"Bircə onu özümə bağışlaya bilmirəm ki, Mahirin tabutunu evə gətirəndə..." - Şəhidimizin anası

"Bircə onu özümə bağışlaya bilmirəm ki, Mahirin tabutunu evə gətirəndə..." - Şəhidimizin anasıAprel şəhidi Mahir Quliyevin ailəsi!!!

Atası Qadir Quliyev:

-Mən uşaqlarımı ərköyün böyütməmişəm. Sadə bir ailəyik. Ömrüm boyu fəhləçiliklə bala saxlamışam. Mahir universitetə qəbul olanda çox sevinirdik. Ancaq ödənişli fakültəyə qəbul olunmuşdu. Bu səbəbdən də bizə əziyyət verməmək üçün gedib restoranda axşamlar ofisiant işləyirdi. Özü də çox fəal və bacarıqlı uşaq idi. Onu ən çox sıxan cəbhə bölgəsində əsgərlərimizin şəhid olması idi. Xəbər saytlarında müharibə bölgəsində şəhid olanlar haqqında məlumat görəndə dünyası dəyişirdi. Deyirdi ki, barı bu şəhidliyin əvəzində torpaqlarımız alınaydı. Özü cavan oğulların şəhidliyinə dözmürdü... İndi biz onun yoxluğuna və ucaldığı Şəhidlik Məqamına dözürük... hətta onun şəhidliyi bizə və elimizə bir şərəf də gətirib. Mahir mənim arxam-köməyim idi. Bizimki bundan sonra həyat olmayacaq, sürünməkdir.

Onsuz yaşamaq çox ağırdır, hara baxıramsa Mahiri görürəm, hər yer mənə Mahiri xatırladır.
Aprelin 2-də xəbər aldıq ki, Mahir ayağından yaralanıb. Anası, qohumlarım yığışıb getdik onun hərbi təlimə aparıldığı Tərtərə. Kimdən soruşduqsa, gördüm deyən olmadı. 3 gün Tərtər, Yevlax, Gəncədə döymədiyimiz həbi hissə qapısı, baxmadığımız xəstəxana qalmadı. Ancaq kimsə bizə bir söz demirdi. Sonradan-sonraya dedilər ki, sizin oğlunuzun adı itkinlər siyahısındadır. Və artıq əlim hər şeydən üzüldü... Lakin yox olmasını heç cür xəyalımda canlandıra bilmirdim. Anası Lalə isə hələ isti-isti olduğundan "itkin" sözünün mənasını dərin anlamamşıdı. O hələ Mahiri gözləyirdi.

Anası

Baxıram ki, qohum-əqraba, qonum-qonşu hamısı tez-tez bizə gəlib dəyib gedirlər. Fikirləşirəm ki, oğlumun yarası var da, yəqin ki, dövlətimiz axtarıb tapacaq... Gözləyirəm... Mən eyvana çıxanda baxıram ki, həyət boşdur. Sən demə, Mahirin dostları pusquda durublar ki, mən eyvana çıxanda, ya həyətə düşəndə adamlara xəbər edirlər ki, bir yerdə qələbəlik yaratmasınlar ki, mən nəsə hiss etməyim. Bircə onu özümə bağışlaya bilmirəm ki, tabutda bayrağa bükülü həyətimizə gətirilən balamı, düşüb qarşılamadım. Tabut evə gələnə qədər Mahirin yoxluğuna inanmırdım. Ayın 8-nə qədər Mahir neytral zonada qaldı. Ermənilərin açdığı atəşdən həlak olubmiş balam. Mahiri mən qarşılamadım. O özü çiyinlərdə evə gəldi. Ancaq tabut içəri gətiriləndə başa düşdüm ki, oğlum gəlməyəcək...
Axı mən onu gözləyirdim... O gündən bu günə evimin hər yerində bir kədər, bir qəm havası var... Heç televizoru da açmırıq... Mahirsizliyə öyrəşmək çətindir...

Mahirin Qardaşı

Bu evdə danışmayan bir Cavid oldu, Mahirin kiçik qardaşı, bir də ortancıl qardaşı Hüseyn. Hüseyn Sərhəd qoşunlarında hərbçi kimi qulluq edir. Cavid isə, danışa bilmədi ,gözləri doldu, ancaq sonradan sosial şəbəkədə qardaşına yazdıqlarını oxudum, 11-ci sinif şagirdi Cavid qardaşı Mahirə yazmışdı ki, "... Mahir darıxıram sənin üçün, çox darıxıram...".

23 yaşlı Mahirin 38 yaşlı gənc anası onun əşyalarının içərisindən bir neçə məktəbli məktubu da gətirdi. Azərbaycan məktəbliləri hərbi xidmətdə olan əsgərlərə məktublar yazırlar. Belə məktublardan birini də 19 nömrəli orta məktəbin 4-cü sinif şagirdi Fatimə yazıbmış. O məktub əsgər Mahir Quliyevin qismətinə düşüb:

"Salam Əsgər. Mənim adım Fatimədir. Mən sənə məktub yazmaq istəyirəm. Necəsən? Kefin necədir? Əyin-başın qalındırmı? Bilirsən niyə "Əsgər" sözünü böyük həriflə yazıram? Çünki bu sözü eşidəndə qürurlanıram. Mən Sizə , yəni Əsgərlərə böyük qiymət verirəm. Mən bunu heç vaxt unutmaram ki, biz isti və rahat yerimizdə yatarkən, Siz əlinizdə silah səngərdə Vətənin keşiyində durursunuz. Ata-anan səni yəqin qürurlu, mərd bir övlad kimi böyüdüb, biz bu gün yatağımızda rahat yata biliriksə, bu da Sizin sayənizdədir. Mən də istərdim ki, əsgər bacısı olub, qardaşıma Əsgər məktubu yazım. Mən Azərbaycanla fəxr edirəm, çünki Sizin kimi böyük oğulları yetişdirib. Eşq olsun Azərbaycan Əsgərinə!. Hörmətlə, Fatimə".

