Dəfnə yarpağının möcüzəvi xüsusiyyətləri

Dəfnə yarpağının möcüzəvi xüsusiyyətləriDəfnə hər zaman yaşıl bir ağacdır. Yazda və qışda yarpağını tökmür. Aromatik bir bitki olan dəfnənin qoxusu xoşdur. Dəfnə yarpağı yeməklərə ləzzət vermək məqsədiylə istifadə edildiyi kimi, tibbi təsirləri də var. Dəfnə yarpağından çay və təbii dərman istehsalında istifadə olunur. Həmçinin şorba, balıq, ət kimi yeməklərə ətir vermək məqsədilə də qatılır. Yarpaqlarını tökmədiyindən hər zaman yarpaqlarını toplama imkanı var. Ancaq may və oktyabr ayları arasında toplan yarpaqlar daha təsirlidir. Dəfnə bitkisinin tibbi və kosmetik məqsədli olaraq istifadə edilən hissəsi yarpaq və yarpağından əldə edilən uçucu esensiyel yağdır. Dəfnə meyvələrindən əldə edilən dəfnə yağı antiseptik xüsusiyyətə malikdir. Dəfnə yağı yağ turşuları və esensiyel yağlardan meydana gəlir və çox güclü antioksidan və antiseptik təsirə malikdir.

BiG.AZ publika.az-a istinadən xəbər verir ki, dəfnə yarpağından bir çox xəstəlikləri müalicə etmək üçün istifadə edilir, dəfnə yarpağı bir çox dərdlərin dərmanıdır. Dəfnə yarpağı sidik qovucu, ağrı kəsici, mikrob öldürücü xüsusiyyətlərə malik olmaqla yanaşı kosmetik vasitə kimi də istifadə edilir.

Dəfnə yarpağının suyundan duş qəbul etdikdə ağrılar kəsilir, yorğunluq aradan qalxır. Bu bitkidən müəyyən şampunlar hazırlanır ki, bu da saç tökülməsinin qarşısını alır, saçın diblərini gücləndirir, onları yumşaldaraq parlaqlıq verir və kəpəyin qarşısını alır. Dəfnə sabunu antiseptik və nəmləndirici təsirə malik olduğundan daimi istifadəsi saçın kəpəklənməsini və saçda göbələk meydana gəlməsinin qarşısını alır. Dəfnə sabunu saç diblərindəki məsamələri açır və saç dibi boşluqların bərpasına müsbət təsir göstərir. Dəfnə yarpağından hazırlanan sabundan dərinin gözəlliyi üçün də istifadə edilir. Quru dərini nəmləndirir. Dəfnə sabunu dəridəki məsamələri açıb rahatlaşdırır. Dəfnə sabunu alarkən istifadə etdiyimiz sabunun həqiqi dəfnə yarpağından hazırlandığından əmin olun. Əsl dəfnə sabunun özünə xas qoxusu var və açıq-qəhvəyi rəngdə olur.

Göbələk, ekzema və dəri xəstəliklərində istifadə edilə bilər. Göbələk və dəri xəstəlikləri zamanı da bu bitkidən istifadə edilir. Bundan başqa dəfnə yarpağından alergiyaya meyilli şəxslərin və hamilə qadınların istifadə etməsi tövsiyə edilmir. Dəfnə yarpağının başqa zəhərli növləri mövcud olduğundan ondan istifadə edərkən diqqətli olmaq lazımdır. Qeyd edək ki, dünyada ən çox dəfnə ağacı Türkiyənin ərazisində yetişdirilir. Aralıq dənizi bölgəsində ən çox Hatayda yetişdirilən dəfnənin yarpaqları Avropaya ixrac edilir və Avropa ölkələrində dərman və kosmetik sənayendə istifadə olunur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 2673   Tarix: 14 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sinənizdəki ağrı 20 dəqiqədən çox davam edərsə... - EHTİYATLI OLUN

İnfarkt ürəyi qidalandıran damarların ani tıxanması nəticəsində yaranan və ölümlə nəticələnən ciddi bir təhlükədir. Bəs bu problem özünü hansı əlamətlərlə göstərir? Hansı hallar infarkt riskini artırır? . -a istinadən türkiyəli kardioloq Refik Erdimin bununla bağlı fikirlərini təqdim edir. Soyuq və küləkl

24.08.2021 1827
.

