Seçkilərə müdaxiləyə görə Araz və Emin Ağalarovlar məhkəməyə verildi

Seçkilərə müdaxiləyə görə Araz və Emin Ağalarovlar məhkəməyə verildiABŞ-da Demokratlar partiyasının Milli komitəsi 2016-cı ildə keçirilmiş przident seçkilərinə müdaxiləyə görə Rusiya hökumətini, Baş Kəşfiyyat İdarəsini (QRU), WikiLeaks saytının qurucusu Culian Assancı, Donald Trampın seçki qərargahını, habelə azərbaycanlı oliqarx Araz Ağalarovu və oğlu Emin Ağalarovu məhkəməyə verib.

BiG.AZ Virtualaz.org-a istinadən xəbər verir ki, demokratların Milli komitəsi cavabdehlərdən milyonlarla dollarlıq təzminat tələb edir.

Nyu-Yorkun Manhetten Federal dairə məhkəməsinə təqdim edilmiş iddia ərizəsində göstərilir ki, Trampın seçki qərargahının rəhbərliyi Rusiya hakimiyyəti və hərbi kəşfiyyatı ilə sövdələşməyə girərək demokratların prezidentliyə namizədi Hillari Klintona qarşı gözdənsalma kampaniyası başladıb. Habelə Demokratlar partiyasının kompüter şəbəkəsinə kibermüdaxilə həyata keçirərək seçki kampaniyasının gedişini Trampın xeyrinə dəyişdirib.

Seçkilərə müdaxiləyə görə Araz və Emin Ağalarovlar məhkəməyə verildi"2016-cı il prezident seçkiləri kampaniyası zamanı Rusiya bizim demokratiyamıza misli görünməmiş hücum həyata keçirib və bu zaman Donald Trampın seçki qərargahının qismində könüllü, fəal partnyor tapıb"-demokratların Milli komitəsinin rəhbəri Tom Peres bildirib.

"Bu, misli görünməmiş satqınlıq aktı idi: Birləşmiş Ştatlar prezidentliyinə namizədin seçki qərargahı prezident seçkilərində şansını artırmaq üçün düşmən xarici ölkə ilə əlbir olub"-o əlavə edib.

Lakin xarici dövləti məhkəməyə vermək demokratlar üçün hüquqi problemlər yarada bilər. Çünki digər ölkələr ABŞ-da məhkəmə çəkişmələrindən immunitetə malikdir. İddia ərizəsində isə göstərilir ki, Rusiya belə immunitetə malik ola bilməz, çünki kompüter şəbəkəsinə müdaxilə partiyanın özəl mülkiyyətinə qəsddir. Habelə Rusiya bu kibermüdaxilə ilə onların məxfi məlumatlarını ələ keçirib ki, nəticədə casusluq əməli baş verib.

Seçkilərə müdaxiləyə görə Araz və Emin Ağalarovlar məhkəməyə verildiİddia ərizəsində prezident Tramp cavabdeh qismində göstərilmir. Lakin onun bir sıra köməkçiləri, o cümlədən oğlu Donald, kürəkəni Cared Kuşner, seçki qərargahının rəhbəri Pol Manafort və müavini Rik Geyts cavabdeh qismində iddiada yer alırlar.

İddiada göstərilir ki, QRU demokratların seçki qərargahının kompüterlərinə müdaxilə edərək ələ keçirdiyi sənədləri Culian Assanca ötürüb. Trampın ətrafı bu qəsd planında iştirak edib, Rusiya nümayəndələri ilə əlbir olublar və haker müdaxiləsinə açıq dəstək veriblər, Trampın seçki qərargahı isə qanunsuz fəaliyyətə imkan yaradan mütəşəkkil cinayətkar dəstə kimi fəaliyyət göstərib.

Seçkilərə müdaxiləyə görə Araz və Emin Ağalarovlar məhkəməyə verildiMəhkəmə ekspertizası sənədlərinə əsasən demokratların Milli komitəsi 2015-ci il iyulun 27-də və 2016-cı il aprelin 18-də haker müdaxiləsinı məruz qalıb. Hakerlər aprelin 22-nə qədər sənədləri və faylları köçürüblər. Bundan dörd gün sonra Trampın seçki qərargahının xarici siyasət müşaviri Corc Papadopulos londonlu professor Cozef Mifsuddan məlum olub ki, rusların əlində Hillari Klintona qarşı kompromat kimi istifadə olunacaq minlərlə elektron məktub var.

