Sahibsiz itlər Bulvarda: 25 yaşlı qız xəsarət aldı - FOTOLAR

Sahibsiz itlər Bulvarda: 25 yaşlı qız xəsarət aldı - FOTOLARXətai rayon sakini 25 yaşlı Türkan Mustafayeva Ağ şəhər bulvarı ərazisində sahibsiz itlərin hücumina məruz qalıb. Hadisə dünən bazar günü axşamçağı baş verib. Sahibsiz itlər gənc qadının hər iki ayağından dişləyib.

BiG.AZ xəbər verir ki, bu barədə virtualaz.org saytına T.Mustafayevanın özü məlumat verib. Onun sözlərinə görə, itlər yalnız yaxınlıqdakı şəxslərin çığırtısından sonra uzaqlaşıblar. "Dünən yürüşdən qayıdarkən qəflətən 10-a yaxın it hücum etdi. Sək-küy salıb köməyə adam çağırsam da, heç kim cəsarət edib yaxınlaşa bilmədi. Hər iki ayağımda diş izləri var", -şikayətçi deyib.

Türkan İsmayılova Ağ şəhər bulvarında sahibsiz itlərin hücumuna məruz qalan üçüncü şəxsdir. Bundan əvvəl 1 azyaşlı qız və yaşlı kişi itlərin hücumuna məruz qalıb. Türkan bildirib ki, dəfələrlə Sahibsiz Heyvanlarla Mübarizə İdarəsinə müraciət etmək istəsə də, nəticəsi olmayıb. İdarənin internetdə yerləşdirdiyi telefonlara cavab verilmir: "Mənə quduzluğa qarşı peyvənd vuruldu. Amma yaşadığım hadisəni uzun müddət unuda bilməyəcəm. İndi qorxudan evdən tək çıxa bilmirəm ".

Paytaxt Bakının sahibsiz itlər problemi uzun illərdir həllini tapmır. Artıq təkcə Bakıətrafı kənd və qəsəbələrdə, yaxud tullantıların vaxtlı-vaxtlı daşınmadığı ərazilərdə deyil, şəhərin mərkəzi küçələrində, insanların istirahət etdiyi park və bağlarda da sahibsiz itlər vətəndaşlar üçün təhlükəyə çevrilib.

Ağ şəhər bulvarı həm də turistlərin üz tutduğu məkanlardan biridir. Dəfələrlə yazılmasına baxmayaraq sahibsiz itlərlə mübarizə aparacaq idarə tədbir görmür, yaxud da görmək istəmir. Yeri gəlmişkən, Bakı Formula 1yarışlarına hazırlaşır. Ölkəyə gələcək turistlərdən birini it dişləsə necə, idarə hərəkətə gələcəkmi?

İdarədən virtualaz.org saytına bildiriblər ki, onların müvafiq şöbəsi sahibsiz itlərlə məşğul olur, müraciətlərdən sonra itləri tutub idarəyə gətirirlər. İdarənin xanım əməkdaşı "bəs sonra" sualına cavab verilmədən telefonları söndürüb.

Sahibsiz itlər Bulvarda: 25 yaşlı qız xəsarət aldı - FOTOLARSahibsiz itlər Bulvarda: 25 yaşlı qız xəsarət aldı - FOTOLARSahibsiz itlər Bulvarda: 25 yaşlı qız xəsarət aldı - FOTOLARSahibsiz itlər Bulvarda: 25 yaşlı qız xəsarət aldı - FOTOLARSahibsiz itlər Bulvarda: 25 yaşlı qız xəsarət aldı - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1278   Tarix: 16 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Odlar Yurdu–2024" Milli Mükafatı ilə bağlı sorğulara start verildi

"Mədəniyyət və Turizmə Dəstək Gənclər Koalisiyası"nın və "Vision Media Group"un təşkilatçılığı ilə keçiriləcək "Odlar Yurdu-2024" Milli Mükafatının təqdimetmə mərasiminin vaxtı müəyyənləşib. Təşkilat komitəsinin rəhbəri Azər Bağırovun saytımıza verdiyi məlumata görə "Odla

24.04.2024 246
.

Qırğızıstan Ağdamda məktəb binası inşa edəcək

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovla mətbuata bəyanatında bildirib. Dövlətimizin başçısı qeyd edib ki, Qırğızıstanın vəsaiti hesabına Ağdamda orta məktəb binası tikiləcək və hər iki Preziden

24.04.2024 254
.

Bakıda yaşayış binasında yanğın oldu

Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub. Bu barədə BİG.AZ-a FHN-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 100 m² olan 5 otaqlı mənzildə 3 ədəd yataq dəsti, 1 ədəd kreslo

24.04.2024 315
.

Paşinyanın xanımı tədbirdə təhqir olundu - Video

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan İrəvanda qondarma soyqırımı ilə bağlı ucaldılmış "Tsitsernakaberd" "memorialında" etirazla qarşılanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb. Yayımlanan videoda Akopyanın kiçi

24.04.2024 692
.

Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Lənkəran şəhərində 24 yaşlı Əhməd Salayev anasının xərçəng xəstəsi olmasını eşidib həyatına qəsd edib. xəbər verir ki, hadisə bu gün axşam saatlarında dəniz kənarında baş verib. Vətən müharibəsi iştirakçısı olan Ə.Salayev əvvələr polis nəfəri kimi Lənkəran RŞPŞ-də polis nəfəri kimi xidmət edib. O, intizaml

24.04.2024 604
.

Tanınmış modeli döyməkdə təqsirləndirilən şəxs yenidən hakim qarşısında

Tanınmış modeli döyməkdə təqsirləndirilən Ziya Hüseynzadənin digər cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, ifadəsi zamanı iş üzrə zərərçəkmi

24.04.2024 377
.

"Akademiyada dərs deyirəm" - Roza Zərgərli

Müğənni Roza Zərgərli ünvanına deyilən tənqidlərə reaksiya verib. Axşam.az xəbər verir ki, "El canlı" proqramına qatılan ifaçı "Bir az aparıcı, bir az müğənni, bir az yazıçı, bir az prodüsersiniz. Fəaliyyətiniz mənim bazarlığıma oxşayır" sualına belə cavab verib:. "Cürətini

24.04.2024 803
.

Sədaqət Vəliyeva: "Həqiqətən də müasir dövrümüzdə sabitlik ölkələr üçün böyük bir uğur hesab olunur"

"Bu gün dünya ölkələrinin əksəriyyətində ixtişaşlar, müharibələr, terror aktları, bir sözlə qeyri-sabitlik tüğyan edir. Belə bir şəraitdə Azərbaycan bütün bu mənfi təsirlərdən tam kənardadır və ölkəmizdə yüksək səviyyəli sabitlik hökm sürür. Həqiqətən də müasir dövrümüzdə sabitlik ölkələr üçün böyü

24.04.2024 189
.

Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gedib

Azərbaycan Respublikasında dövlət səfərində olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedib. AZƏRTAC xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbayca

11:34 96