Sərxoş icra başçısı vətəndaşı döydü, şəhidləri təhqir etdi - FOTOLAR

Sərxoş icra başçısı vətəndaşı döydü, şəhidləri təhqir etdi - FOTOLAR"Təxminən gecə saat 00:30 radələri olardı. Başçı polis rəisi ilə birlikdə son dərəcə sərxoş halda qarovul etdiyim əraziyə gəldi. Sonra məni təhqir etməyə başladı. Rayon rəhbəridir deyib səbrimi basdım ki, yola gətirim xeyiri olmadı. Ölümü söydü ona şəhidimiz olduğun dedikdən sonra "Sənin şəhidiyin gorunu ....", - dedi və üstümə gələrək üzümə möhkəm yumruq zərbəsi endirdi. O qədər sərxoş idi ki, məni vurandan sonra özü də yıxıldı...", bu sözləri Xeber.News-a açıqlamasında icra başçısı trəfindən döyülən şəxs Rahil Əliyev bildirib.

Zərərçəkən şəxs Əliyev Rahil Əvəz oğlu 1984-cü ildə Beyləqan rayonunda anadan olub. O uşaqlıqdan rayon ərazisində tikinti sahəsində necə deyərlər halal zəhməti ilə dolanır. Rayon ərazisində isə onu tanıyanlar arasında, zəhmətkeş və mehriban insan kimi imic qazanıb. Rayonun Heydər Əliyev prospekti, ev 14 ünvanında beş qardaşı ilə eyni ünvanda yaşayır. O Beyləqan Rayon İcra Hakimiyyəti başçısı Vaqif Abdullayevlə aralarında baş verən hadisənin nədən qaynaqlanmasını da ətraflı şəkildə açıqlamaqdan boyun qaçırmadı:

"Bir aydan artıqdır ki rayonda Beyləqan Olimpia Kompleksinin tikintisinə başlanılıb. Tikintini gedən ərazidə kiçik qardaşımla birgə gözətçi işində işləyirdim. Həmin vaxt meydança ərazisində qazıntıdan çıxarılan beş ədəd dəmir boru var idi. Həmin boruları başçının özünün göstərişi ilə meydançanın geyinib-soyunma otağına qoymuşdum. Sonra rayonda konsert keçirildiyi üçün və incəsənət xadimlərinə maneçilik törətdiyi üçün həmin boruları meydançaya – digər tikinti materialları yığılan əraziyə qoymalı olduq. Bir neçə gün sonra yuxarının göstərişi ilə tikinti aparan şirkətin başqa şirkətlə əvəz olunması barədə göstəriş verildi. Başçı isə boruların ərazidən götürülməsi barədə rayonun Bələdiyyə sədirinə göstəriş vermişdi. Bir gün əraziyə nəzər yetirən zaman həmin borunun orada olmamasını görüb bələdiyyə sədri Novruz (Novruz Quliyev) müəllimlə telefon əlaqə saxladım. O danışıq zamanı borunu onlar tərfindən aparılmadığını bildirdi. Daha sonra müəyyən etdim ki, borular 90-JX-380 dövlət nömrə nişanlı "Shagman" markalı yük maşını ilə təmirə (çox günman ki, rənglənməyə) aparılıb. Mən dərhal məlumatı Novruz müəllimə bildirdim. O isə razılaşdı...", - Rahil Əliyev – İfadə edir.

Necə deyərlər işin "həngaməsi" də məhs elə bu hadisədən sonra başlayıb. Belə ki, başçı gecə saat 00-30 radələrində tikinti gedən əraziyə gələrək Rahilin oturduğu qarolxana otağına girib:

