada əsas məsələ bölgələrlə bağlı idi...

- Haralı sözünü gətirmə dilə,
O bir ləkə deyilmi böyük bir elə?
Xalqımın birliyin siz bilə-bilə,
Onu parçalayıb, yüz ayırmayın.

Elə musiqidə ayırırsınızsa, bu da ayrı-seçkilikdir. O gün bir verilişdə dediyim sözü montajda kəsmişdilər. Xanəndə sayılmasam da, muğamlar, dəstgahlar, xalq musiqiləri, bəstəkar mahnıları da oxuya bilirəm. Mən deyərdim ki, Azərbaycan musiqisində bir muğam məktəbi var. O da Təbriz muğam məktəbidir. İstərdim ki, gedib bunu araşdırasınız. Təbriz muğam məktəbini tarixin qaranlıq səhifəsinə atıblar.

- Qarabağ muğam məktəbi yoxdur?

- Orada məktəb yoxdur, ləhcə var. Muğamlarımızda ləhcələr mövcuddur. Biri deyir Şirvan məktəbiyəm, Bakı, Qarabağ məktəbiyəm. Yaxşı, mən Cəlilabaddanam. Sabir Mirzəyev, Teymur Mustafayev, mən, Sabir Əliyev, Qədir Qızılsəs, Yusif Mustafayev də cəlilabadlıdır. Bəs biz hansı məktəbin adamlarıyıq?

- Yəni, siz Təbriz məktəbisiniz...
- Təbriz məktəbi sayılırıqsa, deməli, düzgün məktəbdəyik də. Mən də çıxıb bunu deyə bilərəm. Təbriz məktəbi bizim muğam məktəbinin bünövrəsidir.

- Bəs Qarabağ, Bakı, Şirvan məktəbləri nədir?

- Onlar məktəb deyil, sadəcə, yoldur. Məsələn, Şirvan zonasında muğam məktəbiylə aşıq məktəbinin sintezi var.

- Düşünmürsünüz ki, bu açıqlamanız Qarabağ, Bakı, Şirvan məktəbinin nümayəndələrinin etirazına səbəb olar?

- Araşdırsınlar, qurban olum, sözümün arxasındayam. Deyə bilərlər ki, Təbriz bizdə deyil. Ancaq Təbriz bizim tariximizdir və tarixi danmaq olmaz. Allah Üzeyir Hacıbəyliyə rəhmət eləsin. O, Azərbaycan musiqisini Avropaya çıxartmaq üçün yarımpərdələrdə dəyişiklik edib, yazdığı operalarla musiqimizi dünyaya, Avropaya çıxardıb.

- Üç-dörd ən bəyəndiyiniz gənc sənətçinin adını çəkə bilərsinizmi?

- Muğamda Ehtiram Hüseynovu çox bəyənirəm. Zakir Əliyevə də qulaq asa bilirəm. Estradadan Sevda Ələkbərzadəni, Natəvan Həbibini dinləyirəm.

- Röyanı dinləyirsinizmi?

- Röyanın səsi fərqli, toxunan səsdir, yaddaqalandır. Ancaq səsdə monotonluq var, diapazon yoxdur. Sevə-sevə iki-üç mahnısına qulaq asaram, sonra yorularam.

- Bəs bəyənmədikləriniz?

- Elələrinin sayı o qədər çoxdur ki. Bir-ikisinin adını çəkərəm, digərlərinin xətrinə dəyər (gülür).

- Elə ifaçılarla bir məclisə düşürsünüzmü?

- Şükür Allaha, elə sənətçilərlə bir məclisə çağırmırlar. Dəvət etsələr, elələrinin lazımınca cavabını verərəm və verilməlidir də.

- Heç təcrübəli həmkarlarınızı bundan öncə birliyə çağırmısınızmı?

- Efirdən demişəm.

- Reaksiya?

- Deyiblər ki, nəsə etmək lazımdır. Ancaq sonradan gəlməyiblər. Bəlkə də vaxtları olmayıb. İşi çox ciddiyə alsaydıq, bəlkə də olardı.

- Belə açıq danışmaq sonra sizə problem yaratmır ki?

- Bəli, yaradır.

- Yeri gəlmişkən, bir neçə gün öncə teleaparıcı Lamiyyə Ələkbərqızının sizi YAP- ın tədbirinə dəvət etdiyini və orada baş verənləri açıqlamışdınız. İstərdim bu barədə daha ətraflı danışasınız.

- Partiyanın təşkil etdiyi konsertə dəvət edilmişdim. Oğlumla getdik, dörd saat gözlədik və konsert bitdi, mən oxumadım. Sonradan Lamiyyə Ələkbərqızı YAP-ın icra katibinin müavini Siyavuş Novruzova deyib ki, Ağadadaş Ağayev gəlməmişdi.

- Sonradan partiya funksioneri ilə əlaqə saxladınızmı?

- Bəli, geniş danışdıq. Konsert "Sahil" bağındaydı. Yanımda Sevil-Sevinc bacıları, Xumar Qədimova, Faiq Ağayev, Vasif Məhərrəmli də var idi. Konseti Bilal Əliyev açdı, dörd saatdan sonra deyiblər ki, beş-altı musiqi nömrəsindən sonra konserti siz bağlayacaqsınız.

- Bunu sizə kim demişdi?

- Lamiyyə oğluma demişdi. Oğlum da tez-tez gedib gəlir ki, konsert nə zaman yekunlaşır. Bir də gördüm ki, aparıcı Nəsib Nur konserti yekunlaşdırdı. Lamiyyəni yığıram, götürmür. Aprelin 11-dən bu günə qədər zənglərimə cavab vermir. Axı etdiyin hərəkərə görə cavab verməlisən. Lamiyyə, sənin atan yaşında adamam. Mənə qarşı mədəniyyətsizlik (əslində, başqa söz deyir-İ.V.) etmisən, ikincisi hələ məni "baqaj"a da qoyub deyirsən ki, Ağadadaş gəlmədi.

- Sizcə əgər bu qərəzdirsə, hansı səbəbdən qaynaqlana bilər?

- Məsələni araşdıracağam, sonra açıqlama verəcəyəm. Siyavuş müəllimlə görüşəndən sonra qərar verəcəyəm. O da mənə dedi ki, mənə belə məlumat verənlər barədə ölçü götürəcəyəm.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2190   Tarix: 26 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Plastik əməliyyat olunan Türkan Vəlizadə İLK DƏFƏ EFİRDƏ - VİDEO

Müğənni Türkan Vəlizadə "7 tamam" verilişinə qonaq olub. xəbər verir ki, bir müddət əvvəl plastik əməliyyat olunan sənətçi ilk dəfə canlı efirə qonaq olub. Türkan bildirib ki, əməliyyatdan sonra daha da gözəlləşib və özgüvəni yerinə qayıdıb. Ətraflı videoda:

18.04.2024 4552
.

İbrahim Tatlısesin qızının 11 yaşı tamam olub- FOTO

Müğənni İbrahim Tatlısesin aktrisa Ayşegül Yıldızdan olan qızı Elif Ada Tatlısesin 11 yaşı tamam olub. xəbər verir ki, Ayşegül Yıldız qızının ad günündən şəkilləri sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, İbrahim Tatlıses Ayşegül Yıldızla 2011-ci ildə evlənib. Onlar 2013-cü ildə qarşlıqlı anlaşma il

16.04.2024 765
.

"Sən mənim nəfəsimsən" - FOTO

Müğənni Gülay Zeynallı sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, ifaçı qızı Sahilə ilə olan fotosunu izləyiciləri ilə bölüşüb. Gülay şəklə "Sən mənim nəfəsimsən" qısa şərhini yazıb

16.04.2024 1065
.

Röya Ayxan ailə quracaq - Toya hazırlaşır - VİDEO

Xalq artisti Röya Ayxan açıqlaması ilə hər kəsi təəccübləndirib. xəbər verir ki, "PrimeTime Elvin Elxanla" yutub layihəsinə danışan ifaçı ailə quracağını bildirib. Röyanın toyu yay aylarında baş tutacaq:. "Ərə gedirəm. Bu yay aylarına təsədüf edəcək. Özüm də demişəm ki, edəcəksən təklifi

18.04.2024 8190
.

"The Platform" filminin 2-ci hissəsi tezliklə yayımlanacaq

"The Platform" filminin 2-ci hissəsi tezliklə Netflixdə yayımlanacaq. xəbər verir ki, bu barədə xarici mətbuat bildirib. Qeyd edək ki, filmin birinci hissəsi böyük marağa səbəb olmuşdu

19.04.2024 0
.

Ülviyyə Namazova: "Ərim ölməzdən qabaq zəng etdi, acıladım"

Tanınmış müğənni Ülviyyə Namazova teleproqramlardan birində şəxsi həyatı barədə danışıb. -ın xəbərinə görə, o, iki dəfə ailə qurduğunu, birinci həyat yoldaşını yol-nəqliyyat hadisəsi zamanı itirdiyini söyləyib. "Sevərək ailə qurmuşduq. Bizim məhəbbətimizi bütün Biləcəri bilirdi. Qızıma hamilə idim

18.04.2024 1213
.

Burak Özçivit yeni filmdə çəkiləcək

Məşhur aktyor Burak Özçivit yeni ekran işində rol alacaq. xəbər verir ki, "Kuruluş Osman" serialının Osmanı "Halit Bin Velid" adlı filmdə çəkiləcək. Yayılan məlumatlara görə, aktyor hazırda filmi çəkən şirkətlə razılığa gəlib. "Halit Bin Velid" filminin ssenarisi uzun müddə

17.04.2024 471
.

Dünya gözəli ikinci dəfə ana oldu- FOTO

2002-ci il dünya gözəli seçilən türkiyəli model Azra Akın ikinci dəfə ana olib. xəbər verir ki, bu barədə Azra Akın sosial şəbəkədə paylaşım edib. "14 aprel bazar günü Demirə bir bacı gəldi. Bizə də çox gözəl surpriz oldu. Adı Aryadır " ,- deyə o bildirib

18.04.2024 1397
.

Xəyalə Manaflının toyudur - Fotolar+Video

Müğənni Xəyalə Manaflının bu gün toyudur. Axşam.az xəbər verir ki, ifaçı Nurlan adlı bəylə ailə qurur. Cütlüyün toyu Bakıdakı restoranların birində keçirilir. Məclisdə şou-biznes nümayəndələri də iştirak edirlər. Qeyd edək ki, Xəyalə Nurlanla TikTok-da tanış olub. Müğənni bu yaxınlarda sosial şəbəkəd

17.04.2024 1653