Yaşlanma ilə mübarizə aparan ƏN FAYDALI BİTKİ

Alimlər doqquzdonkimilər fəsiləsinə aid olan lonisera kaerulea bitkisinin ürək funksiyalarını yaxşılaşdıran faydalı giləmeyvə hesab edir. Tərkibindəki yüksək miqdarda antioksidantlar, vitaminlər və mikroelementlər onu immunitetin ən faydalı bitkilərindən birinə çevirir. Bitkinin bu xüsusiyyətləri barəd

29.08.2021 1493
.

Həddən artıq tərləmənin SƏBƏBLƏRİ

Tərləmə fizioloji prosesdir. Tərləmənin köməyi ilə bədənimiz öz normal hərarətini saxlayır. -a istinadla bildirir ki, mütəxəssislər bununla bağlı maraqlı məlumatlar verir:. - Bundan əlavə tərlə birlikdə orqanizmdən artıq və ziyanlı maddələr (toksinlər, şlaklar və s.) ifraz olunur. İnsana isti oland

18.08.2021 1367
.

İsti havalarda orqanizminizi bunlarla qoruyun

Havaların çox isti keçməsi bir çoxlarının səhhətində problemlər yaradır. Yüksək temperatur metabolizmdə dəyişikliyə səbəb olur. Xroniki xəstəliyi olanlar, uşaqlar və yaşlılar isti havada xüsusi qulluq tələb edir. İsti hava ürək, sinir xəstəliklərinin artmasına gətirib çıxarır. İsti havada bədən temperatur

15.08.2021 1261
.

Yemiş yeyənlər bu xəstəliklərdən uzaqdırlar

Yay aylarında qarpızdan sonra ən məşhur meyvə sayılan yemiş bədəni sərinlədir və rahatlıq verir. Yemişin tərkibi bol su ilə yanaşı, yod və xrom mineralları, A və C vitamini ilə də zəngindir. Yemiş gözdə katarakta yaranmasının qarşısını alır, hamiləliyi asanlaşdırır, immun sistemini gücləndirir, sidikqovucudur

15.08.2021 2008
.

Qadınlarla bağlı ŞOK ARAŞDIRMA: Bu qorxulu proses ölüm riskini 14-21 faiz artırır

Orta yaşda təəccüblü şəkildə boy itkisi yaşayan qadınlarda ürək-damar xəstəliyinə bağlı erkən ölüm ehtimalının arta biləcəyi xəbərdarlığı edilib. "British Medical Journal"da dərc olunan elmi məqalədə qadınlarda orta yaşda boy itkisi ürək-damar narahatlığına bağlı erkən ölüm riskinin yüksəlməs

21.08.2021 1128
.

Koronavirusun yeni ştammına "Mu" ADI VERİLDİ

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Yunanıstan əlifbasındakı hər sıralamasına uyğun olaraq Dominikan Respublikasında rast gəlinən koronavirusun yeni ştammını (B.1.621) "Mu" adlandırıb. APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. May ayından etibarən Domikanı

02.09.2021 994
.

COVID-19-u öldürən maska

Meksika Milli Muxtar Universitetinin tədqiqatçıları, COVID-19-a səbəb olan SARS-CoV-2 virusunu zərərsizləşdirə bilən unikal SakCu qoruyucu maska ​​hazırlayıblar. -ın -a istinadla verdiyi xəbərə görə, o, gümüş və misdən ibarət üç nano qatdan ibarətdir. Yaradıcıların fikrincə, gümüş və misdən ibarət bi

31.08.2021 1798
.

Yay aylarında çəki atmaq istəyənlərin NƏZƏRİNƏ!

Sizə "Lipotrim" arıqladıcı kapsullarını təqdim edirik:. 1 İştahı kəsir ✔️. 2 Metobalizmanı gücləndirir✔️. 3 Piy qatlarını əridir✔️. 4 Kapsullar bitki tərkibli və ziyansızdır. Bir kurs ərzində orqanizmdən asılı olaraq qadınlarda 1 aya 20 kq və kişilərdə arıqlamaq mümkündür. Səhər tezdən ac qarın

23.08.2021 561