"Demək olar ki, yeriyə bilməyəcək həddə kefliydilər. Polis rəisi ilə birlikdə İçəri girdilər. Sən demə polis rəisi Füzuli Sıxəliyev telefonla zəng edib qardaşım İlkin Əliyevi də çağırıb. Qardaşım gəldikdən sonra başçı rəisə dedi ki, "Bu banditlərin hər ikisini apar at içəri! Ciblərinə narkotik qoyub hər ikisin ilim-ayaq itir" Qardaşım başçıdan nə üçün belə etdiyini soruşanda o bizi boru oğurluğu ilə ittiham elədi. Və başladı söyüşə... Rayon rəhbəridir deyib səbrimi basdım ki, yola gətirim xeyri olmadı. Ölümü söydü ona şəhidimiz olduğun dedikdən sonra o üzümə qarşı şəhid dayımın goruna söydü. Daha sonra üz nahiyəmə bərk yumuruq zərbəsi endirdi. O qədər sərxoş idi ki, məni vurandan sonra özü də yıxıldı. Mənim burnumdan şiddətli qanaxma başladı. Həmin vaxt rayonun bələdiyyə sədri Novruz Quliyevi də ora çağırmışdı. Bizimlə birgə Novruz müəllimində ünvanına təhqir edici və alçaldıcı söyüclər yağdırırdı. Mən yerdə qanın içində olmağıma baxmayaraq polis rəisi ilə birlikdə başladılar yenidən döyməyə...", Rahil Əliyev – ifadə edir.

Həmsöhbətimin bildirdiklərinə görə, əraziyə bulaşan qanın təmizlənəsi üçün Polis rəisi ora 10 nəfərə yaxın polis serjantı çağırtdırıb:

"Məni və qardaşımı aparan da bu boru işindən cənab nazirin xəbərdar olduğunu bildirdim. (Çünki həmin borulardan bayraq asmaq üçün istifadə edəcəkdilər) O bu sözlərdən sonra nazirin və ölkə rəhbərinin ünvanına ağır təhqiredici söyüş yağdırdı. Bizi polis şöbəsinə gətirdikdən sonra mənə tibbi yardım göstərilməyi xahiş etdim. Ancaq iki saata yaxın həkim çağırmadılar. Həmin vaxt təxminən 1 litrdən artıq qan itirmişdim. Tibbi yardım göstərildikdən sonra qanaxmam qismən dayandı. Təxminən gecə saat beş radələrindən sonra (Məsələyə Gənclər İdman Nazirliyi qarışandan sonra) bizi evə buraxdılar."

Baş verən hadisədən sonra burnun sümüyünün sınması xəsarəti alan Rahillə maraqlanan olmayıb. Məsələ ictimailəşdikdən sonra isə demək olar ki, hadisədə adları çəkilən "kürsü sahibləri" ailənin qapısına ard-arda "elçilər" göndərməyə başlayıblar:

"Rayonda hörmət sahibi olan hərkəsi xahişə göndərir. Hətta burnumun əməliyyatı və beş min manat pul da təklif olunub. Amma razılaşa bilmərəm. O mənim üzümə qarşı cəbhədə şəhid olan dayımın goruna və bizim dövlət atributumuz olan ölkə prezidentimizə söyüb..."

Zərərçəkən Rahil Əliyev mətbuat vasitəsi ilə dövlət rəsmilərindən bu hadisəyə ədalətlə baxılmasını tələb edir.

Xatırladaq ki, zərəçəkən öz ifadəsində hadisə baş verən günü Beyləqan Rayon İcra Hakimiyyəti başçısı Vaqif Abdullayev rayon ərazisində yerləşən restoranların birində təşkil olunmuş ziyafətdə Rayon Polis Şöbəsinin rəisi Füzuli Şıxəliyev, rayon prokroru Azər Osmanov və Rayon Bələdiyyəsinin sədri Novruz Quliyevlə birgə "yeyib-içdiklərini" bildirib.

Xeyli sayda rayon sakinin şahidi olduğu məsələ ilə bağlı əməkdaşımız RİH başçısının birinci müavini Telman Məstəliyevlə əlaqə saxlasa da o belə hadisənin baş vermədiyini dilə gətirib.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Sərxoş icra başçısı vətəndaşı döydü, şəhidləri təhqir etdi - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3751   Tarix: 19 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

İsrail qüvvələri 2 fələstinlini yaralayıb

İsrail əsgərlərinin işğal altındakı Şərqi Qüdsün şimalında yerləşən Kalendiya Qaçqınlar Düşərgəsinə təşkil etdiyi hücumda 2 fələstinli yaralanıb. xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamaya görə İsrail əsgərləri Kalendiya Qaçqınlar Düşərgəsinə basqın zamanı 2 fələstinlini güllələrl

28.03.2024 105
.

