Azərbaycanda dəm qazından ölən tanınmışlar - SİYAHI+FOTO

Azərbaycanda dəm qazından ölən tanınmışlar - SİYAHI+FOTOHər il qış fəslində Azərbaycanda dəm qazından çoxlu sayda insan dünyasını dəyişir. Təəssüf ki, problemlə bağlı dəfələrlə xəbərdarlıq edilməsinə, məsələnin gündəmə gətirilməsinə baxmayaraq, vəziyyət düzəlmək bilmir.

Qarşıdan qış fəsli gəlir. İnsanlar dəm qazı ilə bağlı hələ də narahatlıq içərisindədirlər. Kim bilir, bu qış fəslində dəm qazından neçə insan dünyasını dəyişəcək.

Bildirək ki, son illər Azərbaycanda dəm qazından dünyasını dəyişənlər arasında tanınmışlar və onların yaxınları da az olmayıb. Məsələnin aktuallığına insanların diqqətini daha da cəlb etmək üçün son illər Azərbaycanda dəm qazından dünyasını dəyişən məşhurlar və onların yaxınlarının siyahısını hazırladıq...

- Bir neçə il öncə tanınmış publisist, ssenarist, İctimai Televiziyanın şöbə müdiri Rafiq Səməndərin ailəsində faciə yaşanıb. Belə ki, onun oğlu Kamran Ələddinov dəm qazından zəhərlənərək dünyasını dəyişib. K. Ələddinov publisistin yeganə oğlu idi.

- Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev yaşadığı evin hamamında dəm qazından zəhərlənərək ölüb. Həmin gün onun həyat yoldaşı da dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdirilmişdi.

- Millət vəkili Fazil Mustafanın oğlu Elçibəy Mustafayev və qayını Mahir Mirzəyev dəm qazından boğularaq ölmüşdülər. Onun oğlu 7, qayını isə 22 yaşında idi. Hadisə onların yaşadıqları evdə baş vermişdi.

- Səbail Rayon Polis İdarəsinin əməkdaşı, polis serjantı Səidov İsmayıl Valeh oğlu da dəm qazından dünyasını dəyişənlərdəndir.

- Dəm qazından zəhərlənərək ölənlər arasında tanınmış həkim də var. Belə ki, bir müddət öncə tanınmış cərrah-proktoloq, Bakı klinikalarından birində çalışan Rasim Həbibov da yaşadığı evdə dəm qazından zəhərlənərək dünyasını dəyişib. Mərhumun üç uşağı - oğlu və iki qızı qalıb.

- Dəm qazından zəhərlənənlər arasında tibb elmləri doktoru, professor Əlişir Musayev də var. Ə. Musayev Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktorudur. O, Milli Məclisə keçirilmiş seçkilərdə deputatlığa namizəd olub. Həkimlərin vaxtında müdaxiləsi ilə onun həyatını xilas etmək mümkün olub.

- Bir müddət öncə paytaxtın Hüseyn Cavid prospektində yerləşən binada dəm qazından ölən 2 nəfər isə Azərbaycan Tibb Universitetinin müəllimləri idilər.

- Bu ilin əvvəlində tanınmış idmançı, karate üzrə qara kəmər ustası, əməkdar məşqçi Rövşən Veysəlov da dəm qazından boğularaq dünyasını dəyişib. Mərhumun qızı Xədicə Veysəlovanın bildirdiyinə görə, həmin gün anası və qardaşı da dəm qazından zəhərlənib.

Polis polkovniki olan Rövşən Veysəlov pedaqoji fəaliyyətlə də məşğul idi. Qarabağ müharibəsi veteranı olmuş R. Veysəlov Azərbaycan Milli Karate Federasiyasının Sumqayıt şəhər şöbəsinin sədri idi.

- Bakıda dəm qazından ölənlər arasında başqa ölkələrin vətəndaşları da var. Məsələn, bir neçə ay öncə Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi, ev 47 ünvanında baş verən dəm qazı zəhərlənməsində orada kirayədə yaşayan, Kamerun Respublikasının 5 vətəndaşı ölmüşdü. Ölənlərdən iki nəfər - Njonyoh Nans Ekum, Nzemele Ezzambe Linus tələbə, Nikbenti Nombiye Leves, Senan Nike və Taken Pau Ata isə futbolçu idi.

- Paytaxtın Nərimanov rayonu, Hidayətzadə küçəsi 7/23, mənzil 7-də baş verən bədbəxt hadisə nəticəsində isə Azərbaycan çempionu dünyasını dəyişmişdi. Belə ki, 1986-cı il təvəllüdlü Quliyev Roman Muradxan oğlu kikboksinq üzrə Azərbaycan çempionu idi. Dəfələrlə beynəlxalq turnirlərin qalibi, dünya çempionatının bürünc mükafatçısı olan Roman Quliyev gecə hamamda olarkən dəm qazından zəhərlənmişdi. Onun qardaşı Rolan Quliyev də peşəkar kikboksçudur. Hər iki qardaş dünya çempionatı və digər mötəbər turnirlərin iştirakçısı idilər.

