Bakıda "mafiyanın bazarı" yandı, yoxsullar çörəksiz qaldı… - FOTOLAR

Bakıda "mafiyanın bazarı" yandı, yoxsullar çörəksiz qaldı… - FOTOLARÖtən bazar günü Sabunçu qəsəbəsində yerləşən və xalq arasında "Rus bazarı" kimi tanınan, köhnə əşyaların, geyinilmiş pal-paltarın satıldığı bazarın anbarında güclü yanğın olub. Hadisə gecə saatlarında baş verdiyindən yaxınlıqda yaşayanlar xəbər tutana və yanğınsöndürənlər özünü yetirənə qədər mallar külə dönüb.

Alıcıları da, satıcıları da yoxsullar, imkansızlar olan bu bazarda alver yalnız həftə sonları olur, buna görə də satıcıların əksəriyyəti yanğından hələ də xəbərsizdir.

İndi xarabalığı xatırladan bazar

Virtualaz.org saytı xəbər verir ki, Bakının sonuncu kasıb bazarı indi müharibədən çıxmış xarabalığı xatırladır. Yanmış mallar bazar boyu səpələnib, bomjlar zibilliyin içini eşələyirlər. Üfunət qoxusundan nəfəs almaq mümkün deyil.

Sabunçu dəmiryolu stansiyasının qarşısından başlayaraq küçəboyu davam edən bazar bir neçə hissəyə ayrılıb. Bir tərəfdə meyvə-tərəvəz, bir tərəfdə isə toyuq-cücə satılır. Yanğın isə məhz "Rus bazarı"nda – bir tikə çörək üçün geyilmiş paltarlarını, məişət avadanlıqlarını satışa çıxaranların alver etdiyi sahədə baş verib. Satıcılar hər dəfə mallarını özləri ilə daşımamaq üçün onları şərti olaraq " anbar" aldandırılan dörd divarın içinə yığıblar.

Yaxınlıqda meyvə-tərəvəz satanların sözlərinə görə, əsil tamaşa bu həftənin bazar günü olacaq. Çünki "rus bazarı"nın sakinləri mallarının yanmasından bazar günü işə gələndə xəbər tutacaqlar.

Bizə mafiya serialına baxmağı niyə məsləhət görürlər...

"Anbara görə kirayə haqqı ödəyirdilər. Amma indi hamı yaxasını geri çəkib. Bazar günü hamı toplaşacaq, mallarını tələb edəcəklər", -satıcılardan biri deyir.

Nisbətən yaşlı satıcı isə az qala pıçıltı ilə danışır və and-aman edir ki, bazar rəhbərliyinin hər yerdə "qulağı" var, kimin nə danışdığından xəbərdardır. Satıcı deyir ki, onsuz da onlarla mübarizə aparmaq çətindir, çünki onları müdafiə edən şəxslər "yuxarı dairələrin" adamıdır. Yuxarı dairələrin kim olduğunu soruşduqda isə bizə Türkiyə telekanallarnda yayımlanan mafiya serialı "Çuxur"a tamağa etməyi məsləhət görür.

Hektarlarla ərazini tutan bazarın dörd bir yanı zibillə əhatələnib, küçə çirkab su ilə dolub. Bir-birinin ardınca düzülmüş ət sallaqxanalarında kəsilən heyvanların baş-ayağı sənət əsəri kimi bazarın girəcəyinə düzülüb. Bomjlar isə düz küçəyə atılan meyvə-tərəvəzin içindən nisbətən çürüməmişini axtarırlar. Ümumiyyələ, bu bazara ilk dəfə yolu düşənlər gördükləri mənzərədən təəccüblənirlər. Çünki mənzərə doğrudan da ürəkbulandırıcıdır. Və gündən-günə yeni göydələnləri ilə gözəlləşən paytaxtla təzad yaradır.

"Nə qədər ki, Bakıda kasıblar var…"

Satıcılar deyirlər ki, artıq neçə aydır bazarın söküləcəyi və ya başqa yerə köçürüləcəyi ilə bağlı söhbətlər dolaşır. Deyilənlərə görə, Sabunçu Rayon İcra Hakimiyyətinin məsul şəxslərinin bu əraziyə gözü düşüb. Amma bazar rəhbərliyi onlara narahat olmamağı söyləyib.

"Nə qədər ki, kasıblar var, bu bazar həmişə olacaq. Adına boşu-boşuna "cindır bazar" demirlər. Yüz dəfə yansa da, yenidən tikəcəklər", - girəcəkdəki daxmada köhnə paltaryuyan, tozsoran satan Məhəmməd deyir. Əlavə edir ki, ailəsini dolandırmaq üçün beş-on manata çalışanlar bu bazara nəzarət edənlərə milyonlar qazandırırlar.

Bazarın girəcəyində köhnə qış əlcəkləri, yırtılmış jilet, bir-iki dənə də yumşaq oyuncaq satan yaşlı rus qadın isə söyləyir ki, əsasən məcburi köçkün olan satıcıların malları yanıb. Digərlərindən fərqli olaraq onlar bir qəpiklərindən belə keçməyəcək, gedib dəymiş zərəri tələb edəcəklər. Ən azından bir müddət yer haqqı ödəməyəcəklər.

"Xəfiyyələr" reportyorları izləyir

"35 ildir bu bazarla dolanıram. Əvvəllər daha çox ruslar alver edirdi, indi əksəriyyət məcburi köçkündür. Bəziləri mallarını satmağa utanır, elə qapıdaca dəyər-dəyməzə alıb, üstünə 10-20 qəpik qoyub satıram". Satıcı əlavə edir ki, bazarı bəlkə də çoxdan satardılar, amma yerin altından qurunt sular, neft çıxır.

