Oqtay Şirəliyev jurnalisti döyən şəxsləri gizlədir – Nazir çıxılmaz durumdadır

Oqtay Şirəliyev jurnalisti döyən şəxsləri gizlədir – Nazir çıxılmaz durumdadırXəbər verdiyimiz kimi, səhiyyə naziri Oqtay Şirəliyevin işarəsi ilə jurnalist Famil Fərhadoğlu (İbrahimov) ona yaxın şəxslər tərəfindən döyülüb və hadisədən 10 gündən çox vaxt keçsə də, hələ də insidenti törədən 2 nəfər məsulliyətə cəlb olunmayıb.

BiG.AZ Unikal.org-a istnadən xəbər verir ki, Famil Fərhadoğlunu döyən şəxsin anası Validə Paşayeva bizimyol.info saytına verdiyi müsahibəsində oğlu və səhiyyə naziri Oqtay Şirəliyevə yaxın olan Namiq Əliyev adlı şəxs tərəfindən döyüldüyünü təsdiq edib. Həmin şəxs Azərbaycan Respublikası Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdir müavini vəzifəsində çalışmış, mərhum Ceyhun-Təyyar Paşayevin oğlu Riad Paşayevdir. O, hazırda "Azərtürkbank"ın Bakı filalının müdiri vəzifəsində çalışır, anası Validə Paşayeva isə səhiyyə nazirliyinin işçisidir.

Əldə etdiyimiz digər məlumata görə, jurnalistə təzyiq göstərərək mobil telefonunu əlindən alan Əliyev Namiq Sabir oğlu Səhiyyə nazirinin yaxın adamıdır.Elə bu səbəbdəndə Oqtay Şirəliyev Namiq Əliyevi məsuliyyətə cəlb olunmasında maraqlı deyil.Çünki Namiq Əliyev həbs edildiyi təqdirdə jurnalistin Səhiyyə nazirinin sifarişi ilə döyülməsi öz təsdiqini tapacaq. Heç kəsə sirr deyil ki, Riad Paşayevin anasının həkim olması, məsələdə nazirin yaxın adamı olan Namiq adlı şəxsin adını çəkilməsi Oqtay Şirəliyevin bu məsələdən xəbərdar olduğunu sübut edir.

Sadaladığımız faktlara görə Səhiyyə naziri Oqtay Şirəliyev bu məsələnin qısa zamanda həll olunmasını istəyir.Məsələnin Kütləvi İnformasiya Vasiətlərinin gündəmindən düşməməsi, digər jurnalistlərin və media rəhbərlərinin kəskin münasibət bildirməsi nazirin səbr kasasını daşırıb.Bu səbəbdən də o, nazirliyin mətbuat xidmətinin rəhbəri Liya Bayramovanı Kütləvi İnformasiya Vasitələrini susdurmadığı üçün tutduğu vəzifəsindən azad edib.
Son günlər Səhiyyə "Şef"inin adının qalmaqallarla gündəmdən düşməməsi isə yuxarı dairələrin qəzəbinə səbəb olub.Belə ki, 1 ay ərzində Oqtay Şirəliyevin adı ölkə mediasının gündəminə 2 böyük hadisə ilə gəlib.Jurnalistin döydürülməsi faktına qədər Respublika Narkoloji Mərkəzində müalicə alan 25 xəstənin yanaraq həyatını itirməsi nazirə qarşı qəzəbi birə iki artırıb.

Sadalanan məsələlər azmış kimi bir neçə gün əvvəl səhiyyə naziri Oqtay Şirəliyevin 11 apreldə keçirilmiş prezident seçkilərində iştirak etmədiyi barədə informasiya öz təsdiqini tapdı.Belə ki, 29 saylı Səbail seçki dairəsinin 7 saylı seçki məntəqəsinin sədri İmran Cəmiyev Oqtay Şirəliyevin qeydiyyatda olduğu məntəqədə səs vermədiyini, digər seçki məntəqəsində səs vermək üçün çıxarış almadığını bildirdi.Hər nə qədər Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumatı təkzib etməyə çalışsa da, onun nazirin seçkidə səs verdiyi ilə bağlı "görüntülər var" deməsi səhiyyə nazirini daha da çətin vəziyyətə saldı.Çünki nazirliyin xanım əməkdaşı Oqtay Şirəliyevin seçkidə səsverməsi iləbağlı hər hansı bir görüntü ortaya çıxara bilmədi.Bu da bir daha sübut etdi ki, səsvermədə iştirak etməyən Oqtay Şirəliyev həm də seçicilərin səslərinin mütləq əksəriyyətini qazanaraq yenidən Prezident seçilmiş cənab İlham Əliyevə səs verməyib.

