Məmura "çest" vermək istəyən polisi maşın vurdu - VİDEO

Məmura "çest" vermək istəyən polisi maşın vurdu - VİDEO

Türkiyənin Konya şəhərində yol qəzası baş verib.

BiG.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, valiyə (Şəhər idarəsini rəhbəri) əsgəri salam verən polis nəfərini maşın vurub.

Yüksək sürətlə hərəkət edən avtomobilin kənara tulladığı polis ağır xəsarət alıb.

Hadisə səhər saatlarında baş verib. Yolun ortasında dayanan polis Vedat Selvi xidməti avtomobili ilə evindən çıxan vali Yakub Canpolata “çest” vermək istəyib. Bu zaman yolla hərəkət edən avtomobil onu vuraraq kənara tullayıb. Ağır xəsarət almış polis xəstəxanaya çatdırılıb. /Cebhe.info


Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1278 Tarix: 17.04.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Farqilit
Farqilit 17.04.2018
O suren kordu gormur ki? Belkede kim olubsa polis elinden hirsli olub