Astan Şahverdiyev kriminal-avtoritetin sifarişi ilə öldürülüb? – ŞOK İDDİA

Astan Şahverdiyev kriminal-avtoritetin sifarişi ilə öldürülüb? – ŞOK İDDİAİki gün öncə, Milli Məclisin üzvü, deputat Astan Şahverdiyev dünyasını dəyişib. Deputatın ölüm səbəbi ilə bağlı sosial mediada və mətbuatda müxtəlif fikirlər səslənsə də, rəsmi məlumatda mərhumun ürək tutmasından dünyasını dəyişdiyi bildirilir. Məlumatda deyilir ki, A.Şahverdiyev Qusarın Çiləgir kəndində yerləşən "Chateau" otelində ürək tutmasından ölüb. Oteldən bildirilib ki, Astan Şahverdiyev dünən axşam saatlarında otel nömrəsində qəfil ürək tutmasından vəfat edib. Təcili tibbi yardım əməkdaşları hadisə yerinə gələnə qədər deputat keçinib.

Astan Şahverdiyev kriminal-avtoritetin sifarişi ilə öldürülüb? – ŞOK İDDİAƏn maraqlısı odur ki, deputatın ölümündə jurnalistlərin də əlinin olduğunu iddia edən millət vəkili mətbuata ilginc açıqlama verib. Milli Məclisin İntizam Komissiyasının sədri, millət vəkili Ağacan Abıyev həmkarı A.Şahverdiyevin ölümündə jurnalistləri günahlandırıb. O bildirib ki, A.Şahverdiyevi jurnalistlər öldürüb: "Bu boyda kişini jurnalistlər öldürdü. Görəsən, jurnalistlər bunu başa düşürmü? Astan Şahverdiyev sağlam adam idi, jurnalistlər o qədər ondan yazdılar ki, adam Azərbaycandan qaçıb getmək istəyirdi. Rəhmətlik mənimlə söhbətində də deyirdi ki, haqqında yazılan fikirlərdən çox narahatdır. Haqqında yazılanlardan xilas olmaq üçün ölkədən qaçıb getmək istəyirdi. Mənə də deyirdi ki, bu cür hərəkətlərə artıq dözə bilmirəm. Bilirsiniz, səhvsiz insan olmur. Astan Şahverdiyev də bir dəfə nə isə səhv etmişdi və buna görə çıxıb üzr istədi. Astan Şahverdiyev səhv etmişdisə, bu o demək deyil ki, onu öldürənə qədər mübarizə aparmaq lazımdır. Əgər, jurnalistlər onu hörmət etsəydilər, bəlkə də, o, bu gün yaşayırdı...".

Astan Şahverdiyev kriminal-avtoritetin sifarişi ilə öldürülüb? – ŞOK İDDİABiG.AZ xəbər verir ki, millət vəkili Aydın Mirzəzadə isə İnterpress.az-a açıqlamasında bildirib ki, A.Şahverdiyev cəmiyyətin yaddaşında ehtiyyatsızlıqdan dediyi ifadələrlə yadda qalıb: "Əlbəttə, onun bir neçə dəfə ehtiyyatsızlıqdan dediyi sözlər diqqəti cəlb elədi. Amma nəzərə almaq lazımdır ki, o, siyasətə kənardan gəlmişdi.Cəmiyyət son dövrdə onun ehtiyyatsızlıqdan dediyi fikirlər üzərində daha çox dayanır. Bir tərəfdən cəmiyyətin buna haqqı çatır. Millət vəkili ifadə etdiyi sözlərində diqqətli olmalıdır. Dəyərlərin qorunmasında fəal iştirak etməlidir. Ancaq nəzərə alsaq ki, A.Şahverdiyev siyasətçi deyildi".

Qeyri-rəsmi məlumatlarda mərhum Şahverdiyevin ölüm səbəbi haqda bəzi ilginc iddialar irəli sürülüb. Belə ki, iddialarda mərhum deputatın sözügedən oteldə istirahət etməsindən söz açılır. İddia olunur ki, deputat qəbul etdiyi "viagra" dərmanının orqanizminə göstərdiyi əks təsirdən dünyasını dəyişib. Təbii ki, bu iddiaların nə dərəcədə doğru olub-olmaması müəmmalı olaraq qalır. Amma görünən odur ki, mərhum deputat sağlığında səsləndirdiyi fikirlərlə cəmiyyətin qəzəbinə tuş gəlib.