Bunları bilmək vacibdir

Təəssüf ki, əksər insanlar dəm qazından zəhərlənənlərə ilkin yardım barədə məlumatlı deyillər. Kimisi belə hadisənin şahidi olan zaman özünü itirir, kimisi zərərçəkmişə yardım etmək əvəzinə göz yaşı tökür və s. Halbuki zəhərlənən şəxsə ilkin tibbi yardım vaxtında göstərilsə, bəlkə də onun həyatını xilas etmək olar. Bunu nəzərə alıb, sonra dəm qazı ilə zəhərlənmə zamanı ilk tibbi yardımla bağlı zəruri məlumatları təqdim edirik.

- İlk növbədə zərər çəkən şəxsi dərhal açıq havaya çıxarın.

- Dərhal "təcili yardım" çağırın.

- Zərərçəkmişi yarıoturaq vəziyyətdə saxlayın. Bununla onun ağciyər ödəminin qarşısını almaq olar.

- Zəhərlənən şəxsin alnına və yaxud sinəsinə soyuq kompres qoymaq vacibdir.

- Zərərçəkmişin əynindəki paltarın yaxasını, kəmərini açın.

- Əgər zərərçəkən nəfəs almırsa və ürəyi dayanıbsa, dərhal ürək nahiyəsini masaj edin və ya süni nəfəs verin.

mənbə: birxeber.az
Azərbaycanda dəm qazından ölən tanınmışlar - SİYAHI+FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1562   Tarix: 17 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

ABŞ-da bıçaqlı hücum: 4 ölü

ABŞ-ın İllinoys ştatında bıçaqlı hücum olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 4 nəfər həlak olub, 5 nəfər yaralanıb. Bildirilir ki, yaralılardan birinin vəziyyəti ağırdır. Polis hadisə yerinə gəlib və hücum edən şəxs saxlanılıb. Faktla bağlı araşdırma başladılıb

13:26 0
.

"Ermənistanın KTMT təlimlərdə iştirak etməyəcəyi gözlənilən idi" - Politoloq

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) bu il "Rubej 2024" adlı birgə təlim də daxil olmaqla yeddi təlim keçirəcək.Bu barədə təşkilatın baş katibi İmanqali Tasmaqambetov "Milli Müdafiə" jurnalına müsahibəsində deyib.Hazırda KTMT-yə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan

15:38 0
.

Direktoru işdən çıxarılan "məşhur" məktəb imiş - DETALLAR

Xəbər verdiyimiz kimi, Salyan rayon Pambıqkənd kənd Azad İbadov adına tam orta məktəbin direktoru Dilbər Qurbanova işdən çıxarılıb. Buna səbəb məktəbdə nöqsanların aşkarlanmasıdır. xəbər verir ki, bu məktəb yaxın zamanda baş verən müəyyən hadisələrlə gündəmə gəlmişdi. Belə ki, Azərbaycan Uşaqlar Birliyini

12:23 0
.

"Putin həmin gecə yatmayıb"

"Rusiya Prezidenti Vladimir Putin "Crocus City Hall"da törədilən terror aktından sonra gecəni səhərə qədər yuxusuz keçirib". "Qafqazinfo" xəbər verir ki, bunu jurnalist Pavel Zarubinə müsahibəsində Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib. Onun sözlərinə görə, Putin həmi

10:48 0
.

"Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindəndir" - Deputat

"Bu gün həyata keçirilən siyasət nəticəsində Azərbaycan dünyanın ən təhlükəsiz və əmin-amanlıq olan ölkələrindəndir". Bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov -a deyib. O qeyd edib ki, insanlarımızın təhlükəsizliyinin təmin olunması və qorunması dövlətimizin əsas prioritetlərində

16:18 0
.

Bu avtomobillərlə taksi işləmək qadağan olunur

Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz. Bu barədə Nazirlər Kabineti "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifad

16:43 0
.

"Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq"

"Məlum olduğu kimi, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən eyni zamanda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının fəaliyyəti də koordinasiya olunur. Birinci Qarabağ müharibəsi nəticəsində itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyatda olan 389

10:46 0
.

Rusiyada terror aktı nəticəsində ölənlərin sayı 143 nəfərə çatıb

Rusiyanın paytaxtı Moskvada törədilən terror aktı nəticəsində ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, ölənlərin sayı 143 nəfərə çatıb. Bu barədə Rusiyanın səhiyyə naziri Mixail Muraşko mediaya məlumat yayıb. O bildirib ki, martın 22-də "Crocus City Hall" konsert zalında baş vermiş terro

14:39 0
.

İftar süfrəsi üçün dadlı reseptlər

İftar menyusunu təqdim edirik:. Pendirli əriştə şorbası. Ərzaqlar:. Süd - 2,5 st. Yumurta - 3 ədəd. Duru pendir - 3 st. Kərə yağı - 1 x Ət bulyonu. Duz zövqə görə. Un apardığı qədər. Soğan - 1 ədəd. Hazırlanması:. Süd, yumurta, 2 stəkan pendir və undan ibarət xəmir yoğur. Xəmirləri əriştə formasınd

17:16 0