Ermənilər qarabağlılara qarşı açıq savaşa çıxdı – ŞƏRH

Ermənilər qarabağlılara qarşı açıq savaşa çıxdı – ŞƏRHBu gün Ermənistan qaynayan qazana bənzəyir. Sabah bu qazan partlayış səviyyəsinə gəlib çıxacaq.

BiG.AZ xəbər verir ki, bu sözləri Axar.az-a aşıqlamasında politoloq Qabil Hüseynli İrəvanda bir neçə gündür davam edən aksiyalara münasibət bildirərkən deyib. O bildirib ki, uzun müddətdir, Ermənistanda hakimiyyət başında Qarabağ klanı əvvəlcə Köçəryanın, daha sonra isə Sərkisyanın timsalında hökmranlıq edir:

"Bu müddət ərzində demək olar ki, Qarabağ klanı təkcə siyasi hakimiyyəti deyil, eyni zamanda iqtisadi strukturların hamısını zəbt edib. Yerli ermənilər demək olar ki, çox aciz və kasıb vəziyyətdədir. Bu yerli ermənilərin heysiyyətinə həddindən artıq toxunur. Cəbhədə tez-tez baş verən əsgərlər arasındakı toqquşmalar daha çox Ermənistandan gəlmiş əsgərlərlə sayları az olan yerli Dağlıq Qarabağ erməniləri arasında baş verir".

Politoloq vurğulayıb ki, yerli əhali Sərkisyanın baş nazir olmasını istəmir:

"Sərkisyan saxta bir referendum keçirərək, ölkənin idarəetmə sistemini dəyişdi. Bununla da ölkədə prezidentin səlahiyyətləri artıq sırf simvolik xarakter daşıyır. Ermənilər həm Sərkisyanı, həm də onun təmsil etdiyi Qarabağ klanını qətiyyən qəbul etmək istəmirlər. Onlar Dağlıq Qarabağ məsələsinin onların milli məsələsi olmadığını açıq şəkildə bildirirlər. Ermənistan ərazisində hələ ki, tələbələrin mitinqləri keçirilir. Artıq bir neçə gündür ki, bütün ali məktəblərdə, demək olar ki, dərs sistemi pozulub. Tələbələr çox mütəşəkkil surətdə Vətəndaş Müqaviləsi Hərəkatı Partiyasının rəhbərliyi altında mitinqləri davam etdirirlər. Digər müxalifət partiyaları da mitinqçilərə mənəvi dəstək verir. Onlar mitinqlərin daha gur və Sərkisyanın seçilməsinə qarşı güc qoya biləcək səviyyəyə çatdırmaq üçün əllərindən gələni edəcəklər. Əsas qarşıdurma aprel ayının 17-də baş tutacaq. Güman edirəm ki, bu zaman bütün müxalifət proseslərə qoşulacaq".

Politoloq qeyd edib ki, Sərkisyanın hakimiyyətə gəlişinin ciddi münaqişələrlə müşayiət olunacağını istisna etmir:

"Xatırlayırsınızsa, 10 il əvvəl martın 1-də Sərkisyan prezidentliyə gələndə də ölkədə ciddi qırğınlara yol vermişdi. İndi də onun baş nazir olacağı dövrdə Ermənistanda ciddi vətəndaş qarşıdurmasının olacağı istisna deyil. Bu dəfə tökülən qan artıq Sərkisyan üçün bağışlanmayacaq və çox ciddi nəticələrlə müşayiət olunacaq".

Qeyd edək ki, İrəvanda bir neçə gündür davam edən aksiya gərgin müstəviyə keçib. Etiraz aksiyalarının əsas təşəbbüskarı Vətəndaş Müqaviləsi Hərəkatı Partiyasının lideri Nikol Paşinyandır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1076   Tarix: 16 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda 8-ci sinif şagirdi qoşulub qaçdı

Azərbaycanda məktəbli qız evlənmək məqsədilə qoşulub qaçıb. -ın əldə etdiyi məlumata görə, hadisə Goranboy rayonunda qeydə alınıb. Məlumata əsasən, aprelin 23-də Xoylu kənd məktəbinin 8-ci sinfində təhsil alan qız naməlum şəxsə qoşularaq qaçıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətini

14:29 177
.

Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə ŞAD XƏBƏR - VİDEO

"Zəngilanda çox böyük işlər görülür, yaşayış evlərinin tikintisi həyata keçirilir. Artıq 13 binadan ibarət kompleks inşa edilir". Bizim.Media xəbər verir ki, bu barədə Laçında keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" beynəlxalq forumda iştirak edən Cəbrayıl, Qubadlı və Zəngila

24.04.2024 447
.

İtaliya Rəqabət Təşkilatından Amazona 10 milyon avro cərimə kəsilib

İtaliya Rəqabət Təşkilatı (Antitrust-AGCM) ABŞ-da fəaliyyət göstərən onlayn satış platforması Amazon-u ədalətsiz kommersiya təcrübələrini əsas gətirərək 10 milyon avro cərimələyib. xəbər verir ki, Rəqabət Qurumunun verdiyi yazılı açıqlamada Amazonun İtalyan internet saytında bir çox məhsul üçün satı

24.04.2024 232
.

ABŞ ştatında müəllimlərə məktəbdə odlu silah gəzdirməyə icazə verilib

ABŞ-nin Tennessi ştatının qanunvericiləri müəllimlərə məktəbdə gizli odlu silah gəzdirməyə icazə verən qanun layihəsini qəbul ediblər. Qeyd olunur ki, qərar ictimaiyyətin qəzəbinə səbəb olub. Qanun layihəsi respublikaçıların üstünlük təşkil etdiyi Tennessi Nümayəndələr Palatası tərəfindən qəbul edilib

24.04.2024 335
.

Elmira Süleymanova vəfat etdi

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə sabiq müvəkkili Elmira Süleymanova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə -a onun yaxınları məlumat veriblər. Bildirilib ki, E.Süleymanova günorta saatlarında dünyasını dəyişib. Qeyd edək ki, Elmira Süleymanova 17 iyul 1937-ci ild

14:16 244
.

Qırğızıstan Prezidenti Şəhidlər xiyabanını ziyarət etdi - Fotolar

Azərbaycanda səfərdə olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Şəhidlər xiyabanını ziyarət edib. "Qafqazinfo" xəbər verir ki, Prezident Sadır Japarov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsin

24.04.2024 255
.

Şimali Koreya İrana yüksək səviyyəli nümayəndə heyəti göndərib

Şimali Koreya COVID-19 epidemiyasından sonra ilk dəfə İrana yüksək səviyyəli nümayəndə heyəti göndərib. xəbər verir ki, Şimali Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) əsaslanan xəbərdə Şimali Koreyanın Xarici İqtisadi Əlaqələr naziri Yun Junq Honun başçılıq etdiyi Pxenyan heyətinin rəsmi səfər çərçivəsind

24.04.2024 280
.

"18 yaşına çatmış hər bir vətəndaşının mülki silah əldə etmək hüququ var" - Vəkil

Azərbaycanda silah sıravi vətəndaşlar üçün nə qədər əlçatandır? Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının mülki silah əldə etmək hüququ vardır. Mülki silahı əldə etmək istəyən vətəndaş yaşadığı ərazi polis orqanına və ya Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsin

12:24 333
.

"Kaş hamı Cavanşir Məmmədov kimi yaşayardı"

Əməkdar artist Elza Seyidcahan mərhum həmkarı Cavanşir Məmmədovdan danışıb. Axşam.az xəbər verir ki, müğənni "Elgizlə izlə" verilişində ifaçının ölümündən danışıb. "Ölüm haqdır. Bilə bilmərik ki, kim harada öləcək. Kimə torpaq qismət olacaq, ya yox. Heç kim bilmir necə öləcək. Allahı

15:16 0