Dolların qiyməti ilə bağlı proqnoz
Son günlər dünya bazarlarında dolların məzənnəsinin möhkəmlənməsi müşahidə olunur. Azərbaycanda da insanlar növbəti devalvasiya dalğasının yaşanacağından narahatdırlar.
Dünyada baş verən iqtisadi proseslər Azərbaycan manatına necə təsir edəcək?
Məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli modern.az-a açıqlama verib. Deputat 2015-ci ilin 21 fevral və 21 dekabr devalvasiyaları nəticəsində 2015-2016-cı illərdə manatın məzənnəsinin 2 dəfə aşağı düşdüyünü xatırladıb:
"2017-ci ildə isə manat 4 faiz bahalaşdı. Bu il milli valyutamız 1 dollar – 1,7 manat ətrafında nisbi sabitliyini saxlayır. Manat sözün həqiqi mənasında "üzən məzənnə"yə keçmədiyindən və hazırda onun məzənnəsi real kursa uyğun olmadığından, belə şəraitdə məzənnəni dəqiq proqnozlaşdırmaq mümkünsüzdür. Manat bazar iqtisadiyyatının fundamental prinsiplərinə əsaslanan "üzən məzənnə"rejiminə tam keçəndə, yəni milli valyutanın – manatın məzənnəsi bazarda valyutaya olan real tələb-təklif əsasında formalaşanda, təbii ki, manatın məzənnəsində müəyyən qalxıb-nmələrlə müşayiət olunan dəyişikliklər olacaq. Amma hazırda manatın məzənnəsinə daha çox təsir edən amillərdən olan neftin qiyməti 2018-ci ilin rəsmi hökumət proqnozlarından (1barrel- 45 dollar götürülüb) xeyli yuxarı olmaqla, həm də ötən ilin müvafiq dövrü ilə müqayisdə 25 faiz yüksəkdir. Bunun hesabına ödəniş balansında və xarici ticatət balansında profisit artır. Bu amillər manata müsbət təsir göstərir".
Əli Məsimli bildirib ki, son vaxtlar Rusiyaya təpkilər daha da gücləndiyindən, bu hal onun milli valyutası rubla da təsir edir və rubl yenidən dəyər itirməyə başlayıb: "Rusiya Azərbaycanın əsas ticarət partnyorlarından olduğundan rublun dəyər itirməsi dolayısı manata da müəyyən təsir edə bilər. Amma bu, xeyli dərəcədə rublun dəyər itirməsinin dərəcəsindən və nə qədər müddət davam edəcəyindən asılı olacaq. İki nəhəng ölkə- ABŞ və Çin arasında total ticarət müharibəsi dünya iqtisadiyyatını yeni böhrana sürükləyə bilər. Çin milli valyutasını devalvasiya etsə, bunu ticarət əlaqələrində Çinin payı böyük olan bütün ölkələr, o cümlədən Azərbaycan da müəyyən dərəcədə hiss edə bilər. Ona görə də böyük ehtimalla tərəflər ümumi dil tapıb hələ ki "ticarət atışması" səviyyəsində olan qarşıdurmanın qlobal ticarət müharibəsinə çevrilməsinə imkan verməyəcəklər. Beləliklə, valyuta məzənnəsi və ya başqa yöndə bu qarşıdurmanın Azərbaycana birbaşa götürdükdə elə bir təsiri olmayacaq.
Ona görə də qeyri-adi bir şey baş verməsə, neftin qiymətinin artması və ödəniş balansında profisitin çoxalması kimi amillər yaxın vaxtlarda manatın zəifləməsi üçün fundamental faktları istisna edir və deməli nisbi sabitliyi saxlama ehtimalını artırır. Bununla belə Mərkəzi Bankın sədri bildirib ki, "biz məzənnənin çevikliyini artırmaq istəyirik". Mərkəzi Bank manatın məzənnənin çevikliyini necə artıracaq və çeviklik artanda bu, son aylar formalaşmış məzənnəyə (1dollar = 1,7 manat) necə təsir edəcək, bunu zaman göstərər".
BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər Baxılıb: 2459 Tarix: 10 aprel 2018
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşMüğənnilər faciədə zərər çəkənlərə görə bu addımı atdılar
Rusiyada müğənnilər bir araya gələrək Müslüm Maqomayevin mahnılarından ibarət "Səsimi eşit" xeyriyyə albomu yazdırıblar. Axşam.az xəbər verir ki, sənətçilər layihəni "Crocus city hall"da baş verən terror aktında əziyyət çəkənlərə həsr ediblər. Albomda 12 trek yer alıb. Mahnını səsləndirənlə
28.03.2024 369 ABŞ-də partlayış oldu
ABŞ-ın Kentukki ştatında yanacaqdoldurma məntəqəsində güclü partlayış olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində ölkə mediası məlumat yayıb. Partlayış zamanı ölən və yaralananlar barədə hələlik məlumat daxil olmayıb. Araşdırmalar davam edir
28.03.2024 208 "Uçot dərəcələrinin real iqtisadiyyata təsiri yetərincə deyil"- Ekspert
Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti (AMB) uçot dərəcəsi ilə bağlı növbəti qərarını açıqlayıb.AMB uçot faiz dərəcəsini 7,75%-dən 7,5%-ə endirib. Faiz dəhlizinin aşağı həddi 6,25% saxlayıb. Faiz dəhlizinin yuxarı həddi isə 8,75%-dən 8,5%-ə endirilib. İqtisadçı ekspert Emin Qəribli -a bildirib ki
28.03.2024 238 Eyni ailənin 6 üzvü öldüyü qəzanın görüntüləri ortaya çıxıb - VİDEO
Eyni ailənin 6 üzvünün öldüyü fəlakətli qəzanın görüntüləri ortaya çıxıb. BİG.AZ xəbər verir ki, hadisə Türkiyədə baş verib. Yol-nəqliyyat hadisəsinin təhlükəsizlik kamerası vasitəsi ilə qeydə alınıb
28.03.2024 575 "Verdiyi koordinatlar o qədər dəqiq idi ki..." - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
"Verdiyi koordinatlar o qədər dəqiq idi ki, biz ona öz aramızda "Doktor" ləqəbi qoymuşduq. Onda həkim dəqiqliyi var idi". Bu sözləri Milli Qəhrəman Elbrus Allahverdiyev haqqında İctimati TV-ə danışan döyüş yoldaşları deyib. Döyüş yoldaşları Milli Qərhəmanın şücaətlərindən danışarkə
28.03.2024 232 Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin üzvləri aprelin 8-9-da Ermənistanda səfərdə olacaqlar. Bu ölkənin mətbuatında yayılan məlumatlara görə, səfərin məqsədi regionda baş verən proseslər və Ermənistan-Azərbaycan sülh prosesi haqqında məlumat əldə etməkdir. Nümayəndə heyəti həmçini
28.03.2024 125 Yaşayış binalarında da parklanma yerləri bahalaşdı
Son günlər Bakıda çoxmənzilli yaşayış binalarının zirzəmilərindəki parklanma yerlərinin qiyməti bahalaşıb. xəbər verir ki, bunu trend-ə yeni tikili binalarda yaşayan sakinlər bildiriblər. Onların sözlərinə görə, ayı 60 manata olan parklanma yeri hazırda 90 manatadır. Bəs bu nə dərəcədə qanunidir?. Məsəl
28.03.2024 298 Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunub
Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunub. Bu barədə "Report"a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, martın 18-22-də Vyana şəhərində BMT-nin Narkotik Vasitələr üzrə Komissiyasının 67-ci sessiyası keçirilib. İclasda Azərbaycanı baş prokuroru
28.03.2024 227 Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?
Aprelin 5-də Ermənistan Baş naziri Nikol Paşinyanın ABŞ Dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə Brüsseldə planlaşdırılan görüşü Cənubi Qafqazda siyasi tarazlığa ciddi şəkildə təsir edə bilər. xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı öz sosial şəbək
28.03.2024 851