"Novruz Məmmədov sadə bir ailədən çıxıb"

"Novruz Məmmədov sadə bir ailədən çıxıb""Artur Rasi-zadə baş nazir kimi uzun illər Azərbaycanda Heydər Əliyev-İlham Əliyev epoxasının dövlətçilik prinsiplərinə əsl sədaqət nümunəsi göstərib".

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin elm və təhsil komitəsinin sədri, akademik, deputat İsa Həbibbəyli deyib.

İsa Həbibbəyli bildirib ki, bu gün Azərbaycanın yeni baş naziri seçilən Novruz Məmmədov da bütün bacarıqları ilə Heydər Əliyev və İlham Əliyev dövlətçilik strategiyasına dərin sadiqliyi və sədaqəti ilə tanınır:

"Novruz Məmmədov sadə bir ailədən çıxıb, zəhmətkeş bir ailənin bütün məsuliyyəti və mənəviyyatını özündə aldığı tərbiyə ilə cəmləşdirib. Novruz Məmmədov Azərbaycan Dillər Universitetində sadə müəllimlikdən elmlər namizədliyinə, dostentliyə, kafedra müdirliyinə, dekanlığa və professorluğa qədər ciddi elmi yol keçib. Onu Azərbaycanın elm və təhsil ictimaiyyəti çox yaxından tanıyır. Novruz müəllim bir neçə Avropa dilini mükəmməl bilir. O, ölkəmizdə və xaricdə geosiyasət və praqmatik idarəetmə üzrə əsas ekspertlərdən biri kimi qəbul olunur. Mənəviyyat baxımından Novruz müəllimi səciyyələndirən əsas keyfiyyəti sadəqəti, mənəvi məsuliyyəti, halallığı və cavabdehliyidir. Novruz Məmmədov dövlət idarəçiliyi sistemində də öz sədaqəti ilə tanınır".

Akademik qeyd edib ki, Azərbaycanın yeni Baş nazirinin xalq arasında da böyük nüfuzu və hörməti var:

"Novruz Məmmədov ziyalılar arasında da xüsusi nüfuza malikdir. Mən tam inanıram ki, Baş nazir postunda da Novruz Məmmədov ölkə prezidenti İlham Əliyevin apardığı uğurlu dövlət siyasətini sonadək əqidə, sədaqət və məsuliyyətlə təmsil edəcək. Mən Novruz Məmmədovu cənab İlham Əliyevin yüksək etimadını qazana bildiyi üçün təbrik edirəm, ona gələcək fəaliyyətində uğurlar arzu edirəm".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1413   Tarix: 21 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Efirlərə çıxıb özlərinə kişi axtarırlar"

"İşsiz deyiləm. Hazırda iki böyük şirkətin ictimaiyyətlə əlaqələr şöbəsində çalışıram. Aparıcı olaraq efirlərdən uzaqlaşmışam. Mütəmadi olaraq məni verilişlərə qonaq çağırırlar və ekspert kimi iştirak edirəm. Diqqətimi daha çox sosial mediaya yönləndirmişəm. Buna rəğmən televiziyada baş verənlər

17:54 247
.

İndoneziyada vulkan püskürməsi - VİDEO

İndoneziyada Rvanq vulkanı püskürüb. BİG.AZ xəbər verir ki, partlayışlardan sonra yüzlərlə insan ərazidən çıxarılıb. Həmin videonu təqdim edirik:

17:52 143
.

İsrail İrana qarşı cavab zərbəsi endirib - VİDEO

ABŞ mediası İsrailin İrana qarşı intiqam aksiyasına başladığını açıqlayıb. BİG.AZ xəbər verir ki, İran mediası da öz növbəsində İsfahan şəhərinin hava limanı yaxınlığında partlayışların baş verdiyini bildirib. Hadisə ilə bağlı İranda bütün uçuşlar təxirə salınıb. ABŞ-ın məlumatına görə, İsrail cümə gün

17:49 208
.

Pensiyaya yalnız bu qadınlar daha tez çıxacaq

Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslərin erkən pensiya hüququ yaranacaq. report-a istinadən xəbər verir ki, bu barədə məsəl

14:17 459
.

Türkiyədə 5,7 bal gücündə zəlzələdən sonra ÜRƏKAĞRIDAN GÖRÜNTÜLƏR

Türkiyənin Tokat vilayətində baş verən zəlzələlərin vurduğu ziyanlar görüntülənib. "Haber Global"a istinadən xəbər verir ki, zəlzələnin episentri olan Sulusaray rayonu dron ilə havadan çəkilib. Görüntülərdə zəlzələnin vurduğu ziyanın miqyası əks olunub. Həmçinin zəlzələnin baş verdiyi bölgələrd

10:02 812
.

Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ

Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır. BİG.AZ report-a istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə təklif edilən dəyişiklikd

13:28 702
.

BDU-nun tələbəsi intihar etdi

Gecə saatlarında Abşeron rayonu Xırdalan şəhərində intihar hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Heydər Əliyev prospektində yerləşən "AAF Park" yaşayış kompleksində kirayə yaşayan 2003-cü il təvəllüdlü Ramil Nəsirov özünü asaraq intihar edib. Onun meyiti eyvanda asılı hald

10:32 801
.

Dubayda seldən xilas olmaq istəyən heyvan avtomobilin qapısından tutub-VİDEO

Dubayda neçə gündür silsilə yağışlar yağıb. BİG.AZ xəbər verir ki, küçələr su ilə dolub daşarkən ətrafdakı heyvanlar da çarəsiz durumda qalıblar. Ərazidə olan pişik avtomobilin qapısından tutub sağ qalmağa çalışması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Həmin videonu təqdim edirik:

15:35 150
.

Qəzzada ölənlərin sayı 33970-yə çatıb

İsrail ordusunun Qəzza zolağına 2023-cü il oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda ölənlərin sayı 33970-yə çatıb. xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada İsrailin 195 gündür Qəzza zolağına hücumları ilə bağlı məlumat verilib. Açıqlamaya görə, İsrail ordusunu

18.04.2024 196