Yeni qanunla əhalinin əksəriyyəti pensiya ala bilməyəcək - BƏYANAT

Yeni qanunla əhalinin əksəriyyəti pensiya ala bilməyəcək - BƏYANATAzərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı pensiya islahatı ilə bağlı bəyanat yayıb.

BiG.AZ xəbər verir ki, ADR Hərəkatının rəhbəri, iqtisadçı-alim Qubad İbadoğlu bildirib ki, rəhbəri olduğu təşkilatın ekspertlərinin qiymətləndirmələri göstərir ki, pensiya qanunvericiliyində islahat adı ilə edilən son dəyişikliklər yaşı çatmış şəxslərin pensiyaya çıxış imkanlarını məhdudlaşdırır.

İqtisadçı qeyd edib edib ki, bu da orta aylıq pensiya məbləğinin aşağı düşməsinə gətirib çıxaracaq:

Yeni qanunla əhalinin əksəriyyəti pensiya ala bilməyəcək - BƏYANAT"Belə ki, yeni dəyişikliklərdən sonra pensiyalar üçün əvvəllər mövcud olmuş və dövlət büdcəsindən maliyyələşən baza hissəsi ləğv olunub. Bu dəyişikliklərə görə, bundan sonra pensiyalar fərdi yığımların bazasında formalaşacaq. Ölkədə kütləvi işsizliyin müşahidə edilməsini, eləcə də işləyənlərin bir hissəsinin qeyri-leqal fəaliyyət göstərdiyini, aldıqları məvacibin aşağı olduğunu nəzərə alsaq, onda yeni qanunla vətəndaşların əksəriyyəti təqaüd yaşı çatdıqdan sonra pensiya ala bilməyəcək. Bu halda onlara yalnız qocalıq müavinəti veriləcəyi gözlənilir ki, onun da hazırki məbləği 55 manatdır".

Qubad İbadoğlunun sözlərinə görə, hazırda rayonlarda yaşayan 1 milyon 700 min nəfər torpaq mülkiyyətçisinin çoxunu bu cür tale gözləyir:

"Belə ki, 110 manat məbləğində pensiya almaq üçün pensiya yaşlı vətəndaşın 25 il iş stajı və minimum 15 800 manat məbləğində pensiya kapitalı olmalıdır. Bu isə o deməkdir ki, hətta 25 il və ondan çox əmək stajına malik olan ölkə vətəndaşlarının bir qisminin fərdi sığorta hesablarında yığılan vəsait onlara ən yaxşı halda minimum məbləğdə, yəni 110 manat pensiya verilməsini təmin edə biləcək. Hətta hazırkı bazar qiymətlərinə adekvat hesablanmamasına baxmayaraq, pensiyaçıların yaşayış minumumunun aylıq dəyərinin 2018-ci il üçün 144 manat müəyyənləşdirildiyi halda yeni qanunla pensiyaya çıxanlara ondan da az məbləğdə təqaüdün verilməsi dövlət tərəfindən əsaslı müdafiəyə ehtiyacı olan ahıl insanları taleyın hökmünə buraxmaq deməkdir".

ADR Hərəkatı pensiya qanunvericiliyindəki yeni dəyişiklikləri sosial cəhətdən ədalətsiz hesab edir, bunu ahıl insanların sosial - iqtisadi, yaşam hüquqlarının pozulması kimi qiymətləndirir, son dəyişkliklərin ləğv edilməsini, sosial cəhətdən ədalətli pensiya sisteminin qurulmasını tələb edir və hakimiyyəti pensiya sahəsində ədalətli islahatlara çağırır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 9719   Tarix: 26 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"İxracın şaxələndirilməsində Qırğızıstan bizim üçün ən əlverişli ölkələrdən biridir"-EKSPERT

"Qırğızıstanla son 15 ildə ən pis ticarət dövriyyəmiz 2017-ci ildə qeydə alınıb. Həmin il cəmi 1.7 milyon dollarlıq dövriyyəmiz olub. 2022-ci ildə isə bu göstərici 5 dəfə artaraq 10.8 milyon dollar olmuşdur". Bu sözləri BİG.AZ-A iqtisadçı-ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, ötən i

25.04.2024 172
.

Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gedib

Azərbaycan Respublikasında dövlət səfərində olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedib. AZƏRTAC xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbayca

25.04.2024 221
.

DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI

Havaların qızmasına baxmayaraq, son zamanlarda uşaqlar arasında yeni virus yayılıb. Bu virus özünü yüksək hərarət, səpkilərlə biruzə verir. Bəziləri isə bu virusun rozeola xəstəliyi olduğunu iddia edir. Maraqlıdır, görəsən, uşaqlar arasında yayılan bu viruslar hansılardır?. Məsələ ilə bağlı pediatr Elşə

25.04.2024 325
.

"Nişanlım dünyasını dəyişib" - Video

"Nişanlım da olub, istədiyim, sevdiyim bir şəxs də. Amma həmin şəxs biz ailə qurmadan dünyasını dəyişib. Onun yerinə isə heç kimi qoya bilmərəm. O tamamilə fərqli bir insan idi. Onun atası böyük şəxsiyyət, alim idi. Yarı alman idi. Onun atası mənim atamı da tanıyırdı. Onun da ürəyi götürmədi ki

25.04.2024 860
.

Paşinyanın xanımı tədbirdə təhqir olundu - Video

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan İrəvanda qondarma "erməni soyqırımı" ilə bağlı ucaldılmış "Tsitsernakaberd memorialı"nda etirazla qarşılanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. Yayımlanan videoda Akopyanı

25.04.2024 366
.

İnfarkt riskini sıfıra endirən şirə

Bir çox ölümcül tibbi problemlərə səbəb olan qan təzyiqi və xolesterini aşağı salmağın çox asan yolu var. Mütəxəssislər bildirirlər ki, gündə cəmi iki stəkan albalı şirəsi içmək bəzi ölümcül tibbi fövqəladə halların baş vermə ehtimalını azaltmaq üçün kifayət qədər güclü təsir göstərə bilər. xəbər veri

25.04.2024 179
.

Aktyordan xanımına söz atan müxbirə mükəmməl cavab

"Deliha" filmində birgə rol aldıqdan sonra bir-birlərinə aşiq olub evlənən Barış Arduc və Gupse Özay cütlüyü hər zaman medianın diqqətində olub. -ın Türkiyə mediasına istinadən xəbərinə görə, sosial şəbəkələrdə həmişə Gupsenin ərinə yaraşmadığı, çirkin olması barədə şərhlər yazılırdı. Onları

25.04.2024 694
.

Uelsdə məktəbə bıçaqlı hücum: 3 nəfər yaralanıb

Uelsin Ammanford şəhərində məktəbə bıçaqlı hücum olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb. Hücum zamanı 1 nəfər şübhəli qismində saxlanılıb. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub

25.04.2024 173
.

Nəsib Quliyev dəfn edildi

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev dəfn edilib. -a istinadən xəbər verir ki, Nəsib Quliyev Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb. Məlumata görə o, öz atasının yanında dəfn edilib

25.04.2024 770