"Soyadımı daşıyan 10 min insan, qohum-əqrəbam İlham Əliyevə səs verəcək" - Azərbaycanın məşhur nəsli

"Soyadımı daşıyan 10 min insan, qohum-əqrəbam İlham Əliyevə səs verəcək" - Azərbaycanın məşhur nəsliAzərbaycan Tibb Universitetinin (ATU) İnsan anatomiyası kafedrasının müdiri, Rusiya Tibb Elmləri Akademiyasının və Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının akademiki, professor Vaqif Şadlinskinin ölkə.az xəbər portalına müsahibəsi:

– Sabah Azərbaycanda prezident seçkiləri keçirəcək. Ölkəmizdəki seçki əhval-ruhiyyəsini necə qiymətləndirsiniz?

– Çox müsbət qiymətləndirirəm. Misal üçün, mən Universitetdə dərs deyirəm, 1200 işçimiz var. Kafedramızda isə 65 nəfər işçi çalışır ki, onun 80 faizi Yeni Azərbaycan Partiyasının üzvüdür. Onların əksəriyyətini də yaxından tanıyıram, iclaslarda söhbətlərimiz də olur. Həmin adamlar 100 faiz prezident İlham Əliyevə səs verməyə hazırlaşırlar.

Bildirim ki, hazırda Azərbaycanda bizim soyadı daşıyan 10 minə nəfərə yaxın insan, qohum-əqrəbam var. Onların hər biri ilə əlaqəm olmasa da, 20 faizi ilə əlaqə saxlayıram. Onlar bildirirlər ki, bizim seçimimiz İlham Əliyev olacaq. Yəni, mənim qohum-əqrəbam da prezident seçkilərində cənab İlham Əliyevə səs verəcək.

Bilirsiniz ki, Şadlinskilər çox tanınan nəsldir. Məni tanıyan bütün qohum-əqrəbam deyir ki, hər birimiz ailəlikcə cənab İlham Əliyevi dəstəkləyirik, seçkilərdə də ona səs verəcəyik.

Ümumiyyətlə, biz Şadlinski nəsili olaraq cənab İlham Əliyevi dəstəkləyirik. Şəxsən mən isə Ulu Öndər Heydər Əliyevin bir insan kimi vurğunuyam. Mən rəhmətlik Heydər Əliyevi hələ 1969-cu ildən öncə tanımışam. Ona görə də Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı olan cənab İlham Əliyevi ölənədək dəstəkləyəcəm.
Rəhmətlik Heydər Əliyev Azərbaycan xalqını bəlalardan xilas edib. Onun Azərbaycan xalqı üçün etdiyi yaxşılıqları heç vaxt unutmaq olmaz. Dünyada Heydər Əliyev kimi çox az dahi siyasətçi tapılar. Bəlkə də 100 ildə bir dünyaya gələr.

Mən ötən seçkilərdə cənab İlham Əliyevin namizədliyini dəstəkləmişəm, rayonlarda insanlarla görüşlər keçirtmişəm.
İndi də cənab İlham Əliyevi nəsilim və ailəmlə bir yerdə dəstəkləyirəm. Bilirsiniz ki, Azərbaycanın bir çox rayon və şəhərlərində bizim nəslin nümayəndələri yaşayır. Azərbaycanın bir çox rayon və şəhərlərində Abbasqulu bəy Şadlinskinin adına küçə və prospektlər var. Həmin ünvanlarda yaşayan insanlarla da mənim əlaqəm olur. Onların hamısı söz verir ki, 11 aprel seçkilərində səsvermədə iştirak edərək, cənab İlham Əliyevə səs verəcəklər.

– Son vaxtlar Avropa ölkələrində yaşayan bir qrup şəxs sosial şəbəkələr vasitəsilə Azərbaycanın ayrı-ayrı dövlət vəzifəsi daşıyan şəxslərinə qarşı təhqiredici materiallar yayır. Ziyalı olaraq onlara hər hansı çağırışınız və ya tövsiyəniz varmı?

– Bilirsiniz, onlar tərbiyəsiz adamlardır. Tərbiyəsiz adamlara nə öyüd-nəsihət verim? O adama öyüd-nəsihət verilər ki, həmin adamın tərbiyəsi olsun. Gərək ki, tərbiyəsiz və alçaq sözlər danışan adamlara, eyni sözləri üzünə deyəsən. Tərbiyəsiz adama tərbiyə vermək çətindir. Onlar Vətənə, dövlətə və insana xəyanət edirlər. Əgər sən müxalifsənsə və hakimiyyətə hər hansı sözün varsa, buyur, seçkilərə qatıl səs topla, sonra da sözünü söylə. Daha başqasının fotolarını harasa qoymaqla tərbiyəsizlik etmək düzgün deyil. Onlara sual vermək olar ki, bəs sənin öz fotoların, ailən haradadır? Başqasının ailəsinə sataşan adamın öz ailəsi tərbiyəsizdir. Buna başqa söz ola bilməz.

Mən xaricdən Azərbaycana sataşan və söyüş yağdıran adamlara bir daha deyirəm ki, onların bu hərəkəti tərbiyəsizlikdir. Tərbiyəsiz adama tərbiyə vermək isə mümkün deyil. Onlar Vətəndən uzaqda yaşadığı üçün artıq pozulub. Vətəni sevməyən adam bu millətin adını daşıya bilməz.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2163   Tarix: 10 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568