Seçkilərə müdaxiləyə görə Araz və Emin Ağalarovlar məhkəməyə verildiİddiada cavabdeh qismində Papadopulos və Mifsud da yer alırlar. Habelə cavabdehlər qismində Araz və Emin Ağalarovlar göstərilir. Onlar 2013-cü ildə Moskvada "Kainat gözəli" müsabiqəsi təşkil ediblər və Tramp bu mərasimdə iştirak edib. Ağalarovlar habelə rusiyali vəkil Natalya Veselnitskayanın 2016-cı ilin yayında Nyu-Yorkdakı Tramp-touerdə Trampın oğlu ilə görüşünü təşkil ediblər. Bu görüşdə Trampın oğlu Hillari Klintonun əleyhinə kompromatlar əldə etməyə ümid edirdi.

Ağalarovların vəkili Skot Balber isə bu iddianı "yüngül" və "reklam tryuku" adlandırıb. Balber deyib ki, onun müştərilərinin demokratların kompüter şəbəkəsinə müdaxilə ilə hər hansı əlaqəsi olmayıb, o cümlədən onların ABŞ seçkilərinə müdaxilədə hər hansı rolu yoxdur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2624   Tarix: 21 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA

Ötən gün intihar edən tanınmış həkim, ölkənin sabiq baş pediatoru Nəsib Quliyevin özünü öldürməsinin səbəbləri haqda sensasiyalı məlumat daxil olub. BİG.AZ -a istinadən xəbər verir ki, ötən gün ailə istintaq orqanına dəvət edilib və N.Quliyevin intihar öncəsi yazdığı məktubla ailə üzvləri tanış edilib

11:10 1230
.

Bakıda yaşayış binasında yanğın oldu

Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub. Bu barədə BİG.AZ-a FHN-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 100 m² olan 5 otaqlı mənzildə 3 ədəd yataq dəsti, 1 ədəd kreslo

24.04.2024 360
.

Aktyordan xanımına söz atan müxbirə mükəmməl cavab

"Deliha" filmində birgə rol aldıqdan sonra bir-birlərinə aşiq olub evlənən Barış Arduc və Gupse Özay cütlüyü hər zaman medianın diqqətində olub. -ın Türkiyə mediasına istinadən xəbərinə görə, sosial şəbəkələrdə həmişə Gupsenin ərinə yaraşmadığı, çirkin olması barədə şərhlər yazılırdı. Onları

18:00 66
.

Niyamla Aynur barışıb? - VİDEO

Bir müddət küsülü olan müğənni Niyam Salami ilə duet ortağı Aynur Dadaşova barışıblar. xəbər verir ki, sənətçi Niyam Salami ATV-də yayımlanan "Günaylı Gün" verilişində telefonla canlı bağlantıya qoşularaq, Aynur Dadaşovanı salamlayıb. O yaxın günlərdə Aynurla yeniden duet oxuyacağını bildirib

20:00 0
.

Qəzzada 34305 adam ölüb

İsrailin hücumlarını davam etdirdiyi Qəzzada 34305 insan ölüb. xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin 202 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib. İsrail ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlarda dah

20:15 0
.

Türkiyədə sürüşmə oldu - VİDEO

Türkiyənin Şırnak vilayətində sürüşmə olub. BİG.AZ xəbər verir ki, hadisə ətrafdakı insanlar tərəfindən mobil telefon vasitəsi ilə qeydə alınıb. Tonlarla çirkab yığını ağacları kökündən qoparıb kənara çəkdi. Həmin anlar kameraya çəkildi

12:14 59
.

Avstraliyada 160-a yaxın balinadan 26-sı öldü

Avstraliyanın Qərbi Avstraliya ştatında yerləşən Tobis İnlet sahilində çoxlu balinalar ölüb. BİG.AZ xəbər verir ki, 160-a yaxın balinadan 26-sı ölüb. Bu barədə ştatın Biomüxtəliflik, Mühafizə və Attraksionlar Departamenti məlumat yayıb. Regionun zabiti Pia Courtis bu durumdan məyus olduğunu bildirib

15:49 76
.

Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gedib

Azərbaycan Respublikasında dövlət səfərində olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedib. AZƏRTAC xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbayca

11:34 193
.

Azərbaycanda niyə qeysəriyyəyə üstünlük verilir? - VİDEO

Azərbaycanda qeysəriyyə əməliyyatı ilə doğuşların sayı artıb. Dövlət Satistika Komitəsinin məlumatına görə, ötən il ölkəmizdə 121 min doğuşun 35 faizdən çoxu qeysəriyyə yolu ilə həyata keçirilib. 2021-ci ildə 46 min 684 qadın bu yolla uşaq dünyaya gətiribsə, 2022-ci ildə bu rəqəm 53 min 267-yə qalxıb

19:30 0