A.Şahverdiyev, bildiyiniz kimi, mətbuata ilginc açıqlamaları ilə yadda qalıb. O, bir neçə il bundan öncə, Rusiyaya işləməyə gedən azərbaycanlıları "otxod" adlandıraraq, sərt şəkildə təhqir etmişdi. Onun bu təhqiri Rusiyadakı azərbaycanlıların qəzəbinə tuş gəlmişdi. Elə bundan sonra da, Rusiyadakı azərbaycanlılar tərəfindən mərhum deputatın ünvanına cavab olaraq təhqirlər yağmağa başladı. Hətta, A.Şahverdiyevi ölümlə hədələyərək cəzalandırmağa çalışırdılar. Mərhumun ölüm səbəblərindən biri olaraq iddia olunur ki, A.Şahverdiyev səsləndirdiyi fikirlərə görə, Rusiyada yaşayan bəzi azərbaycanlılar tərəfindən öldürülüb. Hətta onun adı açıqlanmayan azərbaycanlı kriminal-avtoritet tərəfindən sifarişlə öldürüldüyü iddia olunur. Məlumatda deyilir ki, A.Şahverdiyev Rusiyada yaşayan azərbaycanlıları təhqir etməsindən sonra kriminal-avtoritetin sifarişi ilə izlənilib. Deputatın dünyasını dəyişdiyi oteldə isə ona qarşı sui-qəsd olunduğu iddia olunur. Bildirilir ki, deputatın xüsusi zəhərli maddələrlə yeməyinə qatqılar əlavə olunub. Buna sübut kimi, "Youtube" sosial şəbəkəsində mərhum deputatı təhqir edən və onu hədələyən videomateriallar da yerləşdirilib. Videomateriallarda Rusiyada yaşayan azərbaycanlıların A.Şahverdiyevi təhdid etmələri öz əksini tapıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3028   Tarix: 17 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Almanı atdım xarala" mahnısında əsas məna nə idi? - VİDEO

İctimai TV əfsanəvi "Qaya" qrupu tərəfindən ifa edilən "Almanı atdım xarala" mahnısının mənası ilə bağlı süjet hazırlayıb. Bildirilib ki, qədim zamanlarda insanlar almaları qışda da yemək üçün xaraldan istifadə edərdilər. İpdən toxunan xaral böyük kisəyə bənzəyirdi. Belə rəvayət edili

24.04.2024 479
.

Paşinyanın xanımı tədbirdə təhqir olundu - Video

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan İrəvanda qondarma soyqırımı ilə bağlı ucaldılmış "Tsitsernakaberd" "memorialında" etirazla qarşılanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb. Yayımlanan videoda Akopyanın kiçi

24.04.2024 757
.

"18 yaşına çatmış hər bir vətəndaşının mülki silah əldə etmək hüququ var" - Vəkil

Azərbaycanda silah sıravi vətəndaşlar üçün nə qədər əlçatandır? Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının mülki silah əldə etmək hüququ vardır. Mülki silahı əldə etmək istəyən vətəndaş yaşadığı ərazi polis orqanına və ya Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsin

12:24 434
.

İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər. xəbər verir ki, əklil mərhumənin məzarı üstünə qoyulub. Qeyd edək ki, E.Süleymanova bu gün 87 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib və İkinc

16:28 163
.

Şimali Koreya İrana yüksək səviyyəli nümayəndə heyəti göndərib

Şimali Koreya COVID-19 epidemiyasından sonra ilk dəfə İrana yüksək səviyyəli nümayəndə heyəti göndərib. xəbər verir ki, Şimali Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) əsaslanan xəbərdə Şimali Koreyanın Xarici İqtisadi Əlaqələr naziri Yun Junq Honun başçılıq etdiyi Pxenyan heyətinin rəsmi səfər çərçivəsind

24.04.2024 288
.

Azərbaycanda mayın 1-dən bu qadağa qüvvəyə minir

Balıqların kürütökmə dövrü ilə əlaqədar may ayının 1-dən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir. xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib. Onun sözlərinə görə, bu proses sentyabrın 1-dək davam edəcək. Xidmət rəsmis

10:57 771
.

Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Lənkəran şəhərində 24 yaşlı Əhməd Salayev anasının xərçəng xəstəsi olmasını eşidib həyatına qəsd edib. xəbər verir ki, hadisə bu gün axşam saatlarında dəniz kənarında baş verib. Vətən müharibəsi iştirakçısı olan Ə.Salayev əvvələr polis nəfəri kimi Lənkəran RŞPŞ-də polis nəfəri kimi xidmət edib. O, intizaml

24.04.2024 677
.

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

12:40 234
.

Uelsdə məktəbə bıçaqlı hücum: 3 nəfər yaralanıb

Uelsin Ammanford şəhərində məktəbə bıçaqlı hücum olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb. Hücum zamanı 1 nəfər şübhəli qismində saxlanılıb. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub

12:00 146