Bayaq bizi "bazar rəhbərliyinin hər yerdə qulağının olduğu" haqda xəbərdar edən yaşlı kişi deyəsən haqlıdır. Bazarda jurnalistlərin dolaşmasından duyuq düşüblər və arxamızca "xəfiyyələr" salıblar.

"Xəfiyyələrdən" biri yaxınlaşır, nə üçün bu ərazidə foto çəkdiyimizi soruşur. Jurnalist olduğumuzu dəqiqləşdirəndən sonra bazar rəhbərliyinə müraciət edib icazə almağı tövsiyə edir. Amma kimliyini və müdriyyətin adını açıqlamır.

Bildirir ki, rəhbərliyin icazəsi olmadan yanğından zərər çəkənlərlə danışmağa imkan verilməyəcək, istədiyimiz məlumatları ala bilməyəcəyimizi də sözarası çatdırır. Müdriyyətin kim olduğunu satıcılar da demirlər.

Daha bir maraqlı detal: heç demə bu bazarın müştəriləri təkcə yoxsullar deyil, həm də Bakıda son illər sayları artan xarici turistlərdir. Onlar köhnə, qaralmış mis əşyaları, sovet istehsalı olan radio avadanlıqlarını, fosfordan olan bəzəkləri alırlar. Yəqin ki, ölkələrinə "Rus bazarı" və ya satıcılar arasında deyildiyi kimi "Bit bazarı"ndakı mənzərə barədə təəsüratlarla qayıdırlar...

Bakıda "mafiyanın bazarı" yandı, yoxsullar çörəksiz qaldı… - FOTOLARBakıda "mafiyanın bazarı" yandı, yoxsullar çörəksiz qaldı… - FOTOLARBakıda "mafiyanın bazarı" yandı, yoxsullar çörəksiz qaldı… - FOTOLARBakıda "mafiyanın bazarı" yandı, yoxsullar çörəksiz qaldı… - FOTOLARBakıda "mafiyanın bazarı" yandı, yoxsullar çörəksiz qaldı… - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2288   Tarix: 17 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tayvanda 6,1 və 6 bal gücündə zəlzələ oldu

Tayvanın Hualien şəhərində ardıcıl 2 zəlzələ olub. xəbər verir ki, zəlzələ 6,1 və 6 bal gücündə baş verib. Bu barədə ABŞ Geoloji Araşdırma (USGS) məlumat yayıb. Zəlzələ 6 dəqiqə intervalla 10 kilometr dərinlikdə qeydə alınıb. İlkin məlumatlara görə, zəlzələlərdə heç bir can və mal itkisi olmayıb. Qey

23.04.2024 199
.

İrem Derici sevgilisi ilə Venesiyada- FOTOLAR

Türkiyəli müğənni İrem Derici sevgilisi Gökhan Fıratla birlikdə İtaliyanın Venesiya şəhərinə səyahət edib. xəbər verir ki, müğənni fotoları sosial şəbəkədə paylaşıb. Şəkillərə minlərlə rəy və bəyənmə gəlib

23.04.2024 518
.

Bütün sosial ödənişlər bu tarixdə veriləcək

Aprelin 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib

23.04.2024 709
.

Mən öz puluma süni ada yaradıramsa... - Deputat

"Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında" qanun layihəsində qeyd olunur ki, süni torpaq sahəsi yaradılandan sonra o dövlətin mülkiyyətinə keçir. -a istinadən bildirir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasınd

23.04.2024 400
.

"Vətəndaş nikahına girməsinlər"

"Vətəndaş nikahı Azərbaycana Avropadan keçib. Araşdırmalara görə, Avropada vətəndaş nikahı azalır. Amma Azərbaycanda getdikcə artır". "Qafqazinfo" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib. O bildirib ki, son 10 ildə vətəndaş nikahında

23.04.2024 469
.

"Oğluma Ali Baş Komandanın adını verəcəyik" - Fotolar

Xəbər verdiyimiz kimi, bu gün işğaldan azad edilmiş Xankəndidə ilk körpə dünyaya gəlib. "Qafqazinfo" xəbər verir ki, Səadət Namazlı və Abbas Abdullayevin ilk övladı olan körpə Xankəndi şəhərindəki tibb müəssisəsində doğulub. Körpənin atası saytımıza açıqlamasında bildirib ki, onların oğla

23.04.2024 973
.

Namiq "İmtahan"ı təqdim etdi

Müğənni Namiq Qaraçuxurlu yeni mahnısını təqdib edib. BİG.AZ xəbər verir ki. sözləri N. Qaraçuxurluya, musiqisi isə Mansur Qinyaza aid bəstə "İmtahan" adlanır. Mahnıda tar, kamança milli musiqi alətlərindən istifadə olunub. "İmtahan" ötən gündən etibarən meyxanaçının rəsmi musiq

23.04.2024 358
.

Xankəndidə silah gizlədən vəzifəli şəxs tutuldu

Xankəndi şəhərində odlu döyüş silahı, süngü-bıçaq və sursatlar gizlədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq tutulub. DİN-in Mətbuat Xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, şəhər polis şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə 1960-cı il təvəllüdlü Cavid Əliye

23.04.2024 460
.

Nigeriyada silahlı hücum nəticəsində 15 nəfər ölüb

Nigeriyanın Katsina əyalətində silahlı hücum nəticəsində 15 nəfər ölüb. xəbər verir ki, silahlı şəxslər Katsina əyalətinin Kankaridə hücum həyata keçirib. Hücumda 15 nəfər həyatını itirib, çoxu qadın olmaqla çoxlu adam qaçırılıb. Nigeriya son zamanlar ölkənin müxtəlif bölgələrində silahlı dəstələr, həmçini

23.04.2024 181