SOS! Aprel qəhrəmanı ağır durumda: "İndi də onun dar günüdür..." - REPORTAJ

SOS! Aprel qəhrəmanı ağır durumda: "İndi də onun dar günüdür..." - REPORTAJHəyat yoldaşının telefonunda Azərin iki il əvvəl çəkilmiş şəkillərinə baxırıq. Sonuncu şəkil daha çox diqqətimi çəkir. Hərbi geyimdə bir əsgər əlindəki silahdan bərk-bərk yapışıb. Başının üstündə Azərbaycan bayrağı dalğalanır. Gözümü telefondan çəkib, yataqda ağrıdan qıvrılan Azərə baxıram. İki il əvvəl aprel döyüşlərində qəhrəmancasına döyüşən o əsgərdən əsər-əlamət qalmayıb. Üz-gözü şiş, silahdan yapışan o qolları iynədən dəlik-deşik... Başını tutub, ağrının təsirindən inildəyir...

***

Əslən Füzuli rayonunun Veysəlli kəndindən olan Azər Aslanovun 32 yaşı var. Orduya 2015-ci ildə qoşulub. Lələ Təpənin düşmən işğalından azad olunması uğurunda gedən döyüşlərdə qəhrəmancasına iştirak edib. Azərin ən böyük arzusu doğulub boya-başa çatdığı doğma kəndi Veysəllini də bir gün Lələ Təpə kimi işğaldan azad etmək olub. Səhhətində yaranmış problemlər Azərin bu və digər arzularını yarıda qoyur. Ötən ilin oktyabr ayında ordudan tərxis olunur. Keçmiş döyüşçü qan xərçəngindən əziyyət çəkir. Hazırda Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda müalicə alır.

Azərin danışmağa heyi olmadığından atası Əbülfət dayı ilə söhbətləşirik. Deyir, hər şey aprel döyüşlərindən sonra başlayıb.

- Azər BMP-də atıcı olub. Ona qədər oğlum sapsağlam olub. Nə oldusa, o döyüşlərdən sonra oldu. Həyəcan, qorxu, stress yaratdı bu xəstəliyi.

Xəstəlik özünü 2017-ci ilin iyununda büruzə verməyə başlayıb. Onda onu Füzulidəki hərbi hospitala yerləşdirirlər. İlkin müayinələrdən keçəndən sonra Azər Bakıya - Mərkəzi Hərbi Klinik Hospitala göndərilir. Müayinələr zamanı Zərin boğazında limfa vəzilərinin şişdiyi görülür.

- Əməliyyatla o vəzilərdən birini çıxartdılar. Təxminən 1 ay orada saxlayandan sonra Azəri Milli Onkologiya Mərkəzinə göndərdilər. Orada 6 dəfə kimya terapiya etdilər.

Elə bu vaxt Azər güclə ediləcək səslə su istəyir. Anası cəld yerindən sıçrayır. Pambığı suya batırıb, oğlunun susuzluqdan qurumuş dodaqlarına sürtür.

Atasının sözlərinə görə, kimya terapiya alandan sonra Azərin vəziyyəti daha da pisləşib.

- Gördüm uşağım sağalmaq əvəzinə geri gedir. Getdim həkimin yanına. Dedi, sənin uşağının vəziyyəti çox pisdi, götür apar onu Qan İnstitutuna. Azərdən qan nümunəsi götüzdürüb verdim Qan İnstitutuna. Yoxladılar, qan xərçəngi çıxdı. 2 aya yaxındır burdayıq. Müalicənin heç bir nəticəsi yoxdur.

Keçmiş döyüşçünün bədənində qan yığınının azalması var. Ona hər gün isti qan vurulur.

- Qan qrupu müsbət 1 olan 4 donorun qanından trombositlər hazırlanıb Azərə vurulur. Yenə də qanında trombosit qalmır. Ağ qan qırmızı qanı yeyir.

Vəziyyəti ağırdır. Ağrıdan yatağından sağa-sola qıvrılır. Anası alnını sığallayır. Hər dəfə inildədikcə anasının səsi gəlir: "Caaan...".

