"Vəzifəli şəxslərlə intim əlaqədə olub videoya çəkirdim" - Reket jurnalistdən ŞOK ETİRAF

"Vəzifəli şəxslərlə intim əlaqədə olub videoya çəkirdim" - Reket jurnalistdən ŞOK ETİRAFBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində reketlik fəaliyyətində təqsirləndirilən "Bizim dövr" qəzetinin baş redaktoru Surxay Əliyev, onu müavini Hikmət Nəcəfli, "İlk xəbər" saytının baş redaktoru Gülbəniz Əliyeva, İlahə Qasımova, Sevinc Məmmədsalayeva və "Kriminal" qəzetinin baş redaktoru Maarif Abbasovun məhkəməsi keçirilib.

BiG.AZ "Qafqazinfo"-a istinadən xəbər verir ki, hakim Mahmud Ağalarovun icraatında olan prosesdə dövlət ittihamçısının istəyi ilə S.Məmmədsalayevanın ifadəsi elan edilib. Məlum olub ki, o, istintaqa ifadəsində 2002-2006-cı illərdə "Ədalət" qəzetində, 2006-2013-cü illərdə "Haqqın səsi" qəzetində, sonra isə "Bizim Dövr" qəzetində qeyri-rəsmi işlədiyini deyib:

"2014-cü ildə hədə-qorxu gəlməkdə ittiham edilib 6 il müddətinə azadlıqdan məhrum edildim. Həbsimin səbəbkarı Surxay və Hikmətdir. Boşanandan sonra A.Quliyev (şərti) ilə sevgi münasibətləri yaşamışam. Bir müddət sonra ondan ayrıldım. Surxay məni otağına çağırıb təhqir etdi, sevgilimlə olan intim münasibətlərimi açıqlayıb hamının yanında biabır edəcəyini dedi. Sonra mənə dedi ki, gözəl qadınsan, bundan sonra mənim üçün işləyəcəksən, vəzifəli şəxslər və biznesmenlərlə görüşüb intim münasibət yaşayacaqsan və onları gizli videoya çəkib sonra şantaj edərək pul alacağımızı dedi. Surxay mənə tapşırdı ki, rayonların birində vəzifə tutan şəxslə görüşüb intim əlaqədə olum və bunu videoya çəkim. Onun saxta diplomla vəzifədə olması və qadın düşkünü olduğunu dedilər.

Daha sonra paytaxtda vəzifədə işləyən başqa bir şəxslə münasibət qurdum. O, mənə "Whatsapp"da intim görüntülərini göndərdi. Mən də Surxaya bunu dedim. Onu şantaj edib 10 min manat almışdı. Mənə də min vermişdi. Bunu Surxay deməsə də, həmin adam özü mənə demişdi".

Daha sonra prosesdə təqsirləndirilən şəxslərin vəkilləri zalda jurnalistlərin olduğunu bildirib və həmin epizodlarda intim münasibətlər barədə məlumat olduğu üçün hakimin göstərişi ilə iclas qapalı keçirilib. Beləliklə, jurnalistlər zaldan çıxarılıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5373   Tarix: 17 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Türkiyədə plastik məhsullar istehsal edən fabrikdə baş verib - VİDEO

Türkiyənin İzmir şəhərində plastik məhsullar istehsal edən fabrikdə yanğın olub. BİG.AZ xəbər verir ki, hadisənin baş vermə səbəbi məlum deyil. Əraziyə axtarış-xilasetmə əməkdaşları cəlb olunub. Yanğın söndürülüb. Həmin videonu təqdim edirik:

18.04.2024 112
.

Qazaxıstanda daşqınlar nəticəsində 5 nəfər ölüb

Qazaxıstanda daşqınlar nəticəsində 5 nəfər ölüb, 2 nəfər itkin düşənlərin axtarışları davam edir. xəbər verir ki, Qazaxıstan daxili işlər nazirinin birinci müavini Marat Kocayev Senatın ümumi iclasından sonra jurnalistlərə açıqlama verib. Kocayev ölkədə davam edən daşqınlar səbəbilə Atrau bölgəsind

18.04.2024 156
.

Yaponiyanın qərbində ardıcıl zəlzələ oldu

Yaponiyanın qərbindəki Ehime prefekturasının sahilində yerləşən Bunqo-suido boğazında ardıcıl zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 6,4 və 5 bal gücündə baş verib. Bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb. Qeyd edək ki, 6,4 maqnituda gücündə zəlzələ 50 kilometr dərinlikdə, 5 maqnitudal

18.04.2024 207
.

"Google" İsrailə görə 28 əməkdaşını işdən çıxardı

"Google" İsrail hakimiyyəti ilə müqaviləsinə etiraz edən 28 əməkdaşını işdən çıxarıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb. Bildirilib ki, etiraz aksiyaları şirkətin Nyu-York və Kaliforniyanın Sanniveyl şəhərindəki ofislərində keçirilib

18.04.2024 123
.

Kişi əqrəb yeyib özünü öldürdü

Türkiyədə əqrəb yeyən kişi ölüb. Türkiyə mediasına istinadən xəbər verir ki, Kayserinin Hasancık kəndində yaşayan 56 yaşlı Bilal Yiğit depressiyaya düşməsi nəticəsində 2 əqrəb yeyib. Avtobusla Artvinə gedən Bilal Yiğitin Samsunda avtobusda ikən vəziyyəti pisləşib. Xəstəxanaya aparılan Yiğit 2 əqrəb yediyin

18.04.2024 242
.

"Valideyn repititora verdiyi pula görə uşağı sıxışdırır" - Psixoloq

Hər il universitetə qəbul imtahanından sonra uğurlu nəticə göstərməyən abituriyentlərin intiharının şahidi oluruq. Bir çox hallarda onların intiharına səbəb valideyn təzyiqi olur. Mövzu ilə bağlı -a danışan psixoloq Gülnar Orucova bildirib ki, valideyn repititora verdiyi pula görə uşağı sıxışdırır. Validey

18.04.2024 333
.

Robot tozsoran partladı - VİDEO

Türkiyənin Kocaeli şəhərində robot tozsoran partlayıb. BİG.AZ xəbər verir ki, hadisənin baş vermə səbəbi məlum deyil. Evə yanğınsöndürənlər cəlb olunub. Yanğın söndürülüb

18.04.2024 376
.

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq. "Report" xəbr verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli parlamentdə Aqrar siyasət komitəsinin "Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu" mövzusunda keçirdiy

18.04.2024 264
.

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz İDDİA + VİDEO

"Məni həkim yox, texniki işçi əməliyyat edib". -ın məlumatına görə, bu iddianı paytaxt sakini Camal Şabanov irəli sürüb. Onun sözlərinə görə, bu il fevral ayında İcbari Tibbi Sığorta ilə Bakı Sağlamlıq Mərkəzində ayağından əməliyyat olunub. Camal Şabanov deyir ki, onu həkim Ruslan Əliyevi

17.04.2024 795