Bu bir azərbaycanlı məktəblinin ƏSGƏRƏ verdiyi dəyərdir.
"Bircə onu özümə bağışlaya bilmirəm ki, Mahirin tabutunu evə gətirəndə..." - Şəhidimizin anası"Bircə onu özümə bağışlaya bilmirəm ki, Mahirin tabutunu evə gətirəndə..." - Şəhidimizin anası


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3967   Tarix: 19 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Günah onda deyil"

"Aparıcı Aytən Səfərovanın düşdüyü qəzanın görüntülərinə baxdım. Günah onda deyil". OLAY yazır ki, bu sözləri nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib. O, Səfərovanın düşdüyü qəzanı şərh edib:. "Sadəcə ərazidə qarışıq bir durum var. Ona da istintaq orqanları rəy verəcək. Ölən sərnişin

18.04.2024 1967
.

Türkiyədə güclü zəlzələ oldu - FOTO

Türkiyənin Tokat vilayətinin Sulusaray rayonunda zəlzələ baş verib. Bu barədə Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyindən (AFAD) məlumat verilib. Məlumata görə, yeraltı təkanların gücü 5,6 bal olub. Zəlzələnin ocağı 6 km dərinlikdə yerləşib

18.04.2024 589
.

Robot tozsoran partladı - VİDEO

Türkiyənin Kocaeli şəhərində robot tozsoran partlayıb. BİG.AZ xəbər verir ki, hadisənin baş vermə səbəbi məlum deyil. Evə yanğınsöndürənlər cəlb olunub. Yanğın söndürülüb

18.04.2024 512
.

Bakı küçələrində lüt qaçan kişi xəstəxanaya yerləşdirildi

Sosial şəbəkələrdə küçədə lüt gəzən kişinin görüntüləri yayılıb. -ın əldə etdiyi məlumata görə, küçədə çılpaq gəzən şəxsin sosial şəbəkələrdə əks olunan görüntüləri araşdırılıb. Polis tərəfindən 1986-cı il təvəllüdlü şəxs müəyyən olunub. Qardaşının müraciəti əsasında onun sağlamlıq vəziyyəti nəzərə alınara

18.04.2024 805
.

Türkiyədə 5,7 bal gücündə zəlzələdən sonra ÜRƏKAĞRIDAN GÖRÜNTÜLƏR

Türkiyənin Tokat vilayətində baş verən zəlzələlərin vurduğu ziyanlar görüntülənib. "Haber Global"a istinadən xəbər verir ki, zəlzələnin episentri olan Sulusaray rayonu dron ilə havadan çəkilib. Görüntülərdə zəlzələnin vurduğu ziyanın miqyası əks olunub. Həmçinin zəlzələnin baş verdiyi bölgələrd

10:02 391
.

Burkina Faso 3 fransız diplomatı persona non-qrata elan edib

Burkina Faso 3 fransız diplomatı persona non-qrata elan edib. xəbər verir ki, Fransa Xarici İşlər Nazirliyi Vaqaduqu səfirliyində çalışan 3 diplomatın Burkina Faso rəhbərliyi tərəfindən təxribatçı fəaliyyətdə olduqları səbəbindən persona-non-qrata elan edildiyini və 48 saat ərzində ölkəni tərk etmələrini

18.04.2024 185
.

Sumqayıtda itin insanlardan su istəməsi görüntüsü gündəm oldu - VİDEO

Sumqayıt şəhərində maraqlı hadisə baş verib. xəbər verir ki, şəhərdə itlərdən biri ağzında qab gətirərək insanlardan su istəyib. Görüntülər sosial şəbəkədə izlənmə rekordu qırıb. Deyilənə görə, həmin it hər gün eyni formada gələrək insanlardan su istəyir. Videonu BURADAN izləyin

18.04.2024 3805
.

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib

Azərbaycanın Milli Qəhrəman Şahin Tağıyev infarkt keçirib. xəbər verir ki, bu barədə Milli Qəhrəmanın hazırda İsveçdə yaşayan yaxınları bildiriblər. "Şahin Tağıyev üç gün öncə beyin qanaması və infarkt diaqnozu ilə xəstəxanaya yerləşdirilib", - ailə üzvləri Milli Qəhrəman haqqında danışarkə

18.04.2024 343
.

Yaponiyanın qərbində ardıcıl zəlzələ oldu

Yaponiyanın qərbindəki Ehime prefekturasının sahilində yerləşən Bunqo-suido boğazında ardıcıl zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 6,4 və 5 bal gücündə baş verib. Bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb. Qeyd edək ki, 6,4 maqnituda gücündə zəlzələ 50 kilometr dərinlikdə, 5 maqnitudal

18.04.2024 289