Azərbaycanlı aktrisaya təcavüz edən rejissoru 20 ilədək həbs gözləyir

Azərbaycanlı aktrisaya təcavüz edən rejissoru 20 ilədək həbs gözləyir

Xəbər verdiyimiz kimi, Rusiyada yaşayan aktrisa-müğənni Fatimə Abbasquliyeva müəllimi, məşhur rejissor Mark Razovski tərəfindən zorlandığını demişdi.

BiG.AZ-ın məlumatına görə, Fatimə 81 yaşlı Razovskini məhkəməyə verib. Bu haqda aktrisa özü xəbər yayıb.

O bildirib ki, bunun üçün 12 vəkilin köməyindən istifadə edib:

“12 vəkilin nəzarətindən və 12 ildən sonra Razovskini məhkəməyə verdim. Təcavüzə və seksual xarakterli hərəkətlərə məcbur etdiyinə görə onu 5 ildən 20 ilədək həbs gözləyir”.

Qeyd edək ki, bundan əvvəl rejissor özü Fatiməni məhkəməyə verməyə hazırlaşırdı. “Vəkillərlə məsləhətləşmək lazımdır. Hələ ki çirkaba batmaq istəmirəm” deyə, Razovski Rusiya mediasına açıqlamasında bildirib.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 982 Tarix: 16.04.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər