Yolu keçmək istədi, faciəvi şəkildə öldü - Azərbaycanda
Sumqayıtda piyadanı avtomobil vurub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BiG.AZ-a verilən məlumata görə, aprelin 9-da saat 10 radələrində Sumqayıt şəhərinin ərazisində şəhər sakini Tariyel Xəlilov idarə etdiyi "Opel" markalı avtomobillə yolu keçən həmyerlisi Vidadi Rəsulovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.
BiG.Az


Xəbərlər Baxılıb: 981 Tarix: 10 aprel 2018
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş