Goranboyda piyadanı vuran sürücü qaçıb

Goranboyda piyadanı vuran sürücü qaçıb

Goranboyda piyadanı avtomobil vurub.

BiG.AZ apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Veyisli kəndində baş verib. Yolu keçmək istəyən kənd sakini, 1962-ci il təvəllüdlü Tağıyev Arif Cəlil oğlu hələ ki, markası və sürücüsü məlum olmayan avtomobil tərəfindən vurulub. Xəsarət alan A. Tağıyev xəstəxanaya çatdırılıb. Ona tibbi yardım göstərilib.

Vəziyyətinin orta ağır olduğu bildirilir. Hadisəni törədən sürücü avtomobillə hadisə yerindən qaçıb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 428 Tarix: 22.04.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər