Ən iri məmurlar postunu itirir - Yerlərinə kimlər gəlir? ŞOK İDDİA

Ən iri məmurlar postunu itirir - Yerlərinə kimlər gəlir? ŞOK İDDİABöyük ehtimalla Artur Rəsi-zadəni iqtisadiyyat naziri Şahin Mustafayev əvəzləyəcək, amma daha bir namizəd də var; xarici işlər naziri Elmar Məmmədyarovun yerinə Vaşinqtondan kadr gəlir; daha iki nazir postu boşaldılır...

Aprelin 18-də İlham Əliyev rəsmən dördüncü müddətə prezidentlik səlahiyyətlərinin icrasına başladı. Xatırladaq ki, 2013-cü ilin oktyabrın 23-də Milli Məclisdə and içərək prezident səlahiyyətlərinin icrasına başlayan İ.Əliyev dərhal Nazirlər Kabinetinin yeni tərkibini elan etmişdi. Gözlənilirdi ki, bu dəfə də andiçmə mərasimi başa çatdıqdan sonra yeni kabinetin tərkibi elan olunacaq. Amma İ.Əliyev Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərini yeni hökumət formalaşanadək icra etmələri haqda sərəncam imzaladı.

Yada salaq ki, 2013-cü ildə seçkilərdən sonra açıqlanan yeni kabinetdə müdafiə naziri Səfər Əbiyevin, əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun və kənd təsərrüfatı naziri İsmət Abbasovun adları yox idi. Müdafiə naziri postu Zakir Həsənova, əmək və əhalinin sosial müdafiəsi naziri postu isə Səlim Müslümova həvalə olundu. Heydər Əsədov isə kənd təsərrüfatı naziri vəzifəsinə təyinatı aldı.

"Yeni Müsavat"a daxil olan məlumata görə, hökumətin yaxın günlərdə elan olunacaq tərkibində bəzi sensasion təyinatlar gözlənilir.

Məlumdur ki, neçə illərdir medianın əsas diqqəti baş nazir Artur Rəsi-zadəni əvəzləyəcək namizədə dikilib. İndiyədək bu posta ən müxtəlif şəxslərin adı hallanıb. O nazirlərin bəziləri artıq hökumətdən uzaqlaşdırılıb, bəziləri isə əvvəlki qüdrətdə deyil. İkinci bir tərəfdən, 2016-cı il konstitusiya düzəlişlərindən sonra baş nazir artıq ölkənin ikinci səlahiyyətli şəxsi sayılmır. Amma bütün bunlar "Rəsi-zadə gedərsə, kim gələcək" sualı ətrafında müzakirələri səngitməyib. Həm seçki ərəfəsi, həm seçkidən ötən qısa müddətdə baş nazirlə bağlı "informasiya axını" güclənib.

"Yeni Müsavat"ın məlumatına görə, baş nazirin gedəcəyi dəqiqdir. Mənbəmiz onun ilin sonuna kimi yenidən vəzifəsinə təsdiqlənəcəyi ilə bağlı xəbərləri inandırıcı saymır. Bildirilir ki, prezident böyük ehtimalla iqtisadiyyat naziri Şahin Mustafayevin namizədliyini Milli Məclisə göndərəcək.

Şahin Mustafayev 1965-ci ildə Ermənistanın Barana (Noyemberyan) rayonunda anadan olub. M.Voznesenski adına Maliyyə-İqtisad İnstitutunun Bakı filialını bitirib. 1992-1999-cu illərdə Nəsimi rayonu üzrə Dövlət Vergi Müfəttişliyində dövlət vergi müfəttişi, böyük dövlət vergi müfəttişi, baş dövlət vergi müfəttişi və şöbə rəisi olub.

2003-2005-ci illərdə Dövlət Neft Şirkətində mərkəzi mühasibatlığın baş mühasibi, İqtisadiyyat və Uçot İdarəsinin, 2005-2006-cı illərdə Dövlət Neft Şirkətinin iqtisadi məsələlər üzrə vitse-prezidenti, 2006-2008-ci illərdə vergilər nazirinin birinci müavini vəzifələrində işləyib. 2008-ci ildən hökumətdə nazir portfelinə sahibdir. Adı korrupsiya və rüşvət qalmaqallarında hallanmayan nazir xüsusilə ölkənin qeyr-neft sektoruna keçidi dövründə hökumətdə əsas fiqurlardan birinə çevrilib. Prezident yanında güvənilən "iqtisadi komanda"ya daxildir.

Ş.Mustafayevin baş nazir təyinatı kifayət qədər uğurlu seçim ola bilər. Çünki iqtidar neçə illərdir ki, ölkənin iqtisadiyyatını neft asılılığından qismən də olsa qurtarmağa çalışır və buna müəyyən dərəcədə nail də olub. Yaxın illərdə də bu strategiya davam edəcək və bu baxımdan "işin içində olan" Ş.Mustafayev kimi kadrın baş nazir təyinatı mümkün görünür.

Digər bir ehtiyat namizəd kimi Yaqub Eyyubovun da adı çəkilir. Yaqub Eyyubov 1999-2003-cü illərdə baş nazirin müavini, 2003-cü ildən baş nazirin birinci müavinidir. Yəni Nazirlər Kabinetində işlədiyi müddətin davamlılığını nəzərə alsaq, onun baş nazir postuna gətirilməsində problem yoxdur. Ən azından uzun illərdir ki, ayrı-ayrı zamanlarda Artur Rəsi-zadəni əvəzləyib.

Yaqub Eyyubov 1945-ci ildə Mingəçevir şəhərində anadan olub. İxtisası inşaat mühəndisidir, texnika elmləri doktoru, professordur.

Hökumət tərkibində gözlənilən daha bir sensasion dəyişiklik xarici işlər naziri Elmar Məmmədyarovun istefaya göndəriləcəyidir. E.Məmmədyarovun istefaya gedə biləcəyi ilə bağlı xəbərlər yeni deyil. Təcrübəli diplomat olan E.Məmmədyarov, təəssüf ki, illərdi XİN-i "hücum diplomatiyası"na kökləyə bilməyib. Son illər "DQR"ə qanunsuz səfərlərin artması, qondarma qurum rəhbərliyinin xarici ölkələrə dəvəti də XİN-in xarici siyasət kursunda "dişsiz siyasətinin" nəticəsi hesab olunur. Azərbaycan iqtidarına Qərb dairələrindən hücumlarda da E.Məmmədyarovun fəaliyyətsizliyinin müəyyən rolu olduğu da deyilir. Xüsusən siyasət və informasiya texnoloqları belə hesab edirlər ki, nazir diplomatların seçimində də peşəkar deyil. Bu səbəbdən də son illər səfirliklərlə bağlı korrupsiya faktları hallarına rast gəlinir. Bu da idarəetmədə ciddi nöqsanlar olduğu barədə rəyləri möhkəmləndirir.

Hökumətə yaxın mənbələrdən əldə etdiyimiz bilgiyə görə, E.Məmmədyarovla bağlı qərar verilib. Məlumatlı mənbə iddia edir ki, 2004-cü ildən nazir işləyən Məmmədyarov müəyyən müddət istirahət arzusundadır, bundan sonra o, BMT-də Azərbaycanın daimi nümayəndəsi təyin edilə bilər.

E.Məmmədyarovu əvəzləyəcək diplomat isə Vaşinqtondan gələcək. Mənbənin iddiasına görə, Azərbaycanın xarici siyasət nazirliyinə başçılıq ABŞ-dakı səfirimiz Elin Süleymanova həvalə oluna bilər.

Elin Süleymanov uzun illər Azərbaycanın Los-Ancelesdəki konsulu işləyib. 2011-ci ilin oktyabrından isə ölkəmizin ABŞ-da fövqəladə və səlahiyyətli səfiridir.

Qeyd edək ki, mediada müdafiə sənayesi naziri Yavər Camalovun da yeni hökumətdə təmsil olunmayacağı ilə bağlı iddialar var. Onun səhhətində problemlər olduğu deyilir. Kənd təsərrüfatı naziri Heydər Əsədov da hökumətdən uzaqlaşdırıla bilər. Bu məsələdə qudası Ziya Məmmədov faktorunun olduğu da istisna edilmir, amma iddialar var ki, iqtidar onun 5 illik fəaliyyətindən razı deyil.

Təhsil nazirinin kim olacağı ilə bağlı hətta ən ağlagəlməz versiyalar var. Ekspertlər bu məsələdə "baş sındırmağı" heç kimə məsləhət görmür. Çünki prezident İlham Əliyev 15 illik hakimiyyəti dönəmində işdən çıxardığı hansısa nazirin yerinə kimin təyin ediləcəyi məsələsində mediaya hər zaman "qalib gəlib"


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6898   Tarix: 20 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

İsrail ordusu Qərb sahilində 3 fələstinlini yaraladı

İsrail ordusu işğal altında olan Qərbi Sahil şəhəri Xebron şəhərində hücum edib. BİG.AZ xəbər verir ki, hadisə zamanı 3 fələstinli yaralanıb. Bu barədə Fələstin Qırmızı Ayparası məlumat yayıb. 3 fələstinli Xevron şəhəri yaxınlığındakı Beit Amr və Halhul bölgələrində İsrail əsgərlərinin gülləsi ilə yaralandıqda

24.04.2024 121
.

Rusiya: "ABŞ-nin Ukraynaya göndərəcəyi silahlar cəbhədəki vəziyyəti dəyişməyəcək"

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, ABŞ-nin Ukraynaya göndərməyə hazırlaşdığı silahlar cəbhədəki vəziyyəti dəyişməyəcək. xəbər verir ki, Peskov paytaxt Moskvada jurnalistlərin aktual mövzularla bağlı suallarını cavablandırıb. "Münaqişə bölgəsindəki vəziyyət çox aydındır. Bununla belə, yəqi

24.04.2024 174
.

Məşhur pediatorun intihar səbəbi bu imiş

Xəbər verdiyimiz kimi, bu gün tanınmış həkim, sabiq baş pediator Nəsib Quliyev intihar edib. Həkimin intiharına səbəb depressiya olub. O, bağ evində tək yaşayırmış, ailəsi ilə münasibətləri də isti olmayıb. Bildirilir ki, oğlu uzun illərdir Ukraynada yaşayır və atası ilə heç bir əlaqə saxlamırmış. Həkimi

24.04.2024 1185
.

Keyfiyyətsiz gün eynəklərinin qorxunc fəsadları - VİDEO

Günəşli havalarda vətəndaşların ən çox istifadə etdikləri aksesuar günəş eynəkləridir. Bakının istənilən ərazisində, istənilən qiymətə gün eynəkləri tapmaq mümkündür. Mütəxəssislər bildirirlər ki, zövqə görə eynək seçmək insan sağlamlığına zərər ola bilər. Bəs seçimi necə etməliyik?. Məsələ ilə bağl

24.04.2024 256
.

Yamayka Fələstini dövlət kimi tanıyıb

Yamayka Fələstini rəsmi olaraq dövlət kimi tanıdığını açıqlayıb. xəbər verir ki, bu barədə Yamaykanın xarici işlər naziri Kamina Conson Smit bildirib. "Yamayka uzun müddətdir davam edən münaqişənin (İsrail və Fələstin arasında) həlli üçün yeganə əlverişli variant kimi iki dövlətli həll yolunu müdafi

24.04.2024 147
.

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? (İDDİA/VİDEO)

Bakı Sağlamlıq Mərkəzində tibbi təhsili olmayan, maşınqayırma texnikumunu bitirən şəxs anju əməliyyatı edir. Qaynarinfo xəbər verir ki, bu iddia ilə Bakı sakini Camal Şabanov çıxış edib. Onun sözlərinə görə, Bakı Sağlamlıq Mərkəzində Hüseyn adlı şəxs onu əməliyyat edib. "Cavan oğlan idi. Ondan soruşdu

24.04.2024 476
.

Bu ölkə də Fələstini dövlət kimi tanıdı

Yamayka Fələstini dövlət kimi rəsmən tanıdığını açıqlayıb. BİG.AZ xəbər verir ki, bu barədə Yamayka xarici işlər və xarici ticarət naziri Kamina Conson Smit bəyan edib. O bildirib ki, Yamayka uzun müddət davam edən münaqişənin (İsrail və Fələstin arasında) həlli üçün yeganə əlverişli variant kimi ik

24.04.2024 178
.

Paşinyanın xanımı tədbirdə təhqir olundu - Video

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan İrəvanda qondarma soyqırımı ilə bağlı ucaldılmış "Tsitsernakaberd" "memorialında" etirazla qarşılanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb. Yayımlanan videoda Akopyanın kiçi

24.04.2024 280
.

Qırğızıstan Ağdamda məktəb binası inşa edəcək

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovla mətbuata bəyanatında bildirib. Dövlətimizin başçısı qeyd edib ki, Qırğızıstanın vəsaiti hesabına Ağdamda orta məktəb binası tikiləcək və hər iki Preziden

24.04.2024 216