"Niyə mənim oğlumla kimsə maraqlanmır? Axı Azər elə belə əsgər olmayıb. Lələ Təpənin alınmasında hərbçi yoldaşları ilə çiyin-çiyinə döyüşüb. Niyə Müdafiə Nazirliyi oğluma qarşı biganəlik edir? Azərin 2 körpə balası var. Onlar nə yeyir, nə içir, soruşan yoxdur. 2 körpə uşağı rayonda atıb gəlmişik Bakıya" - Əbülfət dayının səsi titrəyir.

Azərin həyat yoldaşı Firuzə xanımın gözləri yaşayır. Həyat yoldaşını bu vəziyyətdə tək qoya bilmir. Dili "Azər harada, mən də orada" desə də, yanağından süzülən yaşlar balaları üçün çox darıxdığını deyir.

Azərin 2 övladı var: Eltac və Aytac. Eltacın 2, Aytacın 4 yaşı var. Uşaqların birini Firuzənin anası, digərini yaxın qohumları saxlayır. Deyir, hər zəng edəndə uşaqlar ağlaşır deyə gec-gec zəng etməyə çalışırlar.

Əbülfət dayı həyəcanlı, bir az qəzəbli, oğlunun həyatı üçün nigarandır. Amma daha çox incikdir.

- Vətənin dar günündə oğlum ön cəbhədə idi. İndi oğlumun dar günüdür. Buradan prezidentimiz İlham Əliyevdə, xanımı mehriban Əliyevadan kömək diləyirəm. Oğlumu ölməyə qoymayın.

Nəsə demək istəyirdi ki, Azərin səsini eşidib susur. Tam olaraq oğluna da baxmır. Gözləri Azərin yatağının altına zillənib qalıb. Baxışlarını yerdən qaldırmadan danışır. Sanki yatağından ağrıdan qıvrılan oğlundan, balası ağrıdan zarıdıqca "caaaan" deyə canını qurban verən həyat yoldaşından, ərinə duyduğu sevgisini balasıyla paylaşa bilməyəndən fədakar gəliniylə göz-gözə gəlməkdən çəkinir. Yorğun baxışlarından çarəsizlik yağır.

- Ali təhsilli adamam. Amma iş yoxdu ki, işləyim... Nə edim, necə edim, bilmirəm, a bala? Maraqlanmışam, qan xərçənginin xaricdə müalicəsi var. Amma bahadı. O qədər pul haradan tapım?

Birdən gözlərinə işıq gəlir:

- Hacı Nuranı tanıyırsan?

- Hə, ancaq qiyabi.

- Maşallah, bax, hacı Nuran sağaldı. Həmişə on izləyirəm. Oğlum haqda bilsə, inanıram ki, köməklik edər. Xeyirxah insandır. Ehtiyacı olanlara yardım edir. Azər haqda eşitsə, bizə də kömək edər.

- Yazını oxusa, xəbəri olacaq. Bəlkə kimsə yazını oxuyub onu görmək istədiyinizi xəbər verər, o da sizə sürpriz edər.

Bu dəfə üçü də bir ağızdan "İnşallah!" deyir.

***

Azər Aslanova yardım etmək istəyənlər üçün onun adına bank hesabı açılıb:

Kapital bank

Valyuta: AZN

Benefisiarın Bankı: Kapital Bank ASC Beyləqan rayon filialı

Filialın Kodu: 200402

VÖEN: 9900003611

SWIFT kod: AIIBAZ2X

Mühbir hesab: AZ37NABZ01350100000000001944

Benefisiarın adı: AZER ASLANOV ƏBÜLFƏT OĞLU

Benefisiarın hesabı: AZ41AIIB41010019440327972140

SOS! Aprel qəhrəmanı ağır durumda: "İndi də onun dar günüdür..." - REPORTAJSOS! Aprel qəhrəmanı ağır durumda: "İndi də onun dar günüdür..." - REPORTAJSOS! Aprel qəhrəmanı ağır durumda: "İndi də onun dar günüdür..." - REPORTAJ


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1696   Tarix: 17 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264