Qeyd edək ki, Oqtay Şirəliyevin nəzarət etdiyi səhiyyə sahəsindən gələn şikayətlər artıq dövlət başçısını da ciddi şəkildə narahat edir və bu sektorda ciddi islahatların həyata keçirilməsinin köhnə nazirlə mümkün olmayacağı ortadadır. Bu barədə Oqtay Şirəliyevin özü də məlumatlıdır. Odur ki, istefaya göndərilən Nazirlər Kabinetinin yeni tərkibində Səhiyyə Naziri Oqtay Şirəliyevin qalıb-qalmayacağı isə sual altındadır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1236   Tarix: 20 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Dünyanın ən gənc həkimi: 17 yaşında

Ümumiyyətlə, həkim peşəsinə yiyələnən şəxsin çox gənc yaşda ola bilməyəcəyini hər birimiz bilirik. Axı əvvəlcə məktəbi bitirməli, 5-6 il tibb universitetində oxumalısan. Ali tibb təhsili diplomu alan insanlar ən azı 22-23 yaşda olurlar. xarici KİV-ə istinadən xəbər verir ki, ancaq bu qaydanın istisnalar

19:00 273
.

Müştəri bərbərdən narazı qaldı, iş yerini güllələdi - VİDEO

Türkiyənin İstanbul şəhərində müştəri bərbərdən narazı qalıb. BİG.AZ xəbər verir ki, müştəri qiymətin artımın biləndən sonra əsəbləşərək iş yerini güllələyib. Hadisə ərazidəki təhlükəsizlik kameraları vasitəsi ilə qeydə alınıb. Həmin görüntüləri təqdim edirik:

12:36 113
.

İsrailin Qəzza zolağına hücumları nəticəsində daha bir jurnalist həlak olub

İsrailin Qəzza zolağına hücumları davam edir. BİG.AZ xəbər verir ki, hücum nəticəsində daha bir jurnalist ölüb. Bu barədə Qəzza hökuməti məlumat yayıb. Məlumata əsasən, Fələstin əl-Ən Xəbər Agentliyinin işçisi Məhəmməd Bisam əl-Cəməl İsrailin Rafah şəhərindəki evinə endirilən hava hücumu nəticəsind

17:32 120
.

Səudiyyə Ərəbistanının kralı Salman xəstəxanadan buraxılıb

Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz bir neçə saat davam edən rutin yoxlanışdan sonra Ciddə şəhərindəki xəstəxanadan buraxılıb. xəbər verir ki, Səudiyyə Ərəbistanı Kral Məhkəməsindən verilən açıqlamaya görə, Kral Salman dünən axşam saatlarında Ciddədəki Kral Feysal İxtisas Xəstəxanasında

21:00 68
.

Millət vəkilinə ağır itki

Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, millət vəkilininin qardaşı Vaqif Əmiraslanov vəfat edib. Qeyd edək ki, Vaqif Əmiraslanov Bakı Humanitar Kollecinin sabiq direktoru olub

20:44 134
.

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - Video

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəlli olaraq təqdim olunan Ağdam Cümə məscidinin bir parça daşı məscidə qaytarılıb. "Qafqazinfo"nun məlumatına görə, həmin həssas anlar

21:46 0
.

Azərbaycan - Rusiya münasibətlərində milli maraqlar- Təhlil

"Azərbaycanın xarici siyasəti hər zaman praqmatikliyi ilə seçilib. Bu illər ərzində ölkəmiz regionda daim sabitləşdirici mövqedən çıxış edərək region ətrafında qlobal güclər arasında ziddiyyətlərin aradan qaldırılması üçün əlindən gələni edib. Balanslı siyasət nəticəsində sabit bölgə üçün daim vuruşa

15:35 122
.

Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gedib

Azərbaycan Respublikasında dövlət səfərində olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedib. AZƏRTAC xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbayca

11:34 202
.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

22:30 0