İsrail ordusu 25 fələstinlini əsir götürüb

İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı biri uşaq olmaqla 25 fələstinlini əsir götürüb. xəbər verir ki, Fələstin Məhbuslar Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Məhbuslar və Azad Edilən Nümayəndə heyətinin birgə bəyanatına görə, İsrail qüvvələri İorda

28.03.2024 114
.

"Azerçay" Novruz festivalı ilə sakinləri sevindirib

Doğma çay markası "Azerçay"ın təşkilatçılığı ilə Bakı və Gəncə şəhərlərində Novruz bayramı münasibətilə festival təşkil edilib. Şəhər sakinlərinin tətil günlərində maraqlı və əyləncəli vaxt keçirmələri üçün müxtəlif milli oyunlar və yarışlar keçirilib. Hər kəsin böyük maraqla qatıldığı tədbird

10:59 0
.

Narkotikə anası ilə birgə başlayan Tupakın müəmmalı ölümü - VİDEO

Baku TV-də yayımlanan "Retro Baku" verilişinin yeni buraxılışı efirə gedib. Verilişin budəfəki sayı tarixin ən böyük hip-hop sənətçilərindən biri olan Tupak Amaru Şakura həsr olunub. Tupak Amaru Şakur 16 iyun 1971-ci ildə Nyu-Yorkda anadan olub. Doğulanda adı LesEyn Periş Kruks olub. Bu a

28.03.2024 140
.

"Ermənistanın KTMT təlimlərdə iştirak etməyəcəyi gözlənilən idi" - Politoloq

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) bu il "Rubej 2024" adlı birgə təlim də daxil olmaqla yeddi təlim keçirəcək.Bu barədə təşkilatın baş katibi İmanqali Tasmaqambetov "Milli Müdafiə" jurnalına müsahibəsində deyib.Hazırda KTMT-yə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan

28.03.2024 252
.

Bu dəfə Şəbnəm Nigara söz atdı

Müğənni Şəbnəm Tovuzlu ünvanına tənqid səsləndirən həmkarı Nigar Camalla bağlı sualı cavablandırıb. Axşam.az xəbər verir ki, "Qonaqcanlı" proqramında qonaq olan ifaçıya aparıcı "Şəkillərdə gördüyün bu xanımlardan hansının sözü sənin üçün külək kimi əsir gedir" sualını ünvanlayıb

10:14 0
.

Cənubi Afrikada sərnişin avtobusu aşdı: 45 ölü

Cənubi Afrikanın şimalında sərnişin avtobusu körpüdən düşərək aşıb. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 45 nəfər ölüb. Yerli medianın məlumatına görə, Botsvanadan Cənubi Afrikanın Moria bölgəsinə gedən sərnişin avtobusu səhər saatlarında Limpopo sərhəd bölgəsində körpüdən düşüb. Qəza zamanı 8 yaşl

10:35 0
.

Merlin Monronun məzarının yaxınlığındakı yer satışa çıxarılıb

Aktrisa Merlin Monronun məzarının yaxınlığındakı yer satışa çıxarılıb. xəbər verir ki, bu barədə xarici media bildirib. Məzarın 400 dollara satılacağı gözlənilir

28.03.2024 188
.

DİN-dən vətəndaşlara MÜRACİƏT: "Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın"

Daxili İşlər Nazirliyi (DİN) bir daha vətəndaşlara müraciət edərək, hesab məlumatlarını naməlum şəxslərlə paylaşmamağı tövsiyə edib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib. "30 00, 17 00, 26 700, 9 00, 270, 500, 678, 852, 310, 400 manat məbləğlərind